Ehtiyat vacibdə digər müctəhidə müraciət etmək
Xahiş edirik, sizin buyurduğunuz ehtiyat hallarında mərcəyi-təqlidlərin hansına müraciət etməyimizi təyin edəsiniz.
Elmi mərkəzlərdə olan tanınmış mərcəyi-təqlidlərin birinə müraciət edə bilərsiniz.
Elmi mərkəzlərdə olan tanınmış mərcəyi-təqlidlərin birinə müraciət edə bilərsiniz.
Əksəriyyətin rəyi kifayət deyil. Əgər ələm sübuta yetibsə, ixtilaflı məsələlərdə ona təqlid etmək lazımdır. Sübuta yetməyibsə camaat (hansı bir müctəhidə təqlid etməkdə) ixtiyar sahibidir.
Əgər məqsəd mütləq ehtiyatdırsa, gərək bütün nəzəriyyələrə baxsın. Lakin məqsədi mərcəiyyət ehtimalı verilən müctəhidlər arasında ehtiyatdırsa, təkcə diri olan alimlərin nəzərlərini öyrənmək, onun üçün kifayətdir.
Əgər məqsədiniz, ehtiyat yolunu hər ikisi fəqahətdə bərabər olan iki müctəhiddən almaqdırsa, eybi yoxdur.