Həcdə sünni imam camaata iqtida etmək
Həcc mövsümündə camaat Əhli-sünnətdən olan imam camaata iqtida edirlər. Vaxt geniş olan təqdirdə (namazı) təkrar yerinə yetirmək lazımdırmı?
Onların namazı səhihdir və təkrar qılmaq lazım deyil.
Onların namazı səhihdir və təkrar qılmaq lazım deyil.
İndiki şəraitdə Məkkə ilə Ərəfat arasındakı məsafə, şəri məsafə qədərində olmadığına görə, namazları tamamdır.
Əgər şəkkiniz varsa, deyin ki, inşallah vermişdir.
Özü istitaətli olmasa, yaxud vacib həcci yerinə yetiribsə və bu iş İslam hökumətinin qanunlarına zidd deyilsə, maneəsi yoxdur.
Əgər varislərdən bəzilərinin səhmləri verilməsə və digərlərinin əmlakında muşa halında (müştərək, bölünməyən) qalıbsa, ondan istifadə etmək haramdır. Habelə əgər həmin vəsaitlə həccə getsələr, ehram paltarını və qurbanlığı ondan tədarük görsələr, onların həccinin də işkalı var və nə qədər ki, başqalarının irs payını verməyiblər, o mal qəsbi malın hökmündədir. Bu şəxslərlə sileyi-rəhim etmək, onların haram işə qarşı cürət və cəsarətlərinin çoxalmasına səbəb olarsa, caiz deyil. Əgər sileyi-rəhim etməmək (onların) pis işlərdən çəkinməsinə səbəb olacaqsa, vacibdir. Amma əgər sileyi-rəhim etmək və ya etməməyin onların pis işlərdən çəkinməsinə heç bir təsiri olmayacaqsa, sileyi-rəhimi tərk etmək olmaz.
Əgər vəsiyyət doğrudan da məcbur edilməklə olubsa, etibarlı deyil. Lakin digərlərinin israrından sonra o, vəsiyyətə razı olmuşdursa və bu vəsait Miqat həcci üçün çatmırsa, bu vəsaiti xeyirxah işlərdə sərf etmək lazımdır.
Onların ehram və qurbanlıqlarının pulu ondan olmasa, səhihdir. Əks halda işkalı var və hər bir halda günah etmişdir.
Sair müsəlmanlarla həmahəng olmalısınız və sizin həcciniz səhihdir.
Ehtiyat vacib budur ki, təvafı və onun namazını, habelə səyi də sünnət edəndən sonra yenidən yerinə yetirsin. Belə məsələlərdə utanmağın mənası yoxdur. O, gizli şəkildə həkimə müraciət və sünnət etdirə bilər. Lakin bu halda talaq verməyin eybi yoxdur.
Müsafirlər Məkkə və Mədinədə öz namazlarını Məscidul-Həramda və Məscidun-Nəbidə, hətta Məkkə və Mədinə şəhərlərinin hər yerində tamam və qəsr qılmaqda ixtiyar sahibidirlər və namazı tamam qılmaq daha fəzilətlidir. Qədim və indiki Məkkə və Mədinə arasında heç bir fərq yoxdur.
Bunların xümsü sizin öhdənizədir. Ödəməyə qadir deyilsinizsə, istitaətli sayılmırsınız.
Üzün bir hissəsini örtmək, ona niqab və ya burqə (rübənd) deməsələr, caizdir.