Qəza oruclarının sayında şəkk
Mənim hal-hazırda 22 yaşım var. Təxminən 4 ildir ki, bütün oruclarımı tutmuşam. Amma ondan qabaq oruclarımdan neçə gününü bəzi səbəblərdən tuta bilməmişəm. Onların sayının nə qədər olduğunu bilmirəm. Mənim vəzifəm nədir?
Nə qədər oruc tutmadığınızı yəqin bilirsinizsə, qəzasını tutun. Əgər bilərəkdən oruc tutmamışsınızsa, kəffarəsi də var. Orucun hökmlərini bilməmək üzündən olubsa, bu hal istisnadır.
Həddi-buluğun birinci ilində orucunu yeyən şəxs
Həddi-buluğun birinci ilində orucunu yeyən qızın vəzifəsi nədir? Qəzasını tutmalıdırsa, necə qəza tutsun?
Kəffarəsi yoxdur, istər cahili-qasir olsun (məsələni öyrənmək imkanına malik olmasın), istərsə də cahili-müqəssir olsun. Lakin qəsdən və bilərəkdən oruc tutmamışdırsa, kəffarəsi var. Məsələnin hər bir surətində qəza tutması lazımdır.
Çoxlu orucunu yeyən şəxs
Çox sayda oruclarını yeyən şəxsin vəzifəsi nədir?
Bacardığı qədər keçmiş orucların qəzasını yerinə yetirsin. Onların kəffarəsi barədə bizim Şəriət risaləmizdə 1401 və 1402-ci məsələyə uyğun əməl etsin. Nəyə gücü çatmasa, onun öhdəsindən götürülür.