Bir məktubda üçdən artıq sual yazmayın

Sualınızı qısa, xülasə şəklində bir neçə sətirdə bəyan edin. Uzun-uzadı ifadələr yazmaqdan çəkinin

Yuxu yozma, istixarə və buna bənzər suallar verməyin

captcha
انصراف
انصراف
چینش بر اساس:حروف الفباجدیدترین مسائلپربازدیدها

Casusluğun cəzası

Nə etdiklərini bilə-bilə İslam ölkəsinin hərbi və qeyri-hərbi sirlərini düşmənə verən və bunun üçün xarici ölkələrdə təlim görmüş casusların hökmü nədir? Onlar bu işin qarşılığında pul alır, bəzən də bunu heç bir mükafat almadan yerinə yetirilər. Onlar müharibdirlərmi?

Casusları müharib qələmə vermək çətindir. Çünki müharibin hədislərdə və fitvalarda olan tərifini casusa tətbiq etmək olmur. Lakin bəzən casusluğun elə formaları meydana çıxır ki, müharibdən daha kəskin, daha güclü nəzərə çarpır. Ümumiyyətlə, casusluğu onların gördükləri işlərə uyğun olaraq qisimlərə bölmək lazımdır: əgər İslamın dayaq sütunlarını sarsıdan, İslam hökumətinin sabitliyini pozan, müsəlmanların canını bu yolla təhlükəyə salan məlumatlara aid olsa, şübhəsiz, bu casus ölümə (edama) məhkumdur. Habelə, onun xaricə verdiyi məlumatlar fəsadın böyük miqyasda yayılmasına səbəb olsa, belə ki, “müfsid fil-ərz” ünvanı əsil mənasında ona aid olunsa, yenə də ölümə məhkumdur. Lakin yuxarıdakı variantların heç biri olmayan xırda məsələləri, misal üçün, çox da əhəmiyyəti və təhlükəsi olmayan məlumatları yadellilərə verərsə, təzir qanunları ona şamil olacaqdır. Təzirin miqdarı isə onun casusluğunun vurduğu zərərin miqdarı ilə mütənasib olacaqdır.

Oğrunun kəsilmiş əlini yerinə tikmək

Oğrunun əli kəsiləndən sonra əlini əvvəlki yerinə bilərmi?

Fiqhin qisas bölümündə bu məsələ məşhurdur ki, cani kəsilmiş qulağı öz əvvəlki yerinə tiksə (peyvənd etsə) və bu peyvənd tutsa, zərərçəkən özü kimi olsun deyə, onu kəsə bilər. İmam Baqirdən (əleyhis-səlam) buna aid sənədi mötəbər olan, yaxud ən azından səhabələrin əməl etdikləri bir hədis nəql olunmuşdur. Bu hədisin xüsusiyyətlərini kənara qoymaqla (ümumiləşdirməklə) məzmununu cəzalar fəslinə aid etmək çətin olsa da oğrunun əlinin kəsilməsini çatdıran dəlil və sübutların zahiri bunu göstərir ki, onu peyvənd etmək caiz deyil. Xüsusilə də “İləl” və ”Uyun”-da İmam Rizadan (əleyhis-səlam) nəql olunan hədisdə deyilir:وعلّة قطع اليمين من السارق لانه تباشر الاشياء (غالباً) بيمينه و هى افضل اعضائه و انفعهاله فجعل قطعها نكالا و عبرة للخلق لئلا يبتغوا اخذ الاموال من غير حلّها و لانّه اكثر ما يباشر السرقه بيمينهBu məna peyvənd etməklə uyğun deyil. Digər bir hədisdə deyilir:عن النّبى(صلى الله عليه وآله) انّه اتى بسارق فامر به فقطعت يده ثم علقت فى رقبته(“Cəvahir”, 41-ci cild, səh. 543, “Sünəni-Beyhəqi”, 8-ci cild, səh. 275)

Qeyri-müsəlman cinayətkarlarla necə rəftar olunmalıdır

Qeyri-müsəlman cinayətkarlar İslam hökmlərinə əsasən cəzalandırılmalıdırlar, yoxsa öz dinlərinə əsasən? Sonuncuda hökmü müsəlman qazı icra etməlidir, yoxsa öz qazıları?

Maidə surəsinin 42-ci ayəsindən aydın olur ki, müsəlman qazı bu iki yoldan birini seçməlidir; ya onların qəbul etdikləri təqdirdə İslam hökmlərinə uyğun cəza versin, ya da onların məhkəmə işini öz qazılarına həvalə etsin. Çoxsaylı hədislər də bu mətləbə dəlalət edir, habelə ”hüdud” və “cihad” bölümlərində fəqihlərimizin fitvaları da bunu təsdiqləyir. Amma müsəlman qazının onların öz dinlərinə uyğun olaraq hakimlik etməsi və onu səhih qələmə verməsini (hansı ki, bizim nəzərimizdə onların dinləri təhrif olunmuş və qüvvədən düşmüşdür) nə dəlillərdən əldə etmək olar, nə də böyük alimlərin fitvalarından. Yuxarıda deyilənlərdən pərhiz etmək üçün yeganə yol budur ki, özlərinin səlahiyyətli bildikləri bir qazı İslam hökumətinin nəzarəti altında onların qayda-qanunlarına əsasən hakimlik etsin. Diqqətə və ədalətə riayət etmək üçün isə əvvəldə onların dini hökmləri mütəxəssislərdən istifadə etməklə qanun çərçivəsinə salınmalı və müxtəlif hallarla bağlı (şəxsi münasibətlərdə) tənzim olunmalıdır ki, hər hansı sui-istifadə halları irəli gəlməsin.

Cəzada güzəştin mümkünlüyü

Quranın hamısını və ya bir hissəsini əzbərləmiş şəxs cəzası olan bir cinayət törədərsə, Quranı əzbərdən bilməyi onun cəzasının yüngülləşdirilməsinə və ya tamamilə güzəştinə səbəb ola bilərmi?

Törətdiyi əməl iqrar və etiraf yolu ilə sübuta yetərsə, şəri hakim onun cəzasını yüngülləşdirə və ya ona güzəştə gedə bilər. Əgər dəlil-sübut yolu ilə olsa, cəza hökmü öz qüvvəsində qalır.

پایگاه اطلاع رسانی دفتر مرجع عالیقدر حضرت آیت الله العظمی مکارم شیرازی
سامانه پاسخگویی برخط(آنلاین) به سوالات شرعی و اعتقادی مقلدان حضرت آیت الله العظمی مکارم شیرازی
آیین رحمت - معارف اسلامی و پاسخ به شبهات کلامی
انتشارات امام علی علیه السلام
موسسه دارالإعلام لمدرسة اهل البیت (علیهم السلام)
خبرگزاری دفتر آیت الله العظمی مکارم شیرازی