Bir məktubda üçdən artıq sual yazmayın

Sualınızı qısa, xülasə şəklində bir neçə sətirdə bəyan edin. Uzun-uzadı ifadələr yazmaqdan çəkinin

Yuxu yozma, istixarə və buna bənzər suallar verməyin

captcha
انصراف
انصراف

Ülgüclü zəncirlərlə zəncir vurmaq

Ülgüclə sinə vurmaq, ucunda ülgüc və ya bıçaq olan zəncirlərlə zəncir vurmaq, bədənin yaralanmasına və qan axmasına səbəb olarsa, hökmü nədir?

Öncə qeyd etdiyimiz kimi, Həzrət Seyyidüş-şühədanın (ə) əzadarlıq məsələləri hər bir məkanda və zamanda Allaha yaxınlaşmaq üçün ən yaxşı əməllərdən olub müsəlmanlarda iman ruhunu, İslami şücaəti, şəhamət, fədakarlıq və bəxşiş ruhiyyəsini gücləndirmək üçün təsirli amillərdən biridir. Lakin əzadarlıq mərasimləri elə şəkildə icra olunmalıdır ki, İslam düşmələri üçün bəhanə yaratmasın, bundan sui-istifadə olunmasına imkan verilməsin və bu böyük və əzəmətli mərasimi zəiflətməsin. Buna görə də dini və məzhəbi sual altına alan bütün işlərdən çəkinmək lazımdır.

Qruplar: Matəm saxlamaq

Təziyə və şəbihgərdanlıq

Təziyə və şəbih mərasimlərinin işkalı varmı? İşkalı yoxdursa, buyurun ki, əgər təziyədə bir kişi qadına məxsus paltar geyinib onun yerinə oxuyarsa, işkalı varmı? Təziyədə şeypur, təbil səsləndirilmək haramdırmı? Sonda xahiş edirik ki, təziyənin şəraitini bəyan edəsiniz.

Şəbihgərdanlıq yalanla və ləhv alətlərlə yanaşı olmasa və Hüseyn ibn Əlinin(ə) və digər şəhidlərin yüksək məqamlarına hörmətsizlik olmasa, eybi yoxdur. Ehtiyat budur ki, kişilər qadın libası geyinməsinlər.

Qruplar: Matəm saxlamaq

Aşura günü uşağın başını yarmağı nəzir etmək

Ata və ana nəzir edirlər ki, Allah onlara oğlan övladı verərsə Aşura günü onun başını ülgüclə yaracaqlar. Amma belə əməllərin Şiələrin və Seyyidüş-şühəda (əleyhis-səlam)-ın matəm məclislərinin süstləşməsinə və İslam düşmənlərinin bundan sui-istifadə etməsinə səbəb olmasını nəzərə alsaq, belə nəzirlərə əməl etmək vacibdirmi?

Belə bir nəzir səhih deyil. Çünki, nəzirdə əməlin rüchanı (üstün, bəyənilən və xeyirxah olması) şərtdir. Bu əməlin isə Allaha yaxınlaşmaq üçün ən yaxşı və fəzilətli işlərdən olan Ali-əbanın beşincisinin (əleyhis-səlam) matəm mərasimini sual altına almaq üçün İslam düşmənlərinin əlinə bəhanə verəcəyini nəzərə alsaq, işkalsız deyil. Əgər bu əməlin rüchanını fərz etsək belə, başqası barəsində nəzir etmək səhih deyil.

Qruplar: Matəm saxlamaq

Əzadarlığın layiqli şəkildə keçirilməsi

Şəhidlər ağasının (ə) əzadarlıq mərasimlərinin lazımi (ən gözəl) şəkildə keçirilməsi barədə öz mübarək fikrinizi bəyan edin.

Əzadarlığın ən yaxşı üsulu, böyük, əzəmətli mərasim qurmaq və İmam Hüseynin (ə) müqəddəs hədəflərindən, Kərbəla tarixindən söz açıb onun müxtəlif hissələrini təhlil etmək, matəm mərasimləri qurmaq, habelə əzəmətli əzadar dəstələri təşkil edib xalqı oyadan şüarlardan istifadə etmək, dəqiq və zəngin məlumatlarla dolu kitabçalar yaymaq və Seyyidüş-şühədanın (ə) əzadarlığının hədəflərinə aydınlıq gətirən, cəlb edici şüar və plakatlardan istifadə etmək və s. dən ibarətdir.

Qruplar: Matəm saxlamaq