Manto geymək
Manto geyinməyin hökmü nədir? Manto zinət paltarlarından sayılırmı?
Zinət paltarlarını geyinməyin işkalı var. Lakin adi mantolar zinət üçün deyil. Hərçənd çadra daha məhfuz və daha yaxşıdır, lakin üz və əllərdən (biləkdən aşağı) başqa bədəni bütövlükdə örtən paltar kifayətdir.
Kişinin öz arvadının hicabına laqeydliyi
Əgər bir kişi öz arvadını şəri hicab geyinməyə vadar etməsə, fasiq sayılırmı?
Əgər nəhy əz münkəri tərk etsə, fasiqdir.
Dərs mühitində üzü örtmək
Dərs mühitində üzü örtməyin olduqca çətin bir iş olduğunu nəzərə alsaq, bu iş vacibdirmi?
Üz və əllər hicabdan istisna olunmuşlar: onları örtmək vacib deyil.
Hicabın zəruriliyi
Hicab məsələsi İslamda önəmli bir məsələsi sayılır. Digər tərəfdən İslam qanun-qaydaları İslam respublikasında, xüsusilə də dindar şəhərlərdə, o cümlədən müqəddəs Qum şəhərində riayət olunmalıdır. Allaha şükürlər olsun, müqəddəs Qum şəhərində bu günə kimi bu qanunlara riayət olunmuşdur. Amma təəssüflər olsun ki, son günlərdə bu müqəddəs şəhərdə nalayiq əməllərin şahidi oluruq ki, bu müqəddəs şəhərin məqam və mənzilətinə layiq deyil. Dəfələrlə şahidi olmuşuq ki, bu nalayiq əməlləri nəqliyyat vasitələrində, xüsusilə də Həzrət Məsumənin (ələyha salam) mütəhhər hərəminin önündən keçən gəlin aparan maşın karvanlarında görürlər. Ümumiyyətlə, müqəddəs məkanlarda, o cümlədən Pərvərdigarın və həzrət Bəqiyyətullahil-əzəmin (əccələllahu taala fərəcəhuş-şərif) lütf və mərhəmətində olan “Cəmkəran” məscidində belə hadisələr baş verməkdədir. Bu hadisə olduqca təəssüfləndirici, kədərlidir. Çünki sözü gedən bu nalayiq hərəkətlərə yol vermək bu şəhərin məqam və mənzilətinə əsla layiq deyil. Böyük mərcəyi-təqlidlərin daim inqilab və İslamın köməyinə, fəryadına tələsdiklərinə və öz möhkəm cavabları ilə zülm və zorakılıq, haqsızlıq dünyasının cavabını qətiyyətlə verdiklərinə görə bu qərara gəldik ki, həzrət ustadın müqəddəs Qum şəhərində baş verən bu hadisələr barəsində olan aydın fitvasını öyrənək.
Şübhəsiz, hicab İslamın danılmaz (zəruri) prinsiplərindəndir. İslam fəqihlərinin hamısı bu barədə yekdil nəzərdədir. Hər bir hicabsızlıq və ya pis hicablılıq halları müqəddəs şəriətə ziddir. Xüsusilə də dindar şəhərlərdə, daha çox müqəddəs şəhərlərdə bunlara daha artıq riayət olunmalıdır. Hicabsızlığın və naqis hicab geyməyin günahı bu məkanlarda daha çoxdur. Şübhəsiz, hər yerdə, xüsusilə bu məkanlarda çadra geyinmək daha yaxşıdır.
Qadın və kişi örtüklərinin həddi
İslam baxımından hicab nəyə deyilir? Kişi və qadın üçün hansı növ geyim hicab sayılır? Bəzi qadınların başlarına qoyduqları süni saçlar onların təbii saçlarının hicabı sayılırmı?
Şəriət baxımından qadınlar üçün hicab, bədəni bütövlükdə üz və biləyə qədər əlləri istisna etməklə- örtməkdir. Amma zahiri bəzək sayılan bir çox geyimlər (məsələn, süni saçlar) kifayət deyildir. Habelə, zinət və bəzək geyimi sayılan geyimlər də kifayət etmir. Kişilər üçün isə hicab, müsəlman camaat içində örtülməsi adət olan bədən hissələrini örtməkdir. Buna görə kişilərə üzü, əlləri, qolların bir hissəsini (qısa qol köynəklərdəki kimi) və bu kimi hissələri örtmək vacib deyil.
Sinif otağında hicaba riayət etməyin lazımlığı
Lövhədə yazı yazdığı zaman qadının şəriətdə icazə verilən miqdardan artıq görünən üzünə, saçlarına və əllərinə baxmağın hökmü nədir? (Təbii ki, müəllimin başa salmağı və tələbələrin başa düşmələri üçün.)
Hicaba elə riayət olunmalıdır ki, üz və əllərdən artıq (miqdar) görünməsin.
Rəqsə tamaşa etmək
Rəqsə tamaşa etmək caizdirmi?
Rəqsə tamaşa etmək onun özünün hökmündədir.
Televizorda hicabsız qadınlara baxmaq
Hicabsız və bəzənmiş qadınların iştirak etdikləri – və bəzən televiziya vasitəsi ilə efirə gedən – filmlərə tamaşa etməyin hökmü nədir?
Xüsusi bir fəsadlarla nəticələnərsə, haramdır.
Naməhrəmə baxarkən reybə və ləzzətdə məqsəd
Naməhrəm qadının üzünə və əllərinə (biləkdən aşağı) ləzzət qəsdi olmadan baxmağın eybi varmı? “Ləzzət və reybə qəsdi” dedikdə nə nəzərdə tutulur?
Eybi yoxdur. Reybə dedikdə məqsəd budur ki, günaha düşəcəyindən qorxsun. Ləzzət dedikdə isə məqsəd cinsi ləzzətdir.
Tələbənin tibbi kitablardakı şəkillərə baxması
Tibbi kitablarda mövcud olan və tələbələrə tədrisi zəruri olan və bəzən də təhrik edici olan çılpaq şəkillərə baxmağın hökmü nədir?
Ləzzət və reybə qəsdi olmadan eybi yoxdur. Əgər belə halət öz-özünə meydana gəlsə, yalnız zəruri hallarda və zəruri olan miqdarda baxsınlar.