مدت زمان پاسخگویی به هر سوال بین 24 تا 72 ساعت است.

لطفا قبل از 72 ساعت از پیگیری سوال و یا ارسال سوال مجدد خودداری فرمائید.

از طریق بخش پیگیری سوال، سوال خود را پیگیری نمایید.

captcha
انصراف

زمان پاسخگویی به سوالات بین 24 تا 72 ساعت می باشد.

انصراف
چینش بر اساس:حروف الفباجدیدهاپربازدیدها

Müqəssir sürücünün və sərnişininin diyəsi

Avtobusun peykan markalı yükdaşıyan avtomobil ilə toqquşması nəticəsində avtomobilinin sürücüsü və onun yanında oturan şəxs həlak olur. Yol polisi yükdaşıyan avtomobilinin sürücüsünü hadisədə təqsirli bilirsə, hökm necə olacaqdır?

Əgər yükdaşıyan avtomobilin sürücüsü yol hərəkəti qaydalarını öz ölümündə özü təqsirli bilinəcək bir şəkildə pozmuşdursa, qanı hədərdir. Onunla birlikdə həlak olmuş şəxsin diyəsi də onun əmlakından verilməlidir. Əgər o, yol hərəkəti qaydalarını ölüm hadisəsində təqsirli bilinəcəyi bir formada pozmamışdırsa, yəni hər iki tərəf təqsirli bilinirsə, hər ikisinin diyəsinin yarısını avtobus sürücüsü ödəməlidir və ölən ikinci şəxsin diyəsinin yarısı yükdaşıyan peykan avtomobilinin sürücüsünün malından götürülməlidir. Belə hallarda məlumatı olan insanların sözləri - onların etibarlı şəxs olduqları surətdə, sübut sayılır.

Çobanın uşaq olduğu təqdirdə sürüyə dəyən zərər

Bəzi məntəqələrdə adət belədir ki, hər ev kəndin qoyunlarını növbə ilə otarmağa aparır. Bəzi ailələr öz növbələri çatanda kiçik uşaqlarını qoyunları otarmağa göndərirlər və canavar qoyunların bəzilərini parçalayır. Belə olduqda dəymiş zərəri kim ödəməlidir?

Əgər bu barədə müqavilə bağlamışlarsa və yaxud yerli əhali adət üzrə qoyunları otarmağa onları canavardan qoruya biləcək adamlar göndərirlərsə, dəyən zərəri ödəmək müqaviləyə və ya yerli adətə zidd hərəkət edən adamın öhdəsinədir.

دسته‌ها: Diyə ödəməyin metodu

Maşının suda batmasına görə sürücünün zəmanəti

Cəbhə bölgəsində sürücü əsgər öz komandiri ilə dərin sularda zirehli maşını yuyarkən müəyyən səbəbdən motor sönür və maşın suda batmağa başlayır. Maşının üstündə olan əsgərlər özlərini suya atırlar lakin onlardan ikisi suda batır. Sürücü təkidlə bildirir ki, komandir mənə bu barədə əmr vermişdir. Komandir isə bunu inkar edir. Batan əsgərlərin maşına minməyə məcbur olmadıqlarını və maşın batmazdan öncə özlərini suya atdıqlarını nəzərə alsaq, sürücü zamindirmi?

Əgər maşını yumaq üçün oraya aparmışlarsa və hamı da bunu bilirdisə və bəziləri öz istəkləri ilə ona minmiş və ya maşında qalmışlarsa, sürücü zamin deyil. Habelə, maşının üstündə qalmaq onları xilas edəcəkdisə və onlar tələskənlik ucbatından özlərini suya atmışlarsa, yenə də sürücü zamin (borclu) deyil. Sürücü öz komandirinin bu barədə əmr etdiyini iddia edirsə və qarşı tərəf (komandir) də bunu inkar edirsə, heç bir faydası yoxdur: Hətta bunu inkar etməsə belə, yenə də onun məsuliyyətini aradan qaldırmayacaqdır.

دسته‌ها: Diyə ödəməyin metodu

İş yerində üzvlərini itirən fəhlələr

Daş karxanasında dəzgah və daş kimi bütün avadanlığın hamısını sex sahibi gətirir. O, fəhlə ilə müqavilə bağlayır ki, məsələn, hər 1 metr daşı onun üçün min tümənə emal edəcək. Əgər fəhlə işləyərkən əli daşın altında qalıb kəsilərsə, əlin diyəsini sex sahibi verməlidir?

Əgər bu barədə karxana sahibi ilə müqavilə bağlamamışdırsa və dəzgahın səhv tənzimlənməsində onun heç bir təqsiri yoxdursa, onun öhdəsinə heç bir diyə düşmür. Bundan əlavə, belə zərərləri ödəmək "əmək qanunu" məcəlləsində qeyd olunmuşdursa və onlar bu qanuna əsasən şəxsləri işə götürürlərsə, bu da öz növbəsində müqavilə hökmündədir.

Podratçı tərəfindən verilən diyə

Fars körfəzi ətrafı ölkələrində fəaliyyət göstərən bəzi şirkətlərdə belə bir qanun mövcuddur ki, bu şirkətlərdə çalışan işçi və yaxud fəhlələr iş başında ikən qəza hadisəsi nəticəsində, məsələn, binadan yıxılaraq ölərsə, 30 milyon tümən məbləğində pul diyə olaraq vəfat etmiş şəxsin varislərinə ödənilir. Bu məbləğin hökmü nədir?

Əgər sözü gedən diyənin ödənilməsi, fəhlə işə götürülən zaman şərt kimi qeydə alınmışdırsa, eybi yoxdur. Bu şərt işçi ilə bağlanan müqavilədə qeyd oluna, habelə oranın fəhlələrinin ürfündə ümumi qanun kimi işə götürülmənin ümumi şərtlərindən biri olaraq qəbul oluna bilər.

پایگاه اطلاع رسانی دفتر مرجع عالیقدر حضرت آیت الله العظمی مکارم شیرازی
سامانه پاسخگویی برخط(آنلاین) به سوالات شرعی و اعتقادی مقلدان حضرت آیت الله العظمی مکارم شیرازی
آیین رحمت - معارف اسلامی و پاسخ به شبهات کلامی
انتشارات امام علی علیه السلام
موسسه دارالإعلام لمدرسة اهل البیت (علیهم السلام)
خبرگزاری دفتر آیت الله العظمی مکارم شیرازی