Meyit qüsllərindən birinin yaddan çıxması
Əgər səhvən meyyitə verilməsi vacib olan üç qüslün biri verilməsə, hökmü nədir?
Meyyitə ehtiramsızlığa səbəb olmasa qəbri qazıb meyyiti çıxarmaq və qüslü təkmil etmək caizdir. Lakin bu iş vacib deyil.
Meyyitə ehtiramsızlığa səbəb olmasa qəbri qazıb meyyiti çıxarmaq və qüslü təkmil etmək caizdir. Lakin bu iş vacib deyil.
Əgər qüsl zamanı “hədəsi-əsğər”, yəni dəstəmazı pozan bir iş baş verərsə bunun qüslə təsiri olmaz. Amma namaz və bu kimi işlər üçün dəstəmaz almaq lazımdır. .
Bir günahdan qurtarmağın yolu başqa bir günah etmək deyil. İnsan ya evlənmək fikrində olmalı, ya da oruc tutmaqla, idman etməklə və bu kimi işlərlə özünü günahdan saxlamalı, başqa günaha pənah gətirməməlidir.
Onun qüsl və dəstəmazı batildir. Lakin başqası onun bədəninə su töksə və o özü öz bədənini yusa, eybi yoxdur. Amma bu iş qeyri-zəruri hallarda məkruhdur.
Təxəyyüllə istimna etmək tamamilə mümkündür. Lakin məninin (spermanın) əlamətləri olmayan şübhəli bir maye çıxarsa və yaxud məninin əlamətlərindən bəzisi onda olarsa, məni sayılmır.
Meyyitə verilən üç qüsl bitməmiş meyyit pak olmur.
Sualınızda fərz olunanlar haqda ehtiyat vacib budur ki, zərəri olmayan miqdarda qüsl etsin və zərəri olan hallarda isə təyəmmüm caizdir. Amma ehtiyat olaraq dəstəmaz da alsın. Bu, məni zərrələrinin bövldə həll olub aradan getmədiyi haldadır. (Məninin) aradan getdiyi təqdirdə isə qüslə ehtiyac yoxdur. Habelə, bu zərrələrin məni, yoxsa bəzi vaxtlar insandan gələn digər yapışqanlı sular olmasında şəkk etsə, qüsl lazım deyil.
Çox su qüslə zərər yetirmir. Lakin israf olsa artıq miqdarı haramdır. Bədənin təri suyun muzaf olmasına səbəb olmazsa eybi yoxdur. Lakin daha yaxşı olar ki, əvvəl tərini yusun, sonra qüsl alsın.
Qüslü yoxdur. Lakin məni olması yəqindirsə, özünü paklamalıdır.
Maneəsi yoxdur. Cənabət qüslü ilə cəbabətdən pak olur. Habelə, müstəhəb qüslləri də yerinə yetirə bilər.