Bir məktubda üçdən artıq sual yazmayın

Sualınızı qısa, xülasə şəklində bir neçə sətirdə bəyan edin. Uzun-uzadı ifadələr yazmaqdan çəkinin

Yuxu yozma, istixarə və buna bənzər suallar verməyin

captcha
انصراف
انصراف

Həddi-buluğa çatmayanlardan mal almaq

Həzrət ustadın risaləsində satıcının həddi-buluğa çatması barəsində olan 1776-cı məsələni nəzərə almaqla – bildiyiniz kimi, yol kənarında, terminallarda və s. uşaqlar siqaret, keks və s. satırlar - onlardan nə isə almaq olarmı? Cavabın mənfi olduğu təqdirdə buyurun ki, bir şəxs bilməməzlik üzündən onlardan nə isə alarsa, vəzifəsi nədir?

İki halda eybi yoxdur: Birincisi, müamilədə qarşı tərəf əslində uşağın başçısı (qəyyumu), uşaq isə malı və ya pulu çatdırmaq üçün vasitə olsa; digəri usə, uşaq müamilədə qarşı tərəfdir, lakin yəqinimiz var ki, bu iş onun başçısının razılığı ilə baş verir, bu halda belə mallarda təsərrüf etmək şəri cəhətdən caizdir.

Borclarda inflyasiyanın hesablanması

Borc və alınacaq pullarda inflyasiya dəyərinin mühasibə olunması sələm sayılırmı?

Bizim əsrimizdə kağız pulların meydana gətirdiyi və geniş şəkildə yayılmış inflyasiya məsələsi ümumi camaat (ürf) içində rəsmiyyətlə tanınarsa, məsələdə fərz olunanlar, sələm olmayacaqdır. (Necə ki, bəzi xarici ölkələrdən nəql olunanlara görə, onlar banka yatırılan pullar üçün həm inflyasiya dəyərini, həm də mənfəətini mühasibə edirlər.) Belə bir şəraitdə inflyasiya dəyərini mühasibə etmək sələm deyil, lakin ona əlavə olunan mənfəət sələmdir. Bizim mühitimizdə və buna oxşar yerlərdə inflyasiya dəyəri camaat içində mühasibə olunmadığına görə, bütövlükdə sələm sayılır. Çünki bir-birinə borc verən şəxslər üstündən bir neçə ay və daha çox vaxt keçəndən sonra pulun özünü (maya dəyərini) istəyir və inflyasiya fərqini hesablamırlar. Elmi məkanlarda (cəmiyyətlərdə) sadəcə inflyasiyanın nəzərə alınması öz-özlüyündə (dəlil kimi) kifayət etmir. Çünki burada meyar ümumi camaatın nəzəridir. Lakin biz bir halı istisna edirik və o da bundan ibarətdir ki, məsələn, üstündən otuz il keçməklə həddindən artıq çox fərq yaranmış olsun. Ona görə də qadınların qədim mehriyələri barəsində və ya buna oxşar borclarda ehtiyat vacib bilirik ki, bugünkü dəyərlə hesablanmalıdır və ya heç olmazsa müsalihə etməlidirlər.

Qruplar: Riba (sələm)

Gözbağlayıcılığı özünə peşə seçmək

Gözbağlayıcılığı özünə gəlir mənbəyi seçməyin hökmü nədir? Gözbağlayıcılıq göstərilən yığıncaqlarda iştirak etməyin işkalı varmı?

Bəzi məclislərdə nümayiş, əyləncə və istirahət adı ilə icra olunan oyunlar müşahidə olunur ki, bir şəxsin surətli əl hərəkətini, zirəkliyini nümayiş etdirir və bundan başqa məqsəd daşımır, (belə oyunların) eybi yoxdur. Lakin camaatı aldatmaq üçün olsa, bir növ sehrdir ki, bu yolla qazanc əldə etmək haram və belə məclislərdə iştirak etmək də haramdır.

Qruplar: Peşələr