Yaxşı işlərə dəvət və pis işlərdən çəkindirməyin ziyanı varsa
Əgər idarədə əmr be məruf və nəhy əz münkər etmək insanı mükafat və əlavə iş (üçün əmək haqqı) kimi imtiyazlardan məhrum edərsə, yenə də bu iş vacibdirmi?
Nəzərə çarpacaq mühüm bir ziyana səbəb olmasa, vacibdir.
Yaxşı işlərə dəvət və pis işlərdən çəkindirməyin ziyanı olarsa
Əgər idarədə əmr be məruf və nəhy əz münkər etmək insanı mükafat və əlavə iş (üçün əmək haqqı) kimi imtiyazlardan məhrum edərsə, yenə də bu iş vacibdirmi?
Nəzərə çarpacaq mühüm bir ziyana səbəb olmasa, vacibdir.
Püşk atmaq imkanı olmayanlar
Əgər heyvanla yaxınlıq edən adam bir çox səbəblər üzündən, məsələn, kasıblığa görə, yaxud abır-heysiyyətinin tökülməsindən qorxduğuna görə ya da qoyunlarının sayının çox olduğundan onların arasında püşk atmağa imkanı olmadığına görə püşk ata bilməsə, bunun üçün başqa bir yol vardırmı? Bundan əlavə, əgər bu adam bu işi görməsə və başqa əməllərində də ehtiyatlı olub günahdan qorunsa, adildirmi?
Bunun üçün püşk atmaqdan başqa yol yoxdur və mütləq öz vəzifəsinə əməl etməlidir. Əks halda adil deyil. Yalnız ondan mühüm bir fəsadın meydana gəldiyi hal istisnadır.
Qəyyumun razılığı cəzanın icrasına təsir etmir
Əgər həddi-buluğa çatmış qardaş öz həddi-buluğa çatmış bacısı ilə (nəuzu billah) zina edərsə, onların hər ikisi edama məhkumdurlarmı? Habelə, əgər qanuni yaşa (18 yaş) çatmış qardaş yetkin olan və yetkin olmayan (18 yaşa çatmamış) bacısı ilə zina edərsə, qızın qəyyumunun və ya vəlisinin razılıq verməsi (şikayəti geri götürməsi) zina edənin edamının qarşısını alırmı?
Zina edən oğlan və qız şəri baxımdan həddi-buluğa çatmışlarsa, hökm (cəza) onların barəsində icra olunmalıdır. İstər qəyyum razı olsun, istərsə də olmasın. Bu şərtlə ki, cinayət şəri hakim üçün kafi dəlillərlə sübuta yetmiş olsun.
Diri siçan vasitəsilə nəcisin keçməsi
Əgər diri siçan yeməyin içinə girib diri halda da çölə çıxarsa, o yemək pakdırmı?
Pakdır, lakin bulanmışdır. Yaxşı olar ki, ondan pəhriz olunsun.
Neçə dəfə yaxınlığa razı olacağını şərt etmək
Əgər daimi arvad həftədə yalnız bir-iki dəfə yaxınlığa razı olacağını şərt etsə, bu şərt səhihdirmi?
Əgər hər iki tərəf bu şərtə razı olarlarsa, bu şərt səhihdir.
Namazdan sonra maneəni müşahidə etmək
Əgər dəstəmazdan qabaq maneə olub olmadığını təftiş etsə lakin namazdan sonra maneənin olduğunu müşahidə etsə, maneəni aradan aparıb yenidən namaz qılmalıdırmı?
Əgər maneənin dəstəmazdan sonra əmələ gəlməsinə ehtimal verirsə, namazı yenidən qılmaq lazım deyil.
İki növ xəsarətə səbəb olan zərbənin diyəsi
Əgər cani bir nəfərin gözünə zərbə endirsə və bu bir zərbə qaralmaya (qanın dəri altında qaralıb bərkiməsi), və yaxud göyərməyə və s. səbəb olsa, bu iki xəsarətin diyəsi iki növdür, yoxsa diyə yalnız qaraqançır xəsarətinə düşür?
Hər ikisinin diyəsini ödəməlidir.
Təxirdən dəyən zərəri almaq üçün əqdin daxilində şərt qoymaq
Əgər borcun təxirlə ödənilməsindən dəyən zərər, “lazım” müqaviləyə əlavə olunmuş şərt şəklində olarsa, onu almaq caizdirmi?
Əgər digər “lazım” əqdin daxilində şərt olunarsa, caizdir.
Borclu tərəfindən həbsə görə dəyən zərərin alınması
Əgər borclu şəxs müflisləşdiyinə görə hətta şəxsi mənzilinin və iş məkanının günün qiyməti ilə öz borc sahiblərinə verilməsinə razı olsa, amma borc sahibləri ondan yalnız nağd pul istəsələr və borclu şəxsi həbs etsələr, bu halda borclu şəxsin həbsdə olduğu və vaxtının hədərə getdiyi bu müddətdə borc sahiblərinin boynuna haqqı gəlirmi ki, onların borclarından kəsr etsin?
Məsələdə fərz olunanlara əsasən şəri baxımdan borc sahiblərindən zərərin əvəzini almağa haqqı yoxdur.
Bir uşağa süd verən şəxsin uşaqlarının məhrəmliyi
Əgər bir qadın öz qaynının qızına süd versə, bu iki qardaşın o qızdan başqa digər övladları bir-biri ilə ailə həyatı qura bilərlərmi?
Qardaşı qızının südünü əmən qız o qadının bütün övladlarına məhrəmdir. Lakin bu iki qardaşın digər övladları bir-birləri ilə evlənə bilərlər.
Qadınların Quran qiraət etmələrinə qulaq asmaq
Əgər bir qadın uca səslə Quran oxuyursa, kişi ona qulaq asa bilərmi? Belə hallarda lent yazısı ilə qeyrisinin arasında fərq varmı?
Qadın sadə şəkildə Quran oxuyarsa, maneəsi yoxdur. Lakin nəğmə ilə və ya gözəl səslə oxuyarsa, naməhrəm kişi üçün buna qulaq asmaq caiz deyil. Lent yazısı və qeyrisinin də (bu hökmdə) fərqi yoxdur.