İrs qruplarının hamısı üçün qisas haqqı
İrsdə ikinci və üçüncü qrupların qisas almaq haqqı varmı?
Əmlakdan irs aparanların hamısının qisas almaq haqları var. Yalnız ər-arvadın qisas haqları yoxdur. Amma diyədə şərikdirlər.
Əmlakdan irs aparanların hamısının qisas almaq haqları var. Yalnız ər-arvadın qisas haqları yoxdur. Amma diyədə şərikdirlər.
1) Qızın səhmini ödəməlidir. Zahirən, uşağın babasının bu işdə vilayəti (ixtiyarı) var.2) Əgər qan sahibinin (qəyyum) yaxın gələcəkdə maddi imkanı olacağına ümid varsa, gözləmək lazımdır. Məhkum olunmuş şəxs isə dəyərli vəsiqə verməklə həbsdən azad olur. Amma buna ümid yoxdursa, diyə ödəməyə vəzifəlidir.
Qan sahibləri tutub saxlayan və vadar edən şəxslərə güzəştə getsələr, onlara aid olan hökmün icrası üçün heç bir əsas qalmır və bu hökm qisas hökmündə olduğu kimidir. Vadar edən və tutub saxlayan şəxslərin hər ikisinin cəzası azadlıqdan məhrum edilməkdir. Kor etmək isə rainin (tamaşaçı və keşikçi) hökmüdür ki, xüsusi hallarda baş verə bilər.
Qan sahibləri birlikdə qisas barəsində tədbir görməli və yaxud başqa bir şəxsi bu işi yerinə yetirmək üçün vəkil tutmalıdırlar. Əgər onlardan biri digərlərinin icazəsi olmadan qisas alarsa, haram bir iş görmüşdür və digərlərinin hissəsini (səhmini) verməlidir.
Onlardan bəzisi diyə almaq istəsə, qalanlarının diyə səhmlərini ödəməklə qisas almağa haqqı var. Əgər bəziləri əfv etsələr qalanlarının qisas haqları var. Amma gərək diyə səhmini caninin özünə və varislərinə ödəsinlər.
Böyüklər qisas almaq istəsə, azyaşlıların səhmlərini onların sahib (vəli) və ya qəyyumlarına ödəməlidirlər.
Qisas və ya əfv etmək hüququnu sübut etmək çətindir. Yalnız bir halda ola bilər ki, uşaqların məsləhəti qəti şəkildə bunu tələb etsin.
Zaman uzun çəkərsə, cinayət işlətmiş şəxsi kafi (qaneedici) vəsiqə (sənəd) almaqla azad etmək lazımdır.
Ərlə arvadın qarşılıqlı olaraq bir-birlərinin qatilindən qisas almaq hüquqları yoxdur. Lakin onlara diyədən pay çatır.
Belə hallarda qan sahibi İmam və şəri hakimdir.