Bir məktubda üçdən artıq sual yazmayın

Sualınızı qısa, xülasə şəklində bir neçə sətirdə bəyan edin. Uzun-uzadı ifadələr yazmaqdan çəkinin

Yuxu yozma, istixarə və buna bənzər suallar verməyin

captcha
انصراف
انصراف

Torpağın qiymətinin qalan hissəsini günün qiyməti ilə ödəmək

Təxminən 16 il bundan öncə, bir neçə parça torpaq sahəsi müqavilə əsasında bir neçə nəfərə satılmış və onlardan müəyyən məbləğdə pul alınmışdır. Adət üzrə torpağın qiymətinin qalan hissəsi notariat kontorlarının birində sənəd, rəsmi şəkildə birindən digərinə keçirilənə kimi təxirə salınmışdır. İslam İnqilabı başlanan zaman işlər bir-birinə qarışdı və sənədin rəsmiləşdirilmə işləri yerdə qaldı. Nəticədə, alıcılara müraciət olundu və onlardan biri müəyyən məbləğdə pul ödədi, qalanları isə müxtəlif bəhanələrlə məbləğin qalanını vermədilər. Lakin sənədləri almaq üçün özləri Şəhər torpaq idarəsinə, Əmlak və Sənədlərin qeydiyyata alınma idarəsinə getmiş və sənəd istəmişlər. İslam Şurası Məclisinin qərarına görə sənədlərin qeydiyyata alınması idarəsi tərəfindən yer sahibinin razılığı şərt olunduğu üçün məni çağırdılar. Təyin olunmuş vaxtda oraya gedib bildirdim ki, alıcıların əvvəlcə ödədikləri məbləği təyin olunmuş dəyərlə qəbul edirəm. Pulunu ödəmədikləri qismi barəsində isə, pulun rial dəyərini, qiymətlərin məzənnəsini və vaxtın ötməsini nəzərə alıb, əmlak və sənədlərin qeydiyyata alınması idarəsinin məsul işçilərindən xahiş edirəm ki, ekspert təyin edərək günün məzənnəsi – hətta bir miqdar alıcıların xeyrinə qərar çıxarmaqla – mühasibə edilsin, əks halda sənədləri imzalamaqdan imtina edəcəyəm. Bu məsələnin şəri hökmü nədir?

Əgər alıcılar pulun qalanını ödəməkdə səhlənkarlıq etmiş, malik isə pulu qəbul edib, sənədlərin rəsmiləşdirilməsinə hazır imişsə və zamanın ötməsi səbəbindən qiymətlər arasındakı fərq nəzərə çarpacaq dərəcədə çox artmışsa, satıcının razılığın əldə etməlidirlər. Lakin yer sahibi səhlənkarlıq etmişsə, o məbləğdən artığını istəməyə haqqı yoxdur.

Müamiləni pozmaq haqqının şərti

Rəsmi və qanuni müamilələrdən öncə adətə çevrilmiş adi müqavilələrdə müəyyən miqdarda pul, müamiləni pozmaq haqqı üçün şərt olunur:1) Bu şərt müqəddəs İslam şəriəti baxımından səhihdirmi?2) Tərəflərdən hər biri müamiləni pozsa, qarşı tərəf müamiləni pozmaq haqqı üçün nəzərdə tutulan məbləği ondan ala bilərmi?3) Belə müqavilələr şəri və qəti müamilələrdən sayılırmı və ümumiyyətlə, şəri cəhətdən səhihdirmi və hər iki tərəfin ona riayət (əməl) etməsi lazımdırmı?

1) Əgər müamilə qətidirsə və hər iki tərəfdən birinin filan məbləği ödəməklə müamiləni pozmaq haqqına malik olmasını şərt qoyublarsa, bu şərt səhihdir. Lakin qəti müamilə baş tutmamışdırsa, deyilən məbləği almaq caiz deyil. 2) Yuxarıdakı cavabdan məlum oldu. 3) Müqavilələr müxtəlifdir. Onların bəzisində qəti müamilənin baş tutması aydın şəkildə qeyd olunur və bəzisi isə belə deyil. Hər birinin də yuxarıda qeyd olunduğu kimi, özünə məxsus hökmü var.

Nağd müamilənin pulunu uzun müddət ödəməmək

Əgər satıcı, malı nəqd olaraq müştəriyə satarsa və alıcı da səhlənkarlıq üzündən onun pulunu 10-15 ilə qədər saxlayarsa, bu müddət ərzində malın qiyməti bir neçə dəfə artarsa, bu halda satıcı malın özünü alıcıdan tələb edə bilərmi?

Yalnız öz pulunu tələb etməyə haqqı vardır. Lakin uzun müddət keçdiyinə və pulun dəyərinin həddindən çox dəyişdiyinə, ehtiyat vacib budur ki, onu razı salsın və ya qiymət arasındakı fərqi mühasibə etsin.

Malın əsil sahibinin “fuzuli” müamilədə müraciəti

Fuzuli müamilədə malın əsil sahibinin, satıcı və müştərinin hansı birinə müraciət etmək (haqqını almaq) haqqı vardır?

Mal sahibi mislini və ya qiymətini müştəridən ala bilər. Əgər onu tapa bilməsə, satıcıdan ala bilər. Birinci halda müştəri verdiyi məbləği geri ala bilər. Əgər mal sahibinə verdiyi məbləğ (satıcıya verdiyi) o məbləğdən çox olarsa, qiymət fərqini də satıcıdan ala bilər. Yalnız bu işi bilərəkdən etdiyi hal istisnadır ki, bu halda qiymət fərqini almağa haqqı yoxdur.

قرآن و تفسیر نمونه
مفاتیح نوین
نهج البلاغه
پاسخگویی آنلاین به مسائل شرعی و اعتقادی
آیین رحمت، معارف اسلامی و پاسخ به شبهات اعتقادی
احکام شرعی و مسائل فقهی
کتابخانه مکارم الآثار
خبرگزاری رسمی دفتر آیت الله العظمی مکارم شیرازی
مدرس، دروس خارج فقه و اصول و اخلاق و تفسیر
تصاویر
ویدئوها و محتوای بصری
پایگاه اطلاع رسانی دفتر حضرت آیت الله العظمی مکارم شیرازی مدظله العالی
انتشارات امام علی علیه السلام
زائرسرای امام باقر و امام صادق علیه السلام مشهد مقدس
کودک و نوجوان
آثارخانه فقاهت