İki şəhər arasında daim səfərdə olan insan
Qum və Kərəc kimi iki şəhər arasında daim səfərdə olan bir kəs, hər gün vətəni olmayan Kərəc şəhərinin iki fərsəxliyinə, tədris və ya başqa işlər üçün gedir və qayıdırsa, belə bir şəxs Qum, Kərəc və onun ətrafında namazlarını tamam qılmalıdırmı?
Tamam qılmalıdır.
Çox səfər edən ailə
Bir kəsin iş yeri müsafir məsafəsi qədərində vətənindən uzaqda yerləşirsə və hər gün iş yerinə gedib-qayıdırsa, yaxud bir həftə iş yerində qalırsa, onunla birlikdə olan ailəsinin namazlarının hökmü necədir?
Ailəsi müntəzəm olaraq onunla bir yerdədirsə, onların hamısının namazı tamdır.
Dini tələbələrin vilayət mərkəzlərinə səfərləri
Mən Sari şəhərinin əhalisindən olan bir dini tələbəyəm, neçə müddətdir ki, işimlə əlaqədar Rəşt şəhərində çalışmaqdayam. Nə vaxta kimi burada qalacağım məlum deyil. Mən işimlə əlaqədar, habelə minbərə (təbliğə) getmək üçün mütəmadi şəkildə Gilan məntəqəsinin şəhərlərinə getməli oluram. Yaşadığım yerdə on gün qalmağım müstəsna və nadir hallarda baş verir. Buna görə də iqamət qəsdi ilə on gün bir yerdə qalmaq mümkün olmur. Mənin namaz və oruclarım necə olmalıdır?
Sizin vəzifəniz orucu tutub və namazı tamam qılmaqdır. Əgər 10 gün (iqamət qəsdi edib) bir yerdə qalsanız, birinci səfərdə şikəstə olacaqdır.
Böyük şəhərlərin hökmləri
“Böyük şəhərlər” deyəndə məqsəd nədir? İranda neçə böyük şəhər var? Böyük şəhərlərdə məsafəni şəhərin axırından hesablamaq lazımdır, yoxsa məhəllənin axırından?
Böyük və kiçik şəhərlər arasına fərq yoxdur. Böyük və kiçik şəhərlər müsafir hökmlərində eynidir, yalnız bu hal istisna olunur ki, bir şəhər o qədər böyüsün ki, onun hər məhəlləsi müstəqil bir şəhər sayılsın. Məsələn, Şemiran və Rey kimi şəhərlər Tehrana bitişik olsalar da müstəqil şəhər sayılırlar. Lakin Tehranın müxtəlif məhəllələri onun bir hissəsi sayılır. Hər məhəlləsi müstəqil şəhər olan hallarda onların arasındakı məsafə müsafir namazının məsafəsidirsə, namaz şikəstə olur. Əks-halda namaz tamamdır. Məsafədə meyar, şəhərin axırıncı evləridir.
Böyük şəhərlər
Tehran və bu kimi şəhərlər böyük şəhərlərdən sayılırmı?
Böyük şəhərlərin və kiçik şəhərlərin hökmləri eynidir. Yalnız hər məhəlləsi camaat içində müstəqil bir şəhər sayılan məkanlar bu haldan istisnadır.
Qadının vətən məsələsində ərinə tabe olması
Qadın vətən baxımından ərinə tabedirmi?
Əgər qadının məqsədi ərinə tabeçilikdirsə, vətən baxımından ona tabedir.
Səfərin şəri məsafədə olmasında şəkk
Bir kəsin yaşadığı yerlə sahib olduğu mülk arasında məsafə dəqiq məlum deyil. Yolun neçə kilometr olduğunu müəyyənləşdirməyib. Lakin adi halda iki saatlıq yoldur. O mülkdə onun və uşaqlarının namazlarının hökmü nədir?
Mümkündürsə, araşdırma aparsın. Əgər araşdırmaq mümkün deyilsə, məsafənin nə qədər olması şübhəlidir: namazını tamam qılsın.
Məkkə və Mədinədə müsafirin namazı
Müsafir, Məkkə və Mədinənin qədim və yeni salınmış məhəllələrində, məsələn, Məscidun-Nəbidə və Məscidul-Həramda (namazı) qəsr və tamam qılmaq arasında ixtiyar sahibidir, yoxsa mütləq qəsr qılmalıdır?
Müsafirlər Məkkə və Mədinədə öz namazlarını Məscidul-Həramda və Məscidun-Nəbidə, hətta Məkkə və Mədinə şəhərlərinin hər yerində tamam və qəsr qılmaqda ixtiyar sahibidirlər və namazı tamam qılmaq daha fəzilətlidir. Qədim və indiki Məkkə və Mədinə arasında heç bir fərq yoxdur.
Səfərin başlanğıcı və son nöqtəsi
Qəsr namazının məsafəsində səfərin başlanğıcı və sonu haradan hesablanır?
İki şəhər arasındakı məsafədə meyar, hərəkət başlanan yerin axırıncı evi və məqsədin (çatdığı yerin) birinci evi nəzərdə tutulur.
Vətənində namazını şikəstə qılan şəxs
Birisi müsafir olduğunu güman edib namazını şikəstə qılmış və ya müsafir olmadığını düşünüb namazını tamam qılmış və oruc tutmuşdur. Bir müddət sonra öz səhvini başa düşmüşdür. Onun oruc və namazlarının hökmü nədir?
Ehtiyat vacibə görə hər iki halda yenidən (vəzifəsinə uyğun) yerinə yetirsin.