Qadınların gündəlik namazlarda iştirakları
Qadınların gündəlik camaat namazlarında iştirakı məkruhdurmu?
Qadınların gündəlik camaat namazlarında iştirakı məkruhdurmu?
Vətənində namazını şikəstə qılan şəxs
Birisi müsafir olduğunu güman edib namazını şikəstə qılmış və ya müsafir olmadığını düşünüb namazını tamam qılmış və oruc tutmuşdur. Bir müddət sonra öz səhvini başa düşmüşdür. Onun oruc və namazlarının hökmü nədir?
Ehtiyat vacibə görə hər iki halda yenidən (vəzifəsinə uyğun) yerinə yetirsin.
Məkkə və Mədinədə müsafirin namazı
Müsafir, Məkkə və Mədinənin qədim və yeni salınmış məhəllələrində, məsələn, Məscidun-Nəbidə və Məscidul-Həramda (namazı) qəsr və tamam qılmaq arasında ixtiyar sahibidir, yoxsa mütləq qəsr qılmalıdır?
Müsafirlər Məkkə və Mədinədə öz namazlarını Məscidul-Həramda və Məscidun-Nəbidə, hətta Məkkə və Mədinə şəhərlərinin hər yerində tamam və qəsr qılmaqda ixtiyar sahibidirlər və namazı tamam qılmaq daha fəzilətlidir. Qədim və indiki Məkkə və Mədinə arasında heç bir fərq yoxdur.
Vətən seçmək qəsdi olmadan bir yerdə uzun müddət olmaq
Təxminən 15 ilə yaxın Qumda sakin olan dini tələbələr, bu yeri özlərinə vətən seçməmişlər və daimi iqamət (qalmaq) niyyətləri də yoxdursa, lakin vətənlərinə də nə vaxt qayıdacaqları barədə tərəddüd edir və nə zaman qayıdacaqlarını bilmirlərsə, belə şəxslərin namaz və oruclarının hökmü necədir? Bu məsələdə iranlı və xarici dini tələbələr arasında fərq varmı?
Sualın fərz olunduğu halda, Qum onların hamısı üçün vətən hökmündədir.
İki yerdə təhsil almaq
Ali məktəbin yerləşdiyi məkanla tələbənin sakin olduğu kənd arasındakı məsafə 4 fərsəxdən azdır. Lakin universitetin ikinci şöbəsi şəri məsafədən uzaqda yerləşir. Tələbə ayda bir-iki dəfə ora gedirsə, namaz və orucunun hökmü necədir?
İnstitutun ikinci şöbəsinə gedəndə namaz və orucu qəsr sayılır.
Təhsil aldığı yerdə namaz və orucun hökmü
Tələbənin təhsil aldığı məkan onun yaşadığı yerin dörd fərsəxliyində yerləşir. O, namaz və orucunu necə yerinə yetirməlidir?
Mütəmadi olaraq gediş-gəliş edirsə, namazı tamam qılmalı və orucunu tutmalıdır.
Bir şəhərdə uzun müddət qalmaq
Bir şəhərdə uzun müddət qalan insanın namazının hökmü nədir?
Uzun müddət bir məkanda qalarsa, onun üçün vətən hökmündə olacaqdır.
Təhsil alınan yerdə qalmaq
Tələbələrin 2 illik, 4 illik və ya daha artıq müddətdə təhsil aldıqları yerlər onlar üçün vətən sayılırmı?
Bəli, vətən olmasa da vətən hökmündədir.
Hərbi xidmət yeri
Mən Bəndər Abbasda hərbi xidmət edirəm. Lakin vətənim Şirazdır. Məzuniyyət vaxtı hər iki şəhərdə (Bəndər Abbasda və Şirazda) namazlarımı necə qılmalıyam?
Siz Bəndər Abbasda və Şirazda namazlarınızı tamam qılıb oruclarınızı tutun. Yolda isə namaz və orucunuz müsafir hökmündədir.
Ali məktəb tələbələrinin on gün qalmaq niyyəti
Təhsil alınan yer vətən sayılmırsa və tələbə 10 gün qalmağı niyyət edibsə, 10 gündən qabaq 2 saatdan artıq tərəxxüs həddindən çıxa bilərmi? Nəzərinizə çatdıraq ki, təhsil binası tərəxxüs həddindən kənardadır, Yataqxana isə şəhərin daxilindədir. Biz tətil günlərindən savayı hər gün tərəxxüs həddindən keçmək məcburiyyətindəyik.
Davamlı surətdə təhsil aldığı yer, tələbə üçün vətən hökmündədir. Namaz və oruc orada tamamdır. 10 gün qalmaq məqsədi lazım (vacib) deyil. Habelə qaldığı yerdən çıxmağın və yaxın məntəqələrə (məsələn, 3 və ya 4 km.) getməyin də eybi yoxdur.
Ali məktəb və dini hövzə tələbələrinin təhsil məkanında qalmaları
Cənab ustadın nəzərinə görə dini və qeyri dini tələbələrin iki il və daha artıq orada qaldıqları və ya qalacaqları məkan, vətən hökmündədirmi? Əgər oradan öz əsil vətənlərinə və ya başqa bir yerə istirahət və əylənmək üçün müvəqqəti səfər edib, yenidən qalmaq istədikləri yerə qayıtsalar, hökmü nədir?
Belə iqamət məkanları vətən hökmündədir.