Bir məktubda üçdən artıq sual yazmayın

Sualınızı qısa, xülasə şəklində bir neçə sətirdə bəyan edin. Uzun-uzadı ifadələr yazmaqdan çəkinin

Yuxu yozma, istixarə və buna bənzər suallar verməyin

captcha
انصراف
انصراف

Vəqfnamənin məzmunundan xəbərsizlik

Bir neçə xeyriyyəçi 1349-cu hicri-şəmsi ilində (təxminən 1970) bir torpaq sahəsini mülkiyyət sənədi ilə və torpaq sahibinin bu torpaqların vəqf olmağına dair iddiası ilə yanaşı məscid inşa etmək üçün satın almışdır. Hal-hazırda orada “Həzrət Əbul-fəzl adına məscid” inşa edilmiş və əhalinin istifadəsinə verilmişdir. Lakin yerli əhali arasında məşhurdur ki, bu məscidin yeri vəqfdir. Vəqfin şəri məsələlərini nəzərə almaqla məscidin icması bu məsələni araşdırmışdır ki, tədqiqatın nəticəsini həzrət ustada bu şəkildə təqdim edirik: Bu məscidin torpağının Hacı Məhəmməd Əli adlı bir şəxs tərəfindən vəqf olunması şübhəsizdir. Lakin vəqfin növü məlum deyil. Bir qrupun dediyinə görə Hacı Məhəmməd Əlinin vəqfi övlad vəqfidir. Digər bir qrup bu vəqfin növündə tərəddüd edir və onun Şahi Nəcəf vəqfi olması ehtimalı var. (Lakin böyük ehtimalla Hacı Məhəmməd Əlinin vəqfi övlad vəqfidir.) Sizdən xahiş edirik ki, yerli əhalinin sözü gedən məsciddə dini fəaliyyətlərinə davam etmələrinə dair vəzifələrini bəyan edəsiniz.

Bu barədə təhqiq etmişsinizsə və vəqfin məqsədi aydın olmamışdırsa, o torpaq sahəsi üçün münasib bir icarə haqqı nəzərdə tutmalısınız. Onun yarısını Mövla Əmirəl-möminin Əlinin (əleyhis-səlam) məclislərinə aid olan xərclərdə sərf edin və digər yarısını da vəqfdə nəzərdə tutulan insanlara çatdırın. Amma əgər onlar məscidə görə icarə malını güzəştə getdikləri barədə razılıq versələr və aralarında səğir (azyaşlı) də olmasa (onlara pul vermək) lazım deyil.

İcarə malında fəqir insanlar üçün güzəşt

Vəqf əmlaklarından istifadə edən insanların bəzisi imkansız, yoxsul, ailəli fəqir və bəzən də möhtərəm şəhid və fədai ailələrindəndir. Vəqf idarəsinin bu barədə vəqf edənin nəzərdə tutduğu məqsəddən fərqli olaraq vəqf olunmuş əmlakın icarə qiymətini aşağı salmağına icazə verirsinizmi?

Bu iş yalnız iki surətdə caizdir: 1) Sözü gedən kirayənişinlərin vəqf olunan əmlakın məqsədlərindən olduqları surətdə. 2) Onlarla uyğun olan digər vəqf əmlaklarından götürülüb sözü gedən vəfqin məqsədləri üçün sərf olunacağı surətdə.

Xarabalığa çevrilmiş məscidlərin kitablarını yeni məscidlərə keçirmək

Uçub xarab olmuş məscidin Quran və “Məfatih” kitablarını bu məsciddən çıxarıb şəhər və kəndlərdə olan digər məscidlərdə istifadə etmək olarmı?

Bu məscid yaxın gələcəkdə təmir olunmayacaqsa, kitabları həmin şəhərdə və ya kənddə yerləşən digər məscidlərə aparmaq olar. Təmir olunandan sonra isə onları əvvəlki yerlərinə qaytarsınlar.