Bir məktubda üçdən artıq sual yazmayın

Sualınızı qısa, xülasə şəklində bir neçə sətirdə bəyan edin. Uzun-uzadı ifadələr yazmaqdan çəkinin

Yuxu yozma, istixarə və buna bənzər suallar verməyin

captcha
انصراف
انصراف
چینش بر اساس:حروف الفباجدیدترین مسائلپربازدیدها

Əmlakı bölünəndən sonra itkin düşən şəxsin tapılması

. Əgər itkin düşmüş şəxsin ölümünə dair hökmü çıxarılandan və irsinin varislər arasında bölünməsindən sonra itkin düşmüş həmin şəxs tapılarsa, varislərin əmlakın özünün, habelə, onun sərf edilmiş və sərf edilməmiş mənfəətlərinin qarşısında vəzifələri nədir? İstifadə zamanı aradan gedən malların hökmü necədir?

Onun ölümünə yəqin hasil olmamış, əmlakını bölmək olmaz. Talaq məsələsində isə hökm bundan fərqlidir. Sözü gedən şəxs irs bölünəndən sonra qayıdarsa, əmlakı və əmlakının mənfəətləri özünə qaytarılmalıdır. Əmlak aralarında bölünən şəxslər tələf etdikləri mal qarşısında zamindirlər.

Bir yerdə vəfat edən ata və oğulun irslərinin bölünməsi

Ata və oğul eyni vaxtda və avtomobil qəzasında dünyalarını dəyişmişlər. Atanın başqa üç övladı da var. Digər tərəfdən, mərhum ata ilə birlikdə ölən oğulun da dörd övladı var. Sual budur ki, babanın irsindən bu yetim övladlara bir şey çatırmı?

Atanın əvvəlcə vəfat etdiyini fərz edirik: onun malından bu övlada irs çatır, onun da irs payı yetim övladlarına yetişir. Sonra oğulun əvvəlcə vəfat etdiyini fərz edirik: onun sahib olduğu əmlakın bir hissəsi ataya və bir hissəsi onun övladlarına çatır. Bir sözlə, irs qanununa əsasən onların hər birinə digərinin əmlakından irs çatır və həmin irs onların varislərinə yetişir.

Mülkiyyətinin necəliyi məlum olmayan torpaqlar

Ata-babalarımızdan bizə mülk və torpaq sahələri irs çatmışdır, lakin onların necə əldə olunduğu bizə məlum deyil. Biz bu torpaqları digər əmlak kimi irs qanunu ilə bölüşdürə bilərikmi?

Bu torpaqları sizin ata-babalarınız abadlaşdırmışdırsa, ondan qabaq isə sahibsiz idisə, irs qanunu əsasında onların vərəsələrinə çatır. Habelə onlar bu torpaqları pulla (satın) almışlarsa və bu torpaqların keçmişinə dair heç bir sənəd mövcud deyilsə, şahid və sübut da yoxdursa, mülk kimin əlindədirsə, onunkudur. Yəni, sizin əcdadlarınızın mülkü olmuşdur və irs qanununa əməl etməlisiniz.

Vəfat etmiş şəxsin malının üçdə birinin istifadəsi üçün ən yaxşı yol

Bir şəxs vəsiyyət etmişdir ki, “mənim əmlakımın üçdə birini Quran və sünnətə əsasən ən yaxşı sayılan və ondan yaxşısı mümkün olmayan yerdə xərcləyin”. Sizin bu barədə mübarək nəzəriniz nədir? Onun pulu harada xərclənsin?

Elmi-dini hövzələr üçün və bu hövzələrdə tədrislə, təbliğlə, xalqın irşadı ilə, əmr be məruf və nəhy əz münkər ilə məşğul olan təqvalı insanlar üçün xərcləyin. Hədisdə deyilir ki: وما اعمال البرّ کلّها و الجهاد فى سبیل الله، عند الامر بالمعروف والنهى عن المنکر، الا کنفثه فى بحر لجّى “Yaxşı və saleh əməllərin hamısı, (hətta) Allah yolundan cihad belə, əmr be məruf və nəhy əz münkərin müqabilində ağız suyunun dərin okeanın müqabilində olduğu kimidir.”

Şəhidin həyat yoldaşının dövlətin verdiyi vəsaitdən irsi

Bir şəxs öz şəxsi yük maşını ilə cəbhəyə getmiş, həm özü şəhid olmuş, həm də yük maşını sıradan çıxmışdır. Sonradan dövlət yük maşınının əvəzini şəhidin ailəsinə vermişdir. Sual budur ki, şəhidin arvadı bu maşından irs payını tələb edə bilərmi?

Əgər yük maşınını cəbhəyə aparmaq dövlətin əmri və ya dövlət zəmanəti ilə baş vermişdirsə (zəmanət ayrılıqda bu şəxsə yox, ümumi şəkildə verilmiş olsa da), şəhidin arvadına bu yük maşınının səkkizdə biri irs çatır. Əgər bu şəxs öz istəyi ilə, dövlətin heç bir tələbi və zəmanəti olmadan belə bir iş görmüşsə, bu barədə əlaqədar orqanların məsul işçilərindən soruşun ki, onların bu işdə məqsədləri yalnız şəhidin övladına yardım etmək olmuşdur, yoxsa bu hədiyyə onun həyat yoldaşına da aiddir. Habelə sual olunmalıdır ki, bu hədiyyə irs paylarına mütənasibdir, yoxsa ondan az, yoxsa çox?

دسته‌ها: Ər-arvad
پایگاه اطلاع رسانی دفتر مرجع عالیقدر حضرت آیت الله العظمی مکارم شیرازی
سامانه پاسخگویی برخط(آنلاین) به سوالات شرعی و اعتقادی مقلدان حضرت آیت الله العظمی مکارم شیرازی
آیین رحمت - معارف اسلامی و پاسخ به شبهات کلامی
انتشارات امام علی علیه السلام
موسسه دارالإعلام لمدرسة اهل البیت (علیهم السلام)
خبرگزاری دفتر آیت الله العظمی مکارم شیرازی