Kəsilmiş üzvün yerinə tikildiyi təqdirdə qisas
Bir şəxs başqasının barmağını və ya əlini qəsdən kəssə və zərərçəkən özünü dərhal tibb məntəqəsinə çatdırıb kəsilmiş üzvünü cərrahiyyə əməliyyatı ilə yerinə qaytarsa və sağalsa, zərərçəkənin qisas almağa haqqı varmı?
Qisas almağa haqqı var. Lakin ikincinin də öz barmağını cərrahiyyə ilə yerinə qaytarmağa haqqı var.