Bir məktubda üçdən artıq sual yazmayın

Sualınızı qısa, xülasə şəklində bir neçə sətirdə bəyan edin. Uzun-uzadı ifadələr yazmaqdan çəkinin

Yuxu yozma, istixarə və buna bənzər suallar verməyin

captcha
انصراف
انصراف

Mütəvəllisi vəfat etmiş vəqf əmlakları

Bəhreyn alimlərindən biri 50 il bundan qabaq bir yeri əzadarlıq və matəm məclisləri üçün vəqf etmişdir ki, onun gəlirindən əzadarlıq məclisi keçirsinlər. O, sağlığında özü bu vəqfin mütəvəllisi (nəzarətçisi) idi. Onun vəfatından sonra Bəhreynin vəqf idarəsi bir qrup insanı mütəvəlli ünvanı ilə təyin etmişdir. Onlar müctəhidlər tərəfindən də izn aldıqlarını iddia edirlər. Halbuki, onların etibarlı və inanılmış şəxs olmadıqları camaat arasında məşhurdur. Bu müqəddiməni nəzərdə tutmaqla aşağıdakı iki suala cavab verin: 1)Bu vəqf əmlakları vəqf olaraq qalırmı? Bu məkanlar şəriət hakiminin nəzarəti altında olmalıdırmı? Yoxsa hal-hazırdakı mütəvəlliləri qeyri-şəri olduğuna görə onlar məchulul-malik əmlaka çevrilir? 2) Vəqf öz qüvvəsində qaldığı surətdə bu gəlirləri vəqf edilən məqsəddən ayrı məqsədlər üçün, məsələn, əzadarlıq binasının yenidən inşa (təmir) edilməsinə və ya gəlir əldə etmək üçün əzadarlıq məkanının nəzdində olan (digər bir) məkanı tikməyə sərf etmək olarmı?

1)Vəqf bu kimi məsələlərlə ləğv olunmur, lakin şəriət hakimindən icazə alınmalıdır. 2)Vəqf olunmuş hər bir şey vəqf edilən məqsədə uyğun olaraq sərf edilməlidir. Necə ki, bu göstəriş hədislərdə deyilmişdir. Vəqfin sərf olunma məqsədinə qarşı çıxmaq caiz deyil. Yalnız bir halda caizdir ki, o məqsədlə xərcləmək mümkün olmasın. Belə hallarda həmin məqsədə daha yaxın olan yerlərdə sərf edilməlidir.

Məscidin istifadəyə yararsız əşyalarının satılması

Məscidə aid olan, lakin ehtiyac olmayan əşya və avadanlıqları satıb pulunu məscidə xərcləmək olarmı?

O avadanlığa ehtiyac yoxdursa, satıb pulunu həmin məscidə xərcləyin. Buna görə ki, belə hallarda onları vəqf edən, yaxud hədiyyə edən insanların nəzərinə (məqsədlərinə) daha yaxın olan, onları (avadanlıqları) həmin məsciddə istifadə etməkdir. Bu məscidin onlara ehtiyacı yoxdursa, başqa məsciddə istifadə edə bilərsiniz.

Vəqf olunmuş yerin həndəvərinin icarəçi tərəfindən abadlaşdırılması

Bir şəxs vəqf olunmuş bir torpaq sahəsini mütəvəllidən (nəzarətçidən) icarəyə götürür. İcarə edəndən sonra onun hərimində (ətrafında) olan yararsız torpaqları da abad edir. Sualımız budur ki, mütəvəlli icarə edənin abad etdiyi həmin torpaqları da vəqf torpaqlarından hesab edə bilərmi? Yoxsa icarə edən bu torpağın maliki olur?

Əgər şəriət baxımından bu torpaqlar vəqfin hərimidirsə, icarə edən şəxsin onları abad etməyə haqqı olmamışdır və malikinə də çevrilməyəcəkdir. Torpağın icarə müddəti sona çatana qədər, icarə edən şəxsin ondan istifadə etməyə haqqı var və onun icarə haqqını ödəməlidir. Mütəvəllinin də bunu ondan almağa haqqı yoxdur. Lakin icarə müddəti bitəndən sonra icarə edən şəxs üçün heç bir haqq qalmır.

Vəqf olunmuş yerlərin gəlirlərinin sərf olunma yerlərini dəyişmək

Vəqf olunmuş şeylərdən əldə olunan gəlirlər hansı yerlərdə istifadəyə çatdırılmalıdır və hansı hallarda onların sərf olunma yerlərini dəyişmək mümkündür?

Qəti qaydalara və məşhur - الوقوف على حسب ما یوقفها اهلها – hədisinə əsasən vəqf olun şeydən əldə olunan gəliri vəqfnamədə qeyd olunanlara əsasən sərf etmək lazımdır. Yalnız bir və ya bir neçəsinə əməl etmək mümkün olmayan bəndləri istisna etmək olar, məsələn, mis qab-qacaq indiki əsrdə digər qab-qacaqla əvəz olunacaqdır.