Çox səfər edən insan üçün qeyri-peşə səfəri
"Kəsirus-səfər" olan şəxsin, səfərlərinin birində hədəfi başqa bir şey olsa, məsələn, həmişə tədrislə bağlı səfərə gedən müəllim, bu dəfə xəstəyə baş çəkmək üçün və həmişə getdiyi yoldan qeyrisi ilə səfər etmişdirsə, (orucun) iftar və (namazın) qəsr baxımından vəzifəsi nədir?
Onun hökmü digər müsafirlər kimi iftar (oruc tutmamaq) və qəsrdir.
Dini tələbələrin vilayət mərkəzlərinə səfərləri
Mən Sari şəhərinin əhalisindən olan bir dini tələbəyəm, neçə müddətdir ki, işimlə əlaqədar Rəşt şəhərində çalışmaqdayam. Nə vaxta kimi burada qalacağım məlum deyil. Mən işimlə əlaqədar, habelə minbərə (təbliğə) getmək üçün mütəmadi şəkildə Gilan məntəqəsinin şəhərlərinə getməli oluram. Yaşadığım yerdə on gün qalmağım müstəsna və nadir hallarda baş verir. Buna görə də iqamət qəsdi ilə on gün bir yerdə qalmaq mümkün olmur. Mənin namaz və oruclarım necə olmalıdır?
Sizin vəzifəniz orucu tutub və namazı tamam qılmaqdır. Əgər 10 gün (iqamət qəsdi edib) bir yerdə qalsanız, birinci səfərdə şikəstə olacaqdır.
Çox səfər edən ailə
Bir kəsin iş yeri müsafir məsafəsi qədərində vətənindən uzaqda yerləşirsə və hər gün iş yerinə gedib-qayıdırsa, yaxud bir həftə iş yerində qalırsa, onunla birlikdə olan ailəsinin namazlarının hökmü necədir?
Ailəsi müntəzəm olaraq onunla bir yerdədirsə, onların hamısının namazı tamdır.
İki şəhər arasında daim səfərdə olan insan
Qum və Kərəc kimi iki şəhər arasında daim səfərdə olan bir kəs, hər gün vətəni olmayan Kərəc şəhərinin iki fərsəxliyinə, tədris və ya başqa işlər üçün gedir və qayıdırsa, belə bir şəxs Qum, Kərəc və onun ətrafında namazlarını tamam qılmalıdırmı?
Tamam qılmalıdır.