Həddi-buluğun birinci ilində orucunu yeyən şəxs
Həddi-buluğun birinci ilində orucunu yeyən qızın vəzifəsi nədir? Qəzasını tutmalıdırsa, necə qəza tutsun?
Kəffarəsi yoxdur, istər cahili-qasir olsun (məsələni öyrənmək imkanına malik olmasın), istərsə də cahili-müqəssir olsun. Lakin qəsdən və bilərəkdən oruc tutmamışdırsa, kəffarəsi var. Məsələnin hər bir surətində qəza tutması lazımdır.
Bir şəxsin torpaq sahəsində tapılmış xəzinənin xümsü
İnsanların öz torpaq sahələrində tapdıqları xəzinənin hökmü nədir?
Şəriət risaləsinin 1535 - ci məsələsində qeyd etdiyimiz şərtlərlə onu öz mülkiyyətinə çevirib xümsünü verə bilər.
Zəkatın düşdüyü yerlər
Zəkat verilməsi vacib olan 9 yerdən başqa, zəkat düşən digər şeylər də varmı?
Zəkat yalnız deyilmiş 9 yerdə vacibdir. Müstəhəb zəkat isə bunlardan qeyrisinə də aid olur.
Bövl məxrəcinin parça ilə paklanması
Müəyyən səbəblərə görə bövl edəndən sonra özünü su ilə yuya bilməyən xəstə, özünü parça ilə təmizləsə namaz qıla bilərmi?
Sual fərzində zərurət halı olduğuna görə eybi yoxdur.
Müstəhəb oruc üçün valideynin icazəsi
Mən İmam Xomeyninin (rəhiməhullah) müqəllidi olmuşam və cənab ustadın fitvasına əsasən ona təqliddə qalmışam. O, müstəhəbbi oruc bölməsində yazır ki, bu iş atanın, ananın və babanın narahatçılığına səbəb olarsa, caiz deyil. Digər tərəfdən də mənim evlənməyə imkanım yoxdur və haram yoldan çəkinmək üçün tənha yolu müstəhəb oruc tutmaqda görürəm. Lakin ana və atam mənim müstəhəb oruc tutmağıma razı deyillər. Onları bunun üçün razı sala bilmirəm. Belə bir şəraitdə ata və ananın razılığını nəzərə almadan oruc tutmaq olarmı?
Sualın fərz olunduğu halda müstəhəb oruc tutmaq sizə caizdir. Lakin mümkün qədər onların razılığını əldə etməyə çalışın.
Həcc əməllərini sona çatdırmayan naib
Bir nəfər başqası tərəfindən həcc üçün əcir olmuşdur. Təməttö ümrəsini yerinə yetirəndən sonra ürək infarktı keçirmiş və həcc əməllərini yerini yetirməkdən üzürlü sayılaraq İrana dönmüş və gələn il getmək istəyir. Ona, tərəfindən naib olduğu şəxsin sahiblərinə vəziyyəti danışmaq, gələn il naib olduğu şəxsin tərəfindən yenidən naib olmaq üçün icazə almaq lazımdırmı?
Müəyyən bir il üçün əcir olmuşdursa, vəziyyəti izah etmək və icazə almaq lazımdır.
Səfərin başlanğıcı və son nöqtəsi
Qəsr namazının məsafəsində səfərin başlanğıcı və sonu haradan hesablanır?
İki şəhər arasındakı məsafədə meyar, hərəkət başlanan yerin axırıncı evi və məqsədin (çatdığı yerin) birinci evi nəzərdə tutulur.
İxtilaflı məsələlərdə əksəriyyətin nəzərinə əməl etmək
Risalələrdə yazılmışdır ki, ələm müctəhidə təqlid olunmalıdır. Müctəhidlər arasında ələm şəxsi təyin etmək elm əhli və (fiqh elmində) təcrübəli ekspertlər üçün çətin, avam camaat üçün isə qeyri-mümkün olmasını nəzərə alsaq, ixtilaflı məsələlərdə konkret bir nəfərə təqlid etmək yerinə əksəriyyətin nəzərini əməl üçün meyar götürmək olarmı?
Əksəriyyətin rəyi kifayət deyil. Əgər ələm sübuta yetibsə, ixtilaflı məsələlərdə ona təqlid etmək lazımdır. Sübuta yetməyibsə camaat (hansı bir müctəhidə təqlid etməkdə) ixtiyar sahibidir.
Ramazan ayının 28 gününü oruc tutan şəxs
Bir kəs Ramazan ayının yalnız 28 gününü oruc tutur. Çünki mübarək ramazan ayının birində İranda və mübarək ayın axırında Ərəb ölkələrinin birində olduğuna görə və Şəvval ayı orada bir gün tez göründüyünə görə yalnız 28 gününü oruc tutmuşdur. Bir günün qəzası ona vacibdir, yoxsa heç bir qəzası yoxdur?
Bir günün orucu ona vacib deyil, lakin ehtiyat müstəhəbdir.
Həkimlərin oruc tutmağı qadağan etməsi
Həkim xəstəyə oruc tutmağı qadağan etsə (bəzi həkimlərin şəriət sahəsində məlumatsız olduğunu nəzərə alsaq), onun qənaətini bu sahədə qəbul etmək olarmı?
Həkim etibarlı adamdırsa, onun nəzəriyyəsi qəbul olunandır.
Bir namazda iki nəfərə iqtida etmək
Bir namazda iki nəfərə iqtida etmək olarmı?
Zəruri halları istisna etməklə, bir namazda iki nəfərə iqtida etmək olmaz.
Məkkə və Mədinədə müsafirin namazı
Müsafir, Məkkə və Mədinənin qədim və yeni salınmış məhəllələrində, məsələn, Məscidun-Nəbidə və Məscidul-Həramda (namazı) qəsr və tamam qılmaq arasında ixtiyar sahibidir, yoxsa mütləq qəsr qılmalıdır?
Müsafirlər Məkkə və Mədinədə öz namazlarını Məscidul-Həramda və Məscidun-Nəbidə, hətta Məkkə və Mədinə şəhərlərinin hər yerində tamam və qəsr qılmaqda ixtiyar sahibidirlər və namazı tamam qılmaq daha fəzilətlidir. Qədim və indiki Məkkə və Mədinə arasında heç bir fərq yoxdur.
Əkinçilikdən müəyyən pay alan fəhlələrin zəkatı
Tarlada, əkin sahələrində işləyən fəhlələr əmək haqqı olaraq əkin məhsulundan pay alırlar. Zəkat vermək onların vəzifəsidirmi?
Əgər məhsuldan alınan pay əkin-biçindəki işlərin hamısının əvəzindədirsə (ölkəmizdə əkin sahibi və rəiyyət arasında ən çox yayılmış haldır,) onların da payına zəkat düşür. Bu şərtlə ki, onların payı nisab həddinə çatsın. Amma onlar bu payı yalnız biçin və bu kimi işlərin əvəzində alsalar (yəni zəkat düşən vaxtdan sonra), bu halda fəhlənin boynunda heç nə yoxdur.