Vəsiyyət etməmiş meyit
Vəfat etmiş şəxs vəsiyyət etməmişdirsə, əmlakın əslində bir haqqı varmı?
Meyitin (kəfən, dəfn və s.) lazımi təchizatından başqa bir haqqı yoxdur.
Meyitin (kəfən, dəfn və s.) lazımi təchizatından başqa bir haqqı yoxdur.
Vəsini təyin etmək üçdə birin müəyyən olunması demək deyil. Lakin bəzi məntəqələrdə vəsinin təyin olunması üçdə birə vəsiyyət mənasındadırsa, ona əməl olunmalıdır.
Üçdə birini vəsiyyət etmiş və bu məqsədlə istifadədən fərqli bir məqsəd müəyyən etməmişdirsə, maneəsi yoxdur.
Elmi-dini hövzələr üçün və bu hövzələrdə tədrislə, təbliğlə, xalqın irşadı ilə, əmr be məruf və nəhy əz münkər ilə məşğul olan təqvalı insanlar üçün xərcləyin. Hədisdə deyilir ki: وما اعمال البرّ کلّها و الجهاد فى سبیل الله، عند الامر بالمعروف والنهى عن المنکر، الا کنفثه فى بحر لجّى “Yaxşı və saleh əməllərin hamısı, (hətta) Allah yolundan cihad belə, əmr be məruf və nəhy əz münkərin müqabilində ağız suyunun dərin okeanın müqabilində olduğu kimidir.”