Hüzuri-qəlb olmadığına görə namazı yenidən qılmaq
İnsan namazında hüzuri-qəlb və diqqətli olmadığına görə onu yenidən qıla bilərmi?
Əgər namazında zahirən bir nöqsan olmasa, yenidən qılmasın, təqibatla (çatmamazlıqlarını) bərpa etsin.
Əgər namazında zahirən bir nöqsan olmasa, yenidən qılmasın, təqibatla (çatmamazlıqlarını) bərpa etsin.
Namazın qəza olacağını bilə-bilə yatmağın eybi yoxdur. Lakin mümkün olan qədər, bunu etməməlidir.
Bu iş ehtiyatın əksinədir. Namaza etinasızlığa səbəb olarsa, haramdır.
Üç tərəfə deyilən üç salamın xas bir dəlili yoxdur. Lakin “mütləq ziyarət əmri” niyyəti ilə maneəsi yoxdur.
Onların qanunsuz göstərişlərinə tabe olmaq caiz deyil. Lakin onların doğru və qanuni göstərişlərinə tabe olmaq lazımdır. İslami ictimai mühitdə vəzifəyə elə adamlar qoyulmalıdır ki, şəriət hökmlərinə qarşı laqeyd olmasınlar.
Bidət odur ki, dində olmayan bir şeyi dinin bir hissəsi adı ilə yerinə yetirsinlər və ya əməldə belə bir fikri bəyan etmiş olsunlar. Buna əsasən əl verib görüşməyi mütləq mətlub olan (namazdan da qeyri hallarda, ümumi şəkildə istənilən) əməl məqsədilə yerinə yetirsələr və bəzən də bunu tərk etsələr, heç bir işkal (problem) yaranmayacaqdır.
İşkallıdır. Lakin gündəlik namazları iki dəfə iki müxtəlif camaatla qılmaq olar.
Əgər bu namazla nafilə niyyəti etsə, nafilə hesablanır. Bu xüsusi namazın savabına çatmasına da ümid var.
Bu nafilələri yerinə yetirmək şəri hökm deyildir.
Məsələnin fərz olunduğu halda ehtiyat budur ki, zöhr namazını da qılsın.