Bədənindən mütəmadi şəkildə qan gələn yaralılar
Yaralıların bəzilərinin bədənindəki yaralar elədir ki, 24 saat ərzində (ondan) qan gəlir. Bu şəxslər namaz üçün nə etməlidirlər?
İmkan daxilində yaralarını bağlamalıdırlar ki, başqa yerlərə keçməsin və həmin halda namazlarını qılmalıdırlar.
Nafilə niyyəti ilə müstəhəb namaz
Xüsusi qılınma qaydası olan müstəhəb namazları (məsələn, vəhşət namazı) gündəlik namazların nafiləsinin yerinə hesablamaq olarmı?
Əgər bu namazla nafilə niyyəti etsə, nafilə hesablanır. Bu xüsusi namazın savabına çatmasına da ümid var.
Vasvası olan imam camaat
Vasvası olan, məsələn, bir sözü bir neçə dəfə təkrar edən imam camaata iqtida etmək caizdirmi?
İşkalsız deyil. Lakin diqqət yetirmək lazımdır ki, ehtiyata riayət etmək məqsədi ilə bir-iki dəfə təkrar etmək vasvasılığa dəlil ola bilməz.
Vətəndən imtina etməkdə qadının ərinə tabe olması
Vətəndən imtina etməkdə qadının ərinə tabe olması
Qadının öz qəsd və niyyətinə bağlıdır. Belə ki, ərini qaytaracağına ümidi varsa, imtina etmək sayılmır. Əgər ümidi olmasa, məcburi imtina sayılır.
Böyük şəhərlər
Tehran və bu kimi şəhərlər böyük şəhərlərdən sayılırmı?
Böyük şəhərlərin və kiçik şəhərlərin hökmləri eynidir. Yalnız hər məhəlləsi camaat içində müstəqil bir şəhər sayılan məkanlar bu haldan istisnadır.
Meyitlə namaz qılan şəxs arasında maneənin olması
Tabutla namaz qılanlar arasında maneənin olması işkal yaradırmı?
Eybi yoxdur. Lakin namaz qılanla meyyit arasında divar və ya pərdə olmamalıdır.
Vətən seçmək qəsdi olmadan bir yerdə uzun müddət olmaq
Təxminən 15 ilə yaxın Qumda sakin olan dini tələbələr, bu yeri özlərinə vətən seçməmişlər və daimi iqamət (qalmaq) niyyətləri də yoxdursa, lakin vətənlərinə də nə vaxt qayıdacaqları barədə tərəddüd edir və nə zaman qayıdacaqlarını bilmirlərsə, belə şəxslərin namaz və oruclarının hökmü necədir? Bu məsələdə iranlı və xarici dini tələbələr arasında fərq varmı?
Sualın fərz olunduğu halda, Qum onların hamısı üçün vətən hökmündədir.
Təhsil aldığı yerdə namaz və orucun hökmü
Tələbənin təhsil aldığı məkan onun yaşadığı yerin dörd fərsəxliyində yerləşir. O, namaz və orucunu necə yerinə yetirməlidir?
Mütəmadi olaraq gediş-gəliş edirsə, namazı tamam qılmalı və orucunu tutmalıdır.
Təhsil alınan yerdə qalmaq
Tələbələrin 2 illik, 4 illik və ya daha artıq müddətdə təhsil aldıqları yerlər onlar üçün vətən sayılırmı?
Bəli, vətən olmasa da vətən hökmündədir.