Oğurluq cəzasının şərti
Oğurluq cəza tədbirinin tətbiq edilməsi üçün lazım olan şərt – oğurlanmış malın dəyərinin dörddə bir şəri dinar miqdarına çatmasıdır. Hal-hazırda dirhəm və dinar (mövzusu aktual) olmadığına görə, oğurluq cəza tədbirinin dəyər və məbləğ baxımından şərtinin gerçəkləşdiyini necə ayırd edək? Dövriyyədə olan pulu və ya sikkə vurulmamış qızılı meyar təyin etmək olarmı?
Bu barədə peşəkar ekspertlərdən sual olunmalıdır ki, sikkəli dinar mövcud olarsa, dəyəri nə qədərdir. Onun dörddə birinin dəyəri oğurluq cəzası üçün lazım olan miqdar olacaqdır. Əgər miqdara dair şəkk-şübhə yaranarsa, yəqinlik hasil olan miqdar hesablanmalıdır.
Dövlət orqanlarından oğurluq
Təxminən 3 il bundan öncə (cahillik ucbatından və yaramaz dostlara qoşulmağın nəticəsində) bələdiyyə idarəsindən bir neçə top məftil oğurlayıb satmışam. Onun dəyərini ödəmək istəsəm:1) Kimə və ya hansı təşkilata verməliyəm?2) Bu işdə mənim tərəf-müqabilim bələdiyyə idarəsidirsə, müəyyən bir şəxsi razı salmaq və ondan halallıq istəmək lazımdırmı?3) O zaman hər kiloqram məftilin qiyməti misal üçün, 40 tümən idisə, indi 120 tüməndir. Mən hansı məbləği ödəməliyəm?4) Biz üç nəfər idik, amma pulun hamısı iki nəfər arasında bölüşdürüldü. İndi mən məftillərin hamısının pulunu ödəməliyəm, yoxsa misal üçün, məftillərin çəkisini yarıya bölüb yarısının pulunu ödəməliyəm? 5) Məftillərin təxmini çəkisi dəqiq yadımda deyil. Bu halda qiyməti necə ödəməliyəm?
Siz onun qiymətini bələdiyyə idarəsinin bankdakı gəlir hesablarından birinə köçürə bilərsiniz. Malın hazırkı qiymətini ödəməyiniz lazımdır. Başqaları öz səhmlərini ödəməsələr, siz məbləğin hamısı qarşısında zaminsiniz. Bu işi yerinə yetirəndən sonra halallıq istəmək lazım deyil, Allah dərgahında tövbə etməlisiniz. Çəkisində şübhə etsəniz, ehtiyat etməlisiniz.
Dövlət orqanlarından oğurluq
Təxminən 3 il bundan öncə (cahillik ucbatından və yaramaz dostlara qoşulmağın nəticəsində) bələdiyyə idarəsindən bir neçə top məftil oğurlayıb satmışam. Onun dəyərini ödəmək istəsəm:1) Kimə və ya hansı təşkilata verməliyəm?2) Bu işdə mənim tərəf-müqabilim bələdiyyə idarəsidirsə, müəyyən bir şəxsi razı salmaq və ondan halallıq istəmək lazımdırmı?3) O zaman hər kiloqram məftilin qiyməti misal üçün, 40 tümən idisə, indi 120 tüməndir. Mən hansı məbləği ödəməliyəm?4) Biz üç nəfər idik, amma pulun hamısı iki nəfər arasında bölüşdürüldü. İndi mən məftillərin hamısının pulunu ödəməliyəm, yoxsa misal üçün, məftillərin çəkisini yarıya bölüb yarısının pulunu ödəməliyəm? 5) Məftillərin təxmini çəkisi dəqiq yadımda deyil. Bu halda qiyməti necə ödəməliyəm?
Siz onun qiymətini bələdiyyə idarəsinin bankdakı gəlir hesablarından birinə köçürə bilərsiniz. Malın hazırkı qiymətini ödəməyiniz lazımdır. Başqaları öz səhmlərini ödəməsələr, siz məbləğin hamısı qarşısında zaminsiniz. Bu işi yerinə yetirəndən sonra halallıq istəmək lazım deyil, Allah dərgahında tövbə etməlisiniz. Çəkisində şübhə etsəniz, ehtiyat etməlisiniz.
Casusluğun cəzası
Nə etdiklərini bilə-bilə İslam ölkəsinin hərbi və qeyri-hərbi sirlərini düşmənə verən və bunun üçün xarici ölkələrdə təlim görmüş casusların hökmü nədir? Onlar bu işin qarşılığında pul alır, bəzən də bunu heç bir mükafat almadan yerinə yetirilər. Onlar müharibdirlərmi?
Casusları müharib qələmə vermək çətindir. Çünki müharibin hədislərdə və fitvalarda olan tərifini casusa tətbiq etmək olmur. Lakin bəzən casusluğun elə formaları meydana çıxır ki, müharibdən daha kəskin, daha güclü nəzərə çarpır. Ümumiyyətlə, casusluğu onların gördükləri işlərə uyğun olaraq qisimlərə bölmək lazımdır: əgər İslamın dayaq sütunlarını sarsıdan, İslam hökumətinin sabitliyini pozan, müsəlmanların canını bu yolla təhlükəyə salan məlumatlara aid olsa, şübhəsiz, bu casus ölümə (edama) məhkumdur. Habelə, onun xaricə verdiyi məlumatlar fəsadın böyük miqyasda yayılmasına səbəb olsa, belə ki, “müfsid fil-ərz” ünvanı əsil mənasında ona aid olunsa, yenə də ölümə məhkumdur. Lakin yuxarıdakı variantların heç biri olmayan xırda məsələləri, misal üçün, çox da əhəmiyyəti və təhlükəsi olmayan məlumatları yadellilərə verərsə, təzir qanunları ona şamil olacaqdır. Təzirin miqdarı isə onun casusluğunun vurduğu zərərin miqdarı ilə mütənasib olacaqdır.
Qadının öz mürtəd olmuş ərindən ayrılması
Ər mürtəd olubsa, yəni, dinə etiqad bəsləməməkdən əlavə dinin əleyhinə danışırsa, həyat yoldaşının onunla birgə yaşamasının hökmü nədir? Qeyd etmək lazımdır ki, əmr be məruf və nəhy əz münkər də onda heç bir təsir buraxmır.
Həyat yoldaşı ona haramdır və ondan ayrılmalıdır. Talağa da ehtiyac yoxdur.
Cinsiyyətin təzir cəzasında təsiri
Qadının kişiyə nisbətən daha çox hissə qapıldığını və şeytanın vəsvəsələrinə daha çox uyduğunu nəzərə alsaq, onlara tətbiq olunan cəzaların kişilərlə bir fərqi varmi?
Təzirlərə (yüngül cəzalara) aid hallarda hər şəxsin öz əməlləri qarşısındakı məsuliyyəti onun müxtəlif amillərin təsiri altına düşmə potensialı və törətdiyi cinayətin miqdarı ilə əlaqədardır.
Cəzada güzəştin mümkünlüyü
Quranın hamısını və ya bir hissəsini əzbərləmiş şəxs cəzası olan bir cinayət törədərsə, Quranı əzbərdən bilməyi onun cəzasının yüngülləşdirilməsinə və ya tamamilə güzəştinə səbəb ola bilərmi?
Törətdiyi əməl iqrar və etiraf yolu ilə sübuta yetərsə, şəri hakim onun cəzasını yüngülləşdirə və ya ona güzəştə gedə bilər. Əgər dəlil-sübut yolu ilə olsa, cəza hökmü öz qüvvəsində qalır.
Cəzanın cinayətkarın özü tərəfindən icrası
Möhsinə zinaya və ya livata batan bir şəxs özünə qəsd edə bilərmi?
Cəza şəri hakim tərəfindən həyata keçirilməlidir. Günaha batan bir şəxsin özünü şəri hakimə təqdim etməsi vacib deyil: dərhal tövbə edib saleh və xeyirxah əməllərlə öz keçmişini bərpa edə və özünü şəri cəzadan azad edə bilər.
Qeyri-müsəlman cinayətkarlarla necə rəftar olunmalıdır
Qeyri-müsəlman cinayətkarlar İslam hökmlərinə əsasən cəzalandırılmalıdırlar, yoxsa öz dinlərinə əsasən? Sonuncuda hökmü müsəlman qazı icra etməlidir, yoxsa öz qazıları?
Maidə surəsinin 42-ci ayəsindən aydın olur ki, müsəlman qazı bu iki yoldan birini seçməlidir; ya onların qəbul etdikləri təqdirdə İslam hökmlərinə uyğun cəza versin, ya da onların məhkəmə işini öz qazılarına həvalə etsin. Çoxsaylı hədislər də bu mətləbə dəlalət edir, habelə ”hüdud” və “cihad” bölümlərində fəqihlərimizin fitvaları da bunu təsdiqləyir. Amma müsəlman qazının onların öz dinlərinə uyğun olaraq hakimlik etməsi və onu səhih qələmə verməsini (hansı ki, bizim nəzərimizdə onların dinləri təhrif olunmuş və qüvvədən düşmüşdür) nə dəlillərdən əldə etmək olar, nə də böyük alimlərin fitvalarından. Yuxarıda deyilənlərdən pərhiz etmək üçün yeganə yol budur ki, özlərinin səlahiyyətli bildikləri bir qazı İslam hökumətinin nəzarəti altında onların qayda-qanunlarına əsasən hakimlik etsin. Diqqətə və ədalətə riayət etmək üçün isə əvvəldə onların dini hökmləri mütəxəssislərdən istifadə etməklə qanun çərçivəsinə salınmalı və müxtəlif hallarla bağlı (şəxsi münasibətlərdə) tənzim olunmalıdır ki, hər hansı sui-istifadə halları irəli gəlməsin.
Hamilə qadının cəzası
Xəstə bir insana hədd (cəza) vacib olarsa, səksən nazik çubuğu bir dəstə şəklində yığıb onunla bədənə bir zərbə vurmaq olarmı? Cavabın müsbət olduğu təqdirdə təziri də həmin hökmə aid etmək olarmı? Bu müqəddiməni nəzərə almaqla aşağıdakı suala cavab verin:Bir qadın subay olan zaman hökmü təzir olan bir günaha batmışdır. İndi evləndikdən sonra və hamilə olduğu bir vaxtda onun günahı sübuta yetmişdir. Ərinin də bu işdən xəbəri yoxdur. Bu qadın hal-hazırda xəstədir və hamiləlik dövrünü keçirir. Habelə təzir olunduğu təqdirdə əri hadisədən xəbərdar olacaq, böyük ehtimalla ona talaq verəcək və ya digər fəsadlar yaranacaqdır. Bütün bunları nəzərə alsaq, belə bir şəraitdə otuz ədəd nazik çubuğu dəstələyib təzir ünvanı ilə onun bədəninə bir zərbə vurmaq olarmı?
Xəstə adam üçün cəzanın sayı miqdarında çubuğu bir-birinin üstünə yığıb onun bədəninə vurmaq olar. Hamilə qadın barəsində isə cəza doğuşdan sonra tətbiq edilməlidir. Amma təzir hökmündə bir və ya bir neçə şallaq zərbəsi ilə də kifayətlənmək olar. Təzirin icrası yalnız şallaqla deyil; bu kimi hallarda təsir bağışlayacağına ümid bəsləməklə inzibati tənbeh, nəsihət kimi digər yüngül cəza növləri ilə də qənaətlənmək olar.
Cinayətkarın öz əməlindən peşmançılığı
Şəriət baxımından hökmü hədd (cəza) və ya təzir olan günahlar törətmiş şəxslərdən bəziləri öz günahlarının sübut olunduğunu görəndə ağlayıb peşman olduqlarını söyləyirlər. Sadəcə bu peşmançılıq kifayətdirmi? Yoxsa onun xeyirxah işlər, saleh əməllər görməsi və batmış olduğu günahı tərk etməsi də şərtdir? Xahiş edirik ki, ətraflı izah edəsiniz.
Peşmançılıq qazının məhkəmə iclasında olsa, faydası yoxdur. Yalnız iqrar hallarında (peşmançılığını bildirərsə) qazı onu əfv edə bilər. Əgər (peşmançılıq) bundan qabaq baş versə, “Allah hüquqları”-nda cəzanın ləğv olmasına səbəb olur.