Bir məktubda üçdən artıq sual yazmayın

Sualınızı qısa, xülasə şəklində bir neçə sətirdə bəyan edin. Uzun-uzadı ifadələr yazmaqdan çəkinin

Yuxu yozma, istixarə və buna bənzər suallar verməyin

captcha
انصراف
انصراف
چینش بر اساس:حروف الفباجدیدترین مسائلپربازدیدها

Zina edənin məhkəməyə etiraf üçün çağırılması

Xahiş edirik, aşağıdakı suallara cavab verəsiniz:1) Zina etməkdə müttəhim olunan kişini etiraf etmək üçün məhkəməyə gətirmək caizdirmi? 2) Caiz olduğu təqdirdə, qazi müttəhimə onun günahının nədən ibarət olduğunu başa sala bilərmi?3) İkinci sualda deyilənlərin caiz olduğu və müttəhimin qəbul etdiyi təqdirdə izah edilmiş ittihamı qəbul etmək iqrar sayılır, yoxsa iqrar etməlidir? Öz əməlini aydın şəkildə boynuna almaq hökmdə əsas sayılırmı? Bir dəfə iqrar etdiyi təqdirdə sualın dəfələrlə və ya müxtəlif iclaslarda təkrarı vacib və ya caizdirmi?

1) Zinada müttəhim olunan şəxsi məhkəməyə çağırmaq olmaz. Amma şahidlər öncə gedib şəhadət versələr və ya zina zorakılıqla baş verərsə və zinaya məruz qalmış qadın şikayət edərsə və yaxud da müttəhim məsələn, naməhrəm qadınla xəlvətdə bir yerdə olmaq kimi digər cinayətlər etmişdirsə, bu işlərə görə məsuliyyətə cəlb oluna (məhkəməyə çağırıla) bilər.2) Yuxarıdakı cavabdan məlum oldu.3) İqrar aydın şəkildə olmalıdır. Qazının iqrar almaq üçün israr etməsinin heç bir əsası yoxdur. 4) Sükutla heç nə sübuta yetmir. Belə yerdə inkar lazım deyil; əksinə iqrarın təsiri var.

Evli şəxsin zina məqsədi ilə səfər etməsi

Öz vətənində evli olan kişi və ya qadın zina etmək üçün şəri məsafədən uzaq olan başqa bir şəhərə səfər edir. O şəhərdə – nəuzu billah – zinaya batır. Onun cəzası möhsinə zinasının cəzasıdırmi?

Əgər həyat yoldaşından nəzərə çarpacaq qədər çox uzaqlaşmışdırsa, və “yəğdu və yəruh”– un nümunəsi deyilsə, yəni həyat yoldaşı praktik olaraq onun yanında və ixtiyarında deyilsə, möhsinə zina sayılmır.

دسته‌ها: Zinanın cəzası

İnsan cəsədinin oğurlanması üçün cəza

İnsan cəsədi mal-əmlak sayılırmı? Şəriət baxımından qanuni məqsədlər üçün onun alveri caizdirmi? Cəsəd oğurluq halı üçün cinayət faktı ola bilərmi? Xüsusilə də onun ölüm tarixindən əsrlər keçdiyi bir halda cəsəd tarixi və arxeoloji baxımdan qiymətli sayılarsa?

Müsəlmanın cəsədinin alğı-satqısı caiz deyil və mal (əmlak) sayılmır. Amma qeyri-müsəlmanın bədəni anatomiya kimi şəri-qanuni məqsədlər üçün icazəli olan hallarda belə (alğı-satqısı) eyibsiz deyil. Hər iki halda oğurluq cəzasını icra etmək işkallıdır.

İqrardan sonra inkar hallarında cəzanın ləğvi

İqrardan sonra inkarın, daşqalaq və edam hökmünün götürülməsinə səbəb olduğu hallarda cəza özünün bütün növləri ilə; istər daşqalaq, istər edam, istərsə də yüz şallaq zərbəsi tamamilə götürülür, yoxsa Hələbinin nəql etdiyi iki səhih hədisdə göstərildiyi kimi, şəri hakim daşqalaq və edamın götürülməsini nəzərə almaqla onu şallağa məhkum edə bilər?

Cəza bütövlükdə götürülür, lakin təzir hökmünün qüvvədə qalmasını da ehtimal etmək olar. Bu bölmədə Hələbinin hədisi isə fəqih alimlər tərəfindən “məqbul” (əməl olunan) sayılmamışdır. Yalnız bir neçə alim ona müvafiq fitva vermişlər. Buna görə də ona uyğun olaraq əməl etmək icazəli deyil.

پایگاه اطلاع رسانی دفتر مرجع عالیقدر حضرت آیت الله العظمی مکارم شیرازی
سامانه پاسخگویی برخط(آنلاین) به سوالات شرعی و اعتقادی مقلدان حضرت آیت الله العظمی مکارم شیرازی
آیین رحمت - معارف اسلامی و پاسخ به شبهات کلامی
انتشارات امام علی علیه السلام
موسسه دارالإعلام لمدرسة اهل البیت (علیهم السلام)
خبرگزاری دفتر آیت الله العظمی مکارم شیرازی