Ehram halında qadınlar üçün ayaqların üstünü örtmək
Qadınlar ehram halında corab geyinə bilərlərmi, yoxsa onların da ayaqlarının üzü kişilər kimi açıq olmalıdır?
Ayaqları örtməyin haram olması kişilərə məxsusdur və qadınların ayaqların üstünü örtməsi caizdir.
Məkkənin yeni məhəllələrində həcc ehramı bağlamaq
Məkkənin yeni salınmış məhəllərində qədim məhəllələr kimi həcc ehramı bağlamaq caizdirmi?
Maneəsi yoxdur, lakin ehtiyat vacib budur ki, hərəm xaricində yerləşən, Tən’im məscidindən sonra yerləşən məntəqələrdə ehram bağlanmasın.
Təvafı təharətsiz (qüsl, dəstəmaz) halda yerinə yetirmək
Bir kəs təməttö ümrəsində və ya müfrədə ümrədə təqsirdən sonra ehramdan çıxmışdır. İkinci ehramdan bir neçə gün qabaq başa düşmüşdür ki, təvaf və namazında təharəti olmamışdır. Bu halda yenidən ehram paltarı geyinməlidir, yoxsa təvaf və onun namazını adi paltarla təkrarən yerinə yetirməsi caizdir?
Ehram paltarı geyinmək vacib deyil. Ehtiyat budur ki, səy və təqsiri də yenidən yerinə yetirsin.
Ehram əsnasında heyz olan qadınların vəzifəsi
Ümrədə ehram halında, ya ehramdan öncə, ya da ehramdan sonra heyz olan qadının vəzifəsi nədir?
Bu qadının ehramı hər bir halda səhihdir. Lakin pak olana qədər gözləməli, sonra təvafı və onun namazını yerinə yetirməli, sonra isə ümrənin digər əməllərini yerinə yetirməlidir.

Karvan işçilərinin hərəmdən kənara gedib-gəlmələri
Təməttö ümrəsindən sonra həcc karvanının məsul işçiləri hacıların çadırlarını təyin etmək və onların azuqələrini aparmaq üçün bir neçə dəfə təməttö həccinin ehramı olmadan Ərəfata və Minaya gedib gəlirlər. Onların hökmünü bəyan edin?
Caizdir. Əgər məşəqqəti olmasa, həcc ehramı bağlasınlar.
Məkkənin yeni məhəllələrində həcc ehramı bağlamaq
Məkkənin yeni salınmış məhəllərində qədim məhəllələr kimi həcc ehramı bağlamaq caizdirmi?
Maneəsi yoxdur, lakin ehtiyat vacib budur ki, hərəm xaricində yerləşən, Tən’im məscidindən sonra yerləşən məntəqələrdə ehram bağlanmasın.
Cəddə şəhərindən ehram
Cəddə şəhərindən təməttö ehramı caizdirmi?
Cəddə şəhərinin miqatların heç biri ilə bərabərliyi (paralelliyi) qəti olmadığına görə, ehram üçün ya miqata ya da miqatla bərabər (paralel) olan məkanlara getmək lazımdır. Bunların heç biri mümkün olmasa ehtiyat edərək nəzirlə ehram bağlaya, sonra ehtiyata əsasən Hərəmin başlanğıcında yenidən ehram bağlaya bilər.