İmamın qiraətinin səhihliyində olunan şəkk
Əgər bir şəxs, imam camaatın qiraətinin onun mərcəyi-təqlidinin fitvasına uyğun olmasında şəkk etsə, ona iqtida edə bilərmi? Əgər bu caizdirsə, namazı ehtiyat olaraq təkrarən qılmaq lazımdırmı?
Nə qədər ki, əksinə yəqininiz yoxdur, iqtida etmək caizdir və namazı ehtiyat olaraq təkrar qılmaq lazım deyil.
İmam camaatın ayağının eyibli olması
İmam camaatın bir ayağı bir qəza hadisəsində sınmışdır, nəticədə ayağı düz yığılmır ki, təşəhhüddə, səcdələrdə və salamlarda diz üstə otursun. Həmin sınmış ayağını səcdələrdə və təşəhhüddə bir qədər uzatmalı olur. Lakin digər şərtləri yerindədir. Onun bu halla imamət etməsi caizdirmi?
Caizdir.
Camaat namazının başqa məsciddə təkrarı
İmam camaat, camaat namazının digər məsciddə digər camaatla yenidən qılınmasını caiz bilən bir müctəhidə təqlid edir. Lakin ikinci məscidin məmumları bu işi caiz bilməyən digər bir müctəhidin müqəllidləridir. İkinci məscidin məmumları o imama iqtida edə bilərlərmi?
Ona iqtida edə bilməzlər. Lakin onların xəbəri yoxdursa, imama bu barədə onlara izahat vermək lazım (vacib) deyil.
Vasvası olan imam camaat
Vasvası olan, məsələn, bir sözü bir neçə dəfə təkrar edən imam camaata iqtida etmək caizdirmi?
İşkalsız deyil. Lakin diqqət yetirmək lazımdır ki, ehtiyata riayət etmək məqsədi ilə bir-iki dəfə təkrar etmək vasvasılığa dəlil ola bilməz.
Ratib imam camaat
Ratib imam-camaat (məscidin daimi imam camaatı) məscidin və ya mehrabın ixtiyar sahibidir? Belə ki, ondan başqasının orada namaz qılmasının eybi vardır? Yoxsa ratib imamın başqalarından irəli olması əfzəliyyət (daha fəzilətli) şəklindədir? Xahiş edirik, izah edəsiniz.
Ratib imamın haqqını gözləmək vacib deyil, müstəhəbdir. Lakin hərc-mərclik qabağa gəlməsin deyə, yaxşı olar ki, belə məsələlərə riayət olunsun.

Qadınların gündəlik namazlarda iştirakları
Qadınların gündəlik camaat namazlarında iştirakı məkruhdurmu?
Qadınların gündəlik camaat namazlarında iştirakı məkruhdurmu?
Namaz qılan qadın və kişilər arasında pərdə salınması
Qədim zamanlardan etibarən qadınlar və kişilər arasında pərdə kimi maneə olardı. İndi bir qrup insanlar deyirlər ki, namaz qılan halda və moizə edən zaman qadınlarla kişilər arasında pərdə və divarın olması lazım deyil. Sizin nəzəriniz nədir?
Qadınların cərgəsi kişilərin arxasında olsa pərdə lazım (vacib) deyil. lakin bir-birinin yanında olsalar ehtiyat vacibə görə pərdə lazımdır.
Məmumların libaslarının nəcisliyi
Namazın birinci cərgəsində paltarı nəcis olan üç nəfər namaz qılırsa, sağ tərəfdən olan bağlantıları (müttəsil olmağı) pozurlarmı?
Bir kəs paltarının və ya bədəninin nəcis olduğunu bilməsədən namaz qılsa, onun namazı səhihdir, və bağlantı öz yerindədir.