مدت زمان پاسخگویی به هر سوال بین 24 تا 72 ساعت است.

لطفا قبل از 72 ساعت از پیگیری سوال و یا ارسال سوال مجدد خودداری فرمائید.

از طریق بخش پیگیری سوال، سوال خود را پیگیری نمایید.

captcha
انصراف

زمان پاسخگویی به سوالات بین 24 تا 72 ساعت می باشد.

انصراف
چینش :حروف الفباشماره مسئله
مسئله شماره 3Təqlid

Mərcəyi-təqlidin şərtləri

Məsələ 3: Təqlid edilən müctəhid: kişi, həddi-büluğa çatmış, ağıllı, on iki imamçı şiə, halal yolla doğulmuş (halalzadə), həmçinin vacib ehtiyata əsasən, ədalətli və diri olmalıdır. (Daxilindəki Allah qorxusu səbəbindən böyük günahdan çəkinən və kiçik günahları təkrarlamayan şəxs ədalətli sayılır).

مسئله شماره 5Təqlid

Müctəhidi və daha elmlini tanımaq yolları

Məsələ 5: Müctəhidi və daha elmli müctəhidi üç yolla müəyyənləşdirmək olar:A) Elm əhli olan insan özü müctəhid və daha elmli müctəhidi tanıya bilər.B) Elm əhlindən olan iki ədalətli şəxs ona bu barədə mə’lumat verdiyi halda (başqa iki alim onların dediyinin əksinə şəhadət verməsin).V) Müctəhid və ya daha elmli müctəhid elm əhli arasında və elmi dairələrdə o qədər məhşur ola bilər ki, insan buna əmin olar.

مسئله شماره 6Təqlid

Daha elmli müctəhidi tanımaq mümkün olmasa

Məsələ 6: Daha elmli müctəhidi dəqiq tanımaq mümkün olmadıqda vacib ehtiyat budur ki, insan daha elmli saydığı müctəhidə təqlid etsin. Əgər bir neçə müctəhidi elm baxımından fərqləndirə bilməzsə, onlardan istənilən birinə təqlid edə bilər.

مسئله شماره 7 Təqlid

Mərcəyi-təqlidin fətvalarını əldə etmək yolları

Məsələ 7: Müctəhidin fətvasını öyrənməyin bir neçə yolu var:a) Müctəhidin özündən eşitmək və onun əlyazmasını görmək;b) E’tibarlı sayılan risalədə görmək;v) E’tibarlı bir şəxsdən eşitmək;q) Fətvanın xalq arasında xatircəmliyə səbəb olacaq qədər məşhur olması.

مسئله شماره 8Təqlid

Fətvanın dəyişməsi ehtimalı

Məsələ 8: Əgər insan müctəhidin fətvasının dəyişdiyini güman edərsə, araşdırma aparmayıb əvvəlki fətvaya əməl edə bilər.

مسئله شماره 9 Təqlid

Risalədə olan terminlər

Məsələ 9: Əgər bir Məsələ ilə bağlı müctəhid qəti fətva verməmişsə, sadəcə ehtiyat əsasında müəyyən şəkildə əməl etməyi söyləyirsə, elə bir ehtiyat vacib ehtiyat adlanır. Təqlidçi ya onun söylədiyinə əməl etməli, ya da başqa eyni rütbəli və yaxud daha ələm bir müctəhidə üz tutmalıdır. Bu müctəhid bir məsələ ilə bağlı qəti fətva vermişsə, məsələn, namazda iqaməni müstəhəb saymışsa, eyni zamanda onu tərk etməməyi ehtiyat bilmişsə, elə bir ehtiyat, müstəhəb ehtiyat adlanır. Təqlidçi bu göstərişə əməl edib-etməməkdə azaddır. Əgər müctəhid bir iş haqqında “təəmmul məhəlli” və ya “işkal məhəlli” sözlərini işlədirsə, təqlidçi ya ehtiyata əməl edər, ya da başqa birinə üz tutar. Amma müctəhid bir məsələ ilə bağlı “zahirdə belədir” və ya “daha qüvvətli nəzər belədir” (“əqva”) tə’birlərini işlədərsə, bu tə’birlər fətva sayılar və təqlidçi ona əməl etməlidir.

مسئله شماره 10Təqlid

Mərhum müctəhidin təqlidində qalmaq üçün şərtlər

Məsələ 10: Əgər insanın təqlid etdiyi müctəhid dünyasını dəyişərsə, ona təqlidi davam etdirmək olar. Həmin müctəhid daha elmli olduqda təqlidi davam etdirmək vacibdir. Bir şərtlə ki, bu işdə onun fətvasına əməl etmiş olsun.

مسئله شماره 11Təqlid

Mərhum müctəhidin fətvasına əməl etmək

Məsələ 11: İnsan təqlidə başlayarkən dünyasını dəyişmiş müctəhidin fətvalarına təqlidə başlaya bilməz. Vacib ehtiyata əsasən o müctəhid ə’ləm olarsa belə, təqlidə bu şəkildə başlamağa icazə verilmir.

مسئله شماره 13Təqlid

Hökmünü bilmədiyimiz sual

Məsələ 13:Əgər qarşısına çıxan məsələnin hökmünü bilməsə ehtiyata əməl edə bilər. Əməli yerinə yetirmək üçün vaxt varsa, səbr edib müctəhiddən öyrənməlidir. Əgər müctəhiddən öyrənmək imkanı olmasa, daha çox ehtimal olunan yolla getməli, sonradan məsələni öyrənməlidir. Əgər gördüyü iş müctəhidin fətvasına uyğun olarsa, qəbuldur, uyğun olmazsa onu təkrar yerinə yetirməlidir.

مسئله شماره 14Təqlid

Təqlidsiz əməl

Məsələ 14: Əgər bir şəxs müəyyən bir müddət təqlidsiz hərəkət etmişsə, təqlidə başlayanda araşdırma aparmalıdır. Əgər təqliddən öncəki əməlləri hazırkı müctəhidin fətvalarına uyğundursa qəbuldur, uyğun deyilsə onları təkrar yerinə yetirməlidir. Yetərincə araşdırma aparmadan bir müctəhidə təqlid edilən halda da eyni cür addım atılır.

پایگاه اطلاع رسانی دفتر مرجع عالیقدر حضرت آیت الله العظمی مکارم شیرازی
سامانه پاسخگویی برخط(آنلاین) به سوالات شرعی و اعتقادی مقلدان حضرت آیت الله العظمی مکارم شیرازی
آیین رحمت - معارف اسلامی و پاسخ به شبهات کلامی
انتشارات امام علی علیه السلام
موسسه دارالإعلام لمدرسة اهل البیت (علیهم السلام)
خبرگزاری دفتر آیت الله العظمی مکارم شیرازی