Suvarılan buğdanın zəkat nisabı
Suvarılan ərazilərdəki buğdanın zəkat miqdarını və onun nisab həddini bəyan edin.
Onun zəkatı 1/20-dir (5%). Nisab miqdarı isə sair növlərdəki kimi 847 kiloqramdır.
Onun zəkatı 1/20-dir (5%). Nisab miqdarı isə sair növlərdəki kimi 847 kiloqramdır.
Qiymət meyarı toxum səpilən gündür. Lakin bizim fitvamıza görə ehtiyat vacibə əsasən, əkin üçün səpilən toxumun qiyməti hasildən kəsr olunmamalıdır. Lakin bu məsələdə başqa müctəhidlərə müraciət edə bilərsiniz.
İllik xərclərini adi halda təmin edə bilməyən şəxs, fəqirdir.
Bihuş olmaq fitrə zəkatının öhdədən götürülməsinə səbəb olmur.
Dövlətə vacib deyil. Fəqirdirsə özünə də vacib deyil. Amma imkanlıdırsa, ehtiyat budur ki, özü zəkatı ödəsin.
Vergi sair iş və qazanc xərcləri kimidir ki, şəri maliyyənin yerini tutmur.
Əgər məhsuldan alınan pay əkin-biçindəki işlərin hamısının əvəzindədirsə (ölkəmizdə əkin sahibi və rəiyyət arasında ən çox yayılmış haldır,) onların da payına zəkat düşür. Bu şərtlə ki, onların payı nisab həddinə çatsın. Amma onlar bu payı yalnız biçin və bu kimi işlərin əvəzində alsalar (yəni zəkat düşən vaxtdan sonra), bu halda fəhlənin boynunda heç nə yoxdur.
Zəkat yalnız deyilmiş 9 yerdə vacibdir. Müstəhəb zəkat isə bunlardan qeyrisinə də aid olur.
Şəri hakimin icazəsi ilə bu işi edə bilər.