Qonşu ölkələrdə təzə ayın görünməsinin meyarı
Ramazan ayının hilalı (yeni doğan ay) bir şəhərdə görünərsə üfüqləri bir-iki saat fərqli olan digər şəhərlərdə, ayın əvvəli (bu yolla) sübuta yetirmi?
Ayın göründüyü şəhər sözü gedən şəhərlə müqayisədə qərbdə yerləşirsə, ay sübuta yetmir. Şərqdə yerləşirsə, ayın əvvəli sübuta yetir.
Əhli-sünnətin nəzəri ilə bayram etmək
Əhli-sünnət çoxluq təşkil edən və şiələr azlıqda olan şəhərlərdə Qurban və Fitr bayramlarında, əksinə yəqinimiz olmadığı halda onlarla bayram edə bilərikmi? Əgər Nəcəf-Əşrəfdə ay görünərsə və iyirmi doqquz gün oruc tutsalar, digər tərəfdən İstanbulda ay görünmədiyinə görə Əhli-sünnət otuz gün oruc tutaraq Nəcəfdən bir gün sonra bayram etsələr, biz şiələrin vəzifəsi nədir?
Təqiyyə şəraiti və meyarları mövcuddursa, onlarla birgə bayram edə bilərsiniz. Nəcəfdə ay görünərsə, İstanbul üçün kifayətdir.
28 günlük Ramazan ayı
Bir kəs Ramazan ayının yalnız 28 gününü oruc tutur. Çünki mübarək ramazan ayının birində İranda və mübarək ayın axırında Ərəb ölkələrinin birində olduğuna görə və Şəvval ayı orada bir gün tez göründüyünə görə yalnız 28 gününü oruc tutmuşdur. Bir günün qəzası ona vacibdir, yoxsa heç bir qəzası yoxdur?
Bir günün orucu ona vacib deyil, lakin ehtiyat müstəhəbdir.