Nafilə niyyəti ilə müstəhəb namaz
Xüsusi qılınma qaydası olan müstəhəb namazları (məsələn, vəhşət namazı) gündəlik namazların nafiləsinin yerinə hesablamaq olarmı?
Əgər bu namazla nafilə niyyəti etsə, nafilə hesablanır. Bu xüsusi namazın savabına çatmasına da ümid var.
Səfərdə nafilə namazı
Səfərdə götürülmüş nafilə namazlarını yerinə yetirməyi savabının az olması kimi qələmə vermək olar, yoxsa bidət kimi?
Bu nafilələri yerinə yetirmək şəri hökm deyildir.
İki yerdə namazı camaatla qılmaq
Bayram namazını camaatla iki məkanda qılmaq olarmı?
İşkallıdır. Lakin gündəlik namazları iki dəfə iki müxtəlif camaatla qılmaq olar.