Bir məktubda üçdən artıq sual yazmayın

Sualınızı qısa, xülasə şəklində bir neçə sətirdə bəyan edin. Uzun-uzadı ifadələr yazmaqdan çəkinin

Yuxu yozma, istixarə və buna bənzər suallar verməyin

captcha
انصراف
انصراف

Borclarda inflyasiyanın hesablanması

Borc və alınacaq pullarda inflyasiya dəyərinin mühasibə olunması sələm sayılırmı?

Bizim əsrimizdə kağız pulların meydana gətirdiyi və geniş şəkildə yayılmış inflyasiya məsələsi ümumi camaat (ürf) içində rəsmiyyətlə tanınarsa, məsələdə fərz olunanlar, sələm olmayacaqdır. (Necə ki, bəzi xarici ölkələrdən nəql olunanlara görə, onlar banka yatırılan pullar üçün həm inflyasiya dəyərini, həm də mənfəətini mühasibə edirlər.) Belə bir şəraitdə inflyasiya dəyərini mühasibə etmək sələm deyil, lakin ona əlavə olunan mənfəət sələmdir. Bizim mühitimizdə və buna oxşar yerlərdə inflyasiya dəyəri camaat içində mühasibə olunmadığına görə, bütövlükdə sələm sayılır. Çünki bir-birinə borc verən şəxslər üstündən bir neçə ay və daha çox vaxt keçəndən sonra pulun özünü (maya dəyərini) istəyir və inflyasiya fərqini hesablamırlar. Elmi məkanlarda (cəmiyyətlərdə) sadəcə inflyasiyanın nəzərə alınması öz-özlüyündə (dəlil kimi) kifayət etmir. Çünki burada meyar ümumi camaatın nəzəridir. Lakin biz bir halı istisna edirik və o da bundan ibarətdir ki, məsələn, üstündən otuz il keçməklə həddindən artıq çox fərq yaranmış olsun. Ona görə də qadınların qədim mehriyələri barəsində və ya buna oxşar borclarda ehtiyat vacib bilirik ki, bugünkü dəyərlə hesablanmalıdır və ya heç olmazsa müsalihə etməlidirlər.

Qruplar: Riba (sələm)

Qızılın qızılla müamiləsi

Qiymət artımı ilə qızılın qızıla satılmasının hökmü nədir? Bu kimi müamilələrin şəri cəhətdən həlli yolu nədir?

Belə hallarda qızılı satmaq üçün ən yaxşı yol budur ki, ayrı-ayrılıqda iki müamilə bağlansın. Məsələn, 1 kq qızılı bir milyon yüz min tümən nəqd pula satsınlar və alver məclisində pulu alıb qızılı versin, sonra 1 kq qızılı ki, bir ilin başında təhvil veriləcək, bir milyona ondan alsın. Nəticə bu olacaq ki, qızılın sahibi bu iki müamilə ilə öz qızılını il başında yüz min tümən əlavə pulla alacaqdır.

Qruplar: Riba (sələm)

Pulun pulla müamiləsi

Pulun pulla müamiləsinin hökmü nədir?

Əgər müxtəlif valyutaların mübadiləsi nəzərdə tutulmuşdursa, eybi yoxdur. Lakin eyni pul vahidinin mübadiləsi nəzərdə tutulmuşdursa, məsələn, İran kağız pulunu eyni pulla mübadilə etsələr, belə ki, əsginaslar camaat içində bir-biri ilə fərqli olsalar, misal üçün, iri əsginasları bəzən kiçik əsginaslardan daha çox bəyənsələr, necə ki, müsafirlər üçün daha istifadəlidir, burada da bir mal (əmtəə) şəklində olub, təklif (istehsal) və tələbə (istehlak) tabe ola bilər. (Əlbəttə, belə hallarda aqil adamlar arasında nəzərə alınan bir az fərqlə). Üçüncü şəkli də bundan ibarətdir ki, sələmdən qaçmaq üçün bir miqdar nağd əsginası daha artıq miqdara – bu əsginasların arasında olan fərq nəzərə alınmasa belə – nisyə və müddətli şəkildə satmaq istəsinlər. Belə müamilənin işkalı var və həqiqətdə alğı-satqı adı verilən sələmli borcdur.

Qruplar: Riba (sələm)

Nağd müamilənin pulunu uzun müddət ödəməmək

Əgər satıcı, malı nəqd olaraq müştəriyə satarsa və alıcı da səhlənkarlıq üzündən onun pulunu 10-15 ilə qədər saxlayarsa, bu müddət ərzində malın qiyməti bir neçə dəfə artarsa, bu halda satıcı malın özünü alıcıdan tələb edə bilərmi?

Yalnız öz pulunu tələb etməyə haqqı vardır. Lakin uzun müddət keçdiyinə və pulun dəyərinin həddindən çox dəyişdiyinə, ehtiyat vacib budur ki, onu razı salsın və ya qiymət arasındakı fərqi mühasibə etsin.

Çəkilərində fərq olan halda qızılın qızıla satılması

Çəkilərində fərq olarsa qızılın qızıla müamiləsinin işkalı varmı?

Qızılın qızıla müamiləsi, çəkilərinin arasında fərq olsa, caiz deyil, baxmayaraq ki, onlardan biri keyfiyyətli növdən, digəri isə keyfiyyətsiz növdən olsun. Müamilənin səhih yolu budur ki, keyfiyyətli növü pula çevirib alsınlar və sonra ikinci növü həmin yolla satsınlar.

قرآن و تفسیر نمونه
مفاتیح نوین
نهج البلاغه
پاسخگویی آنلاین به مسائل شرعی و اعتقادی
آیین رحمت، معارف اسلامی و پاسخ به شبهات اعتقادی
احکام شرعی و مسائل فقهی
کتابخانه مکارم الآثار
خبرگزاری رسمی دفتر آیت الله العظمی مکارم شیرازی
مدرس، دروس خارج فقه و اصول و اخلاق و تفسیر
تصاویر
ویدئوها و محتوای بصری
پایگاه اطلاع رسانی دفتر حضرت آیت الله العظمی مکارم شیرازی مدظله العالی
انتشارات امام علی علیه السلام
زائرسرای امام باقر و امام صادق علیه السلام مشهد مقدس
کودک و نوجوان
آثارخانه فقاهت