Vətənlə təhsil aldıqları yer arasında gediş-gəlişdə olan tələbələr
Hər il Məşhəd şəhərindən olmayan tələbələr Məşhəd universitetinə qəbul olurlar. Onlardan bəzisi Xorasan vilayətinin şəhərlərindəndir ki, adətən hər həftə öz vətənlərinə qayıdırlar. Onların təhsil aldıqları yerlə vətənləri arasındakı məsafə şəri məsafədən çoxdur. Təhsil illərində bu gediş-gəlişlər davam edir. Məsələn, şənbədən çərşənbəyə kimi Məşhəddə olur, qalan iki günü isə vətənlərinə qayıdırlar. Bu tələbələrin namaz və orucla bağlı şəri vəzifələri nədir?
Təhsil üçün uzun müddət qaldıqları məkan vətən hökmündədir. Buna görə də bu məsələ kəsirus-səfərə aid deyil. Belə tələbələr həm vətənlərində, həm də təhsil aldıqları yerdə namazlarını tamam yerinə yetirməli və oruclarını tutmalıdırlar. Lakin həftədə bir dəfə bu iki məntəqə arasında etdiyi səfərdə yol boyu əncam verdikləri namaz və orucları müsafir hökmündədir