İki yerdə bir imama iqtida etmək
Bir imam camaat iki yerdə namaz qılır. Həmişə onun yanında olan bir adam, hər iki namazda ona iqtida edə bilərmi?
Məmumun ikinci namazının işkalı var. Amma əgər birinci namazının qüsurlu olmasını ehtimal verirsə, yaxud özü və ya hansısa meyyit üçün qəza namazı niyyəti edərsə, eybi yoxdur.
Camaat namazının sırasında üstünlük haqqı
Bir kəs camaat namazı qılmaq üçün canamazını məsciddə qoyub bayıra çıxmış və camaat namazı başlamışdır, amma o şəxs qayıtmamışdır. Bu halda camaat namazı başlanan kimi onun o məkandakı haqqı aradan gedirmi? Başqası onun yerini tuta bilərmi?
Ehtiyat budur ki, birinci rükətin rukusuna kimi ona möhlət versinlər, qayıtmasa, artıq haqqı var.
Axırıncı təşəhhüdün olması gümanı ilə iqtida etmək
Bir kəs imam camaatı təşəhhüd halında görüb onun axırıncı rükətdə olduğuna güman ya elm əldə etsə, savab qazanmaq üçün iqtida edib otursa, sonra imamın birinci təşəhhüddə olduğu aşkara çıxsa, onun vəzifəsi nədir?
Ehtiyat budur ki, namazını imamla birgə tamamlayıb, sonradan yenidən qılsın.
Başqa müctəhidə təqlid edən imam camaata iqtida etmək
Bir müctəhidin müqəllidi başqa bir müctəhidin müqəllidi olan imam camaata iqtida edə bilərmi?
Hər kəsin müqəllidi hər kəsə iqtida edə bilər. Yalnız o surətdə iqtida edə bilməz ki, onu namazının batil olmasına elmi olsun.
Başqa müctəhidə təqlid edən imam camaata iqtida etmək
Bir müctəhidin müqəllidi başqa bir müctəhidin müqəllidi olan imam camaata iqtida edə bilərmi?
Hər kəsin müqəllidi hər kəsə iqtida edə bilər. Yalnız o surətdə iqtida edə bilməz ki, onu namazının batil olmasına elmi olsun.
Tanış olmayan imam camaata iqtida etmək
Bir nəfər elm əhli hansısa şəhərə və ya kəndə gəlib ki, oranın əhalisi onu tanımır. Bu halda ona iqtida edə bilərlərmi?
Onun ədalətinə xatircəmlikləri varsa, kifayətdir.
Bir namazda iki nəfərə iqtida etmək
Bir namazda iki nəfərə iqtida etmək olarmı?
Zəruri halları istisna etməklə, bir namazda iki nəfərə iqtida etmək olmaz.
Camaat namazı qılınan zaman furada namazı qılmaq
Camaat namazı başlanan zaman, camaat namazı qılınan məkanda, bəzilərinin fürada qıldıqları namazın hökmü nədir?
Məscidin imam camaatına hörmətsizlik olsa, işkallıdır.
Həcdə sünni imam camaata iqtida etmək
Həcc mövsümündə camaat Əhli-sünnətdən olan imam camaata iqtida edirlər. Vaxt geniş olan təqdirdə (namazı) təkrar yerinə yetirmək lazımdırmı?
Onların namazı səhihdir və təkrar qılmaq lazım deyil.
Qeyri-ruhaninin imaməti
Kənd camaatı mənə, camaat namazında imam olmağı təklif edirlər ki, ruhani olmayanda camaat namazı qılınsın. Təbliğ üçün bu kəndə gələn ruhanilər də həmin təklifi etmişlər. Lakin mən gözlərimin zəif görməsinə görə ehtiyat edirəm. İcazə verirsinizsə bu məsuliyyəti üzərimə götürərdim.
Camaat sizin ədalətinizə inanırsa, qiraətiniz də səhihdirsə, habelə camaat namazını qılmaq üçün ruhani yoxdursa, imam camaat ola bilərsiniz.