Markaların üzərində yazılan qiymətdən baha qiymətə satışı
Təyin olunmuş qiyməti olan poçt markalarını baha qiymətə satmağın hökmü nədir?
Ağlabatan məqsədlərlə olsa, eybi yoxdur.
Ağlabatan məqsədlərlə olsa, eybi yoxdur.
Qızılın qızıla müamiləsi, çəkilərinin arasında fərq olsa, caiz deyil, baxmayaraq ki, onlardan biri keyfiyyətli növdən, digəri isə keyfiyyətsiz növdən olsun. Müamilənin səhih yolu budur ki, keyfiyyətli növü pula çevirib alsınlar və sonra ikinci növü həmin yolla satsınlar.
Bizim əsrimizdə kağız pulların meydana gətirdiyi və geniş şəkildə yayılmış inflyasiya məsələsi ümumi camaat (ürf) içində rəsmiyyətlə tanınarsa, məsələdə fərz olunanlar, sələm olmayacaqdır. (Necə ki, bəzi xarici ölkələrdən nəql olunanlara görə, onlar banka yatırılan pullar üçün həm inflyasiya dəyərini, həm də mənfəətini mühasibə edirlər.) Belə bir şəraitdə inflyasiya dəyərini mühasibə etmək sələm deyil, lakin ona əlavə olunan mənfəət sələmdir. Bizim mühitimizdə və buna oxşar yerlərdə inflyasiya dəyəri camaat içində mühasibə olunmadığına görə, bütövlükdə sələm sayılır. Çünki bir-birinə borc verən şəxslər üstündən bir neçə ay və daha çox vaxt keçəndən sonra pulun özünü (maya dəyərini) istəyir və inflyasiya fərqini hesablamırlar. Elmi məkanlarda (cəmiyyətlərdə) sadəcə inflyasiyanın nəzərə alınması öz-özlüyündə (dəlil kimi) kifayət etmir. Çünki burada meyar ümumi camaatın nəzəridir. Lakin biz bir halı istisna edirik və o da bundan ibarətdir ki, məsələn, üstündən otuz il keçməklə həddindən artıq çox fərq yaranmış olsun. Ona görə də qadınların qədim mehriyələri barəsində və ya buna oxşar borclarda ehtiyat vacib bilirik ki, bugünkü dəyərlə hesablanmalıdır və ya heç olmazsa müsalihə etməlidirlər.
Əgər bankın şəri əqdlər və sələmdən xilas olmaq yolları haqqında olan nizamnamələri həyata keçirilsə, işkalı yoxdur.
Bu iş həqiqətdə alğı-satqı deyil. Çünki vahid əsginasın alğı-satqısı ağıl sahiblərinin arasında mövcud deyil, əksinə, alğı-satqı adı verilən sələmli borcdur.
Əgər müxtəlif valyutaların mübadiləsi nəzərdə tutulmuşdursa, eybi yoxdur. Lakin eyni pul vahidinin mübadiləsi nəzərdə tutulmuşdursa, məsələn, İran kağız pulunu eyni pulla mübadilə etsələr, belə ki, əsginaslar camaat içində bir-biri ilə fərqli olsalar, misal üçün, iri əsginasları bəzən kiçik əsginaslardan daha çox bəyənsələr, necə ki, müsafirlər üçün daha istifadəlidir, burada da bir mal (əmtəə) şəklində olub, təklif (istehsal) və tələbə (istehlak) tabe ola bilər. (Əlbəttə, belə hallarda aqil adamlar arasında nəzərə alınan bir az fərqlə). Üçüncü şəkli də bundan ibarətdir ki, sələmdən qaçmaq üçün bir miqdar nağd əsginası daha artıq miqdara – bu əsginasların arasında olan fərq nəzərə alınmasa belə – nisyə və müddətli şəkildə satmaq istəsinlər. Belə müamilənin işkalı var və həqiqətdə alğı-satqı adı verilən sələmli borcdur.
Belə işlərin müqabilində pul almaq caiz deyil.
Belə hallarda qızılı satmaq üçün ən yaxşı yol budur ki, ayrı-ayrılıqda iki müamilə bağlansın. Məsələn, 1 kq qızılı bir milyon yüz min tümən nəqd pula satsınlar və alver məclisində pulu alıb qızılı versin, sonra 1 kq qızılı ki, bir ilin başında təhvil veriləcək, bir milyona ondan alsın. Nəticə bu olacaq ki, qızılın sahibi bu iki müamilə ilə öz qızılını il başında yüz min tümən əlavə pulla alacaqdır.
Heykəltəraşlıq və onun alqı-satqısının hər bir halda işkalı var. Oyuncaq kimi hazırlanarsa, bu hökmdən istisnadır.
Şəri cəhətdən belə qabarıq naxışların eybi yoxdur, lakin çalışın ki, qeyri-islami dinlərin və məzhəblərin yayılmasına səbəb olan naxışlar və ya əxlaqi baxımdan fəsada səbəb olan şəkillər olmasın.