Qəbiristanlığın torpağının mübahlığında tərəddüd
Şəhərlərin birində bələdiyyə idarəsi geniş şəhərsalma layihəsində yaşıllaşdırmaq obyekti kimi nəzərdə tutulan bir torpaq sahəsini qanuna əsasən satın almış və öz mülkiyyətinə keçirmişdir. Bu torpaq sahəsi şəhərin şəhidlər xiyabanı ilə qonşu olduğuna görə qanuni icazə alandan sonra onun bir hissəsi şəhidlərin dəfn olunması üçün ayrılmışdır. İndiyə kimi orada Müqəddəs Vətən Müharibəsində həlak olmuş 50-yə yaxın şəhid dəfn olunmuşdur. Bəzi şəxslər bu məkanın mübah olması barədə şübhə yaradırlar. Bu məsələnin şəriət hökmü necədir?
Sözü gedən torpaq sahəsi sahibsiz idisə, bunun eybi yoxdur. Habelə sahibi olan abadlaşdırılmış torpaq idisə və bələdiyyə idarəsi onu şəriət qanunlarına əsasən öz mülkiyyətinə keçirmişdirsə, yenə də eybi yoxdur. Əks halda ölülərin orada dəfn olunması caiz deyil.
Əgər xırda uşaqların şəri hakim tərəfindən təyin olunmuş himayəçisinin icazəsi ilə olsa, maneəsi yoxdur, lakin adi və camaat içində qəbul olunan həddən artıq olmamalıdır. Habelə azyaşlı uşağa mənfəəti olmalı, ya da azya
Əgər bir ailə öz atalarını itirmişsə və onların başçılığını anaları öhdəsinə götürmüşsə, azyaşlı (səğir) uşağı da varsa, belə ki, dövlət tərəfindən ailənin bütün üzvləri üçün, hətta xırda uşaq üçün mütəmadi pensiya (sosial yardım) ayrılırsa, bu ailənin qonağı olmağın hökmü nədir?
Əgər xırda uşaqların şəri hakim tərəfindən təyin olunmuş himayəçisinin icazəsi ilə olsa, maneəsi yoxdur, lakin adi və camaat içində qəbul olunan həddən artıq olmamalıdır. Habelə azyaşlı uşağa mənfəəti olmalı, ya da azyaşlı uşağın haqqının əvəzini ödəməlidir.
Qəbrin açılmasının haram olma müddəti
Qəbri açmaq dəfndən neçə il sonraya kimi haramdır?
Qəbri açmaq üçün müəyyən bir zaman qeyd olunmamışdır. Çünki insanların bədənləri və torpaqlar bir-birindən fərqlidir. Yalnız o zaman qəbri açmaq olar ki, bədənin bütün qalıqlarının aradan getməsinə yəqin hasil olsun.
Qəbir açılmadan cənazənin köçürülməsi
Qəbir qazılmadan cənazənin köçürülməsi caizdirmi?
Camaatın nəzərində meyyitə hörmətsizlik olmasa, onu başqa bir məkana köçürə bilərsiniz. Lakin yaxşı olar ki, onun yerini dəyişməyəsiniz.
Zəruri hallarda qəbrin açılmasının caizliyi
15 yaşlı qız uşağı yal qəzasında dünyadan getmişdir. Onu torpağa tapşırdıq. Bir müddətdir ki, qohumları, tanışları, xüsusilə də böyük bacısı daim onun yuxuda belə deyib israr etdiyini görür ki, “Gəlsin məni buradan aparsın, mən diriyəm”. Bu yuxular o qədər təkrar olunub ki, mərhumun ailəsinin ruhi vəziyyəti təhlükə altındadır. Onların sağlamlığı aradan gedib. Qəbri açıb bu işə aydınlıq gətirməyə icazə verirsinizmi?
Bu ailənin ciddi narahatlığından doğan zərurətə görə (sual verilən şəraitdə) hörmətsizlik sayılmır, ehtiyata riayət etməklə (qəbrin minimum açılması ilə) caizdir.
Hörmətsizlik üzündən qəbrin açılmasının caizliyi
Bir möminin qəbrinin yanında tualet tikilmişdir. Bu iş nəticəsində hətta orada bir Quran surəsini oxumaq belə mümkün deyil. Tualeti ayrı məkana keçirmək üçün məsul işçilərə müraciətlərin heç bir faydası olmadı. İcazə verirsiniz ki, qəbri açıb meyyiti başqa məkana köçürək?
Onlara təzyiq göstərin ki, tualeti başqa məkana köçürsünlər. Məsullara deyin ki, bu iş şəriət baxımından səhih deyil. Çünki möminin qəbrinə hörmətsizlik sayılır. Əgər bu vəziyyətin davam etməsi meyyitin hörmətsizliyinə səbəb olarsa onun digər məkana köçürülməsi caizdir.
Qədim qəbiristanlıqda yenidən ölü basdırmaq
Bir qəbiristanlıqda dəfn olunan meyyitlərin dəfn olunmasından 100 il keçirsə, yenidən orada ölü basdırmaq olarmı?
Əgər meyyitlərin qalıqları aradan getmişdirsə, eybi yoxdur.
Hamilə qadının necə dəfn olunması
Bətnində 7 aylıq müsəlman uşağı olan müsəlman qadın vəfat etmişdir. Bəziləri deyirlər ki, ananın arxa səmtində ayna qoymaq lazımdır ki, uşağın üzünü qiblə tərəfə əks etdirsin. Bu iş lazımdırmı?
Ananın üzü qibləyə olması kifayətdir. Ayna qoyulmasının mənası yoxdur.
Meyitin xüsusi libasla dəfn olunması
Livanda bəzi müsəlmanlar vəsiyyət edirlər ki, onları toy libasında dəfn etsinlər. Belə vəsiyyət etmək caizdirmi? Caizdirsə, bu vəsiyyətə əməl etmək vəsiyə lazımdırmı?
Əgər o libasda kəfənin şərtləri varsa və ya üçlük kəfəndən əlavə olarsa, israf sayılacaq qədər çox bahalı paltar olmasa, caizdir.
Müsəlmanların təcavüzkarlar tərəfindən öldürülməsi
İngilis müstəmləkəçiləri Hind yarımadasından çıxandan və əhalisi müsəlman olan iki əyalətə: Camu və Keşmirə bölünəndən sonra müsəlmanların bölgü qanunlarına və istəklərinə zidd olaraq bu məntəqə Hind qoşunlarının təcavüzünə məruz qalıb Hind hökmranlığına tabe oldu. Müsəlmanlar öz dinlərini, mədəniyyətlərini, namuslarını və azadlıqlarını qorumaq üçün təcavüzkarların əleyhinə qiyama qalxdılar və bu mübarizədə ən ağır zülmlərə, o cümlədən kütləvi soyqırıma, işgəncəyə, əsirliyə, qarətə və hətta ... məruz qaldılar. Sualımız budur: bu mübarizədə müsəlmanlardan həlak olanlar şəhiddirlərmi və bu hərəkat cihad sayılırmı?
Onlar öz canları, malları, müsəlmanların namusu, İslamın əsası və Əhli-beyt (əleyhimussalam) məzhəbini qorumaq üçün çalışırlarsa, onların bu əməlləri cihaddır və bu yolda həlak olanlar şəhiddirlər. Amma səy göstərmək lazımdır ki, müctəhiddən və yaxud müctəhidin nümayəndəsindən göstəriş alsınlar.