İmam səhmindən müdafiə vəsaitlərinin alınması
Bir kəs düşmənləri tərəfindən təhlükədə olduğunu görsə, İmam (əleyhis-salam)-ın səhmindən və sair şəri maliyyatlardan silah və döyüş sursatı ala bilərmi?
Şəri hakimin və ya nümayəndəsinin icazəsi ilə caizdir.
Seyidlərin səhminin məişət avadanlığı ilə dəyişdirilməsi
Xüms pulunu malla dəyişmək, o cümlədən geyim və məişət avadanlığı alıb seyidlərə vermək olarmı? Xüsusilə də seyid, seyid səhmi almaqdan çox narahat olarsa?
Xüms pulunu başqa mala çevirmək ehtiyata görə, caiz deyil. Yalnız seyidlərin özləri şəxsən bunu istədikləri hallar müstəsnadır. Yeri gəlmişkən, pulu “seyid səhmi” adı ilə onlara verməyiniz lazım (vacib) deyil ki, narahat olsunlar. Bunu onlara hədiyyə şəklində də çatdıra bilərsiniz.
İmam səhmi üçün xüsusi məsrəf yerinin təyini
a) Əgər bir kəs müstəhəq olan birinə İmam (əleyhis-salam) səhmi adı ilə bir miqdar pul versə ki, müəyyən bir şey alsın, lakin o şəxs bu pulu qiymətcə ucuz olan daha lazımlı şeyləri almağa sərf etsə, bu iş caizdirmi?b) Bir şəxs xəcalət və utancaqlıq üzündən başqasının adına İmam (əleyhis-salam) səhmi alıb onu özü xərcləsə, hökmü nədir?
a) İmam (əleyhis-salam) səhmində hər vaxt mal sahibi xüsusi yerdə sərf olunmasını özü təyin etsə, ona tabe olmaq lazım deyil. Lakin şəri hakim bunu təyin etsə, ehtiyat ona riayət etməkdir. b) Zeydin adına alıb Əmr üçün sərf etsə, işkalı var. Amma ümumi adla alıb, onun hər hansı bir nümunəsinə sərf edərsə, maneəsi yoxdur.
Öz mərcəyi-təqlidindən qeyrisinə xümsün verilməsi
Hər bir müqəllidin öz malının xümsünü, öz mərcəyi-təqlidinə verməsi lazımdırmı?
Xümsün müqəllidin öz mərcəyinə verilməsi o halda lazımdır ki, digər müctəhidlərin, bu müqəllidin mərcəyinin lazım bildiyi məsrəf olma yerlərində sərf etdikləri məlum olmasın. Habelə mərcəyi-təqlidin hakimin hökmü ünvanı ilə xümsü öz müqəllidlərindən tələb etdiyi surətdə lazımdır. Bu iki haldan başqa, digər müctəhidlərin nəzəri ilə məsrəf etmək olar.
Seyidliyin Ana tərəfdən keçməsi
Seyidlik ana vasitəsilə övladlarına keçirmi?
Seyidliyin bəzi hökmləri, o cümlədən xüms almaq onlara keçmir. Bunu səbəbi fiqh kitablarında bəyan olunmuşdur.
Dini tələbələrin İmam səhmindən istifadə etməsi
Dini tələbələr İmamın (əleyhis-salam) səhmindən istifadə edə bilərmi?
Onlar faydalı İslam elmlərinin təhsili ilə məşğuldurlarsa, şəri hakimin icazəsi ilə İmam səhmini almalarının eybi yoxdur.
İmam səhmini ziyarətə xərcləmək
İmamın (əleyhis-səlam) səhminin ziyarətlərə xərclənməsinin hökmü nədir?
Onun şənindəndirsə və israf deyilsə, caizdir.
Bir şəxsin torpaq sahəsində tapılmış xəzinənin xümsü
İnsanların öz torpaq sahələrində tapdıqları xəzinənin hökmü nədir?
Şəriət risaləsinin 1535 - ci məsələsində qeyd etdiyimiz şərtlərlə onu öz mülkiyyətinə çevirib xümsünü verə bilər.
Şəhid fondundan məvacib alan şəxsə xümsün düşməsi
Şəhidlər fondu tərəfindən möhtərəm şəhid ailələrinə məvacib verilir. Bəzi ailələrin yaşayış tələbatı isə başqa yoldan təmin olunur. Sual budur ki, bu fonddan alınan məvacibə xüms düşürmü?
Lazım ehtiyata görə hər xüms ilinin başında artıq qalanın xümsünü versinlər.
Bazar qiymətinin artımının xümsə təsiri
Bir ticarətçinin keçən ilki sərmayəsi üç yüz əlli min tümən dəyərində olan bir ton alüminium idi və onun xümsünü hesablayaraq ödəmişdi. Hal-hazırda hər ton alüminiumun qiyməti bir milyon tüməndir. Halbuki, kəmiyyət dəyişməsə də qiyməti keçən illə müqayisədə altı yüz əlli min tümən çoxdur. Mənfəətin olmadığı bir şəraitdə, bu hal iki və ya üç il təkrar olarsa, ticarətçinin öz işini davam etmək üçün sərmayəsi qalmayacağını nəzərə alsaq:a) Həzrət ustadın bu barədə nəzəri nədir?b) Əgər bir kəs əsil sərmayəsindən (qiymətindən deyil) beşdə birini xüms verərsə, sonrakı il kəmiyyəti meyar tuta bilərmi?
a) Bazar qiymətində artım xümsə səbəb olur. Lakin vəziyyət bu yerə çatsa ki, xüms verəndən sonra onun sərmayəsi dolanışığını idarə etmək üçün kifayət etməsə, xümsdən azaddır. b) Meyar miqdar deyil, qiymətdir.
Hədiyyə verilmiş mənzilin xümsü
Atamın mənə bağışladığı və özümün də bir qədər vəsait xərclədiyim evə xüms düşürmü?
Atanızın sizə bağışladığı evə yaşamaq üçün ehtiyacınız varsa, ona xüms düşmür. Lakin ehtiyat budur ki, öz işlədiyiniz məbləğin xümsünü ödəyəsiniz. Atanızın işini də səhih bilin və deyin ki, inşallah işi düz olmuşdur.