Oğrunun kəsilmiş əlini yerinə tikmək
Oğrunun əli kəsiləndən sonra əlini əvvəlki yerinə bilərmi?
Fiqhin qisas bölümündə bu məsələ məşhurdur ki, cani kəsilmiş qulağı öz əvvəlki yerinə tiksə (peyvənd etsə) və bu peyvənd tutsa, zərərçəkən özü kimi olsun deyə, onu kəsə bilər. İmam Baqirdən (əleyhis-səlam) buna aid sənədi mötəbər olan, yaxud ən azından səhabələrin əməl etdikləri bir hədis nəql olunmuşdur. Bu hədisin xüsusiyyətlərini kənara qoymaqla (ümumiləşdirməklə) məzmununu cəzalar fəslinə aid etmək çətin olsa da oğrunun əlinin kəsilməsini çatdıran dəlil və sübutların zahiri bunu göstərir ki, onu peyvənd etmək caiz deyil. Xüsusilə də “İləl” və ”Uyun”-da İmam Rizadan (əleyhis-səlam) nəql olunan hədisdə deyilir:وعلّة قطع اليمين من السارق لانه تباشر الاشياء (غالباً) بيمينه و هى افضل اعضائه و انفعهاله فجعل قطعها نكالا و عبرة للخلق لئلا يبتغوا اخذ الاموال من غير حلّها و لانّه اكثر ما يباشر السرقه بيمينهBu məna peyvənd etməklə uyğun deyil. Digər bir hədisdə deyilir:عن النّبى(صلى الله عليه وآله) انّه اتى بسارق فامر به فقطعت يده ثم علقت فى رقبته(“Cəvahir”, 41-ci cild, səh. 543, “Sünəni-Beyhəqi”, 8-ci cild, səh. 275)
Başqalarına söyməyin cəzası
Arvadına ana-bacı söyüşü söyən və dili daim başqalarının qeybətinə adət etmiş şəxsin hökmü nədir?
Başqalarını söymək və nalayiq sözlər deməyin cəzası bəzi hallarda təzir cəzasıdır. Bəzi hallarda isə qəzf cəzasıdır (80 şallaq) ki, şəri hakimin hökmü ilə yerinə yetirilir.
Cəzanın böhtan atan şəxin həyatı üçün təhlükəli olması
75 yaşlı qadın qəzf cəzasına məhkum edilmişdir. Lakin ekspert həkimin qənaətinə görə qadın xəstədir və ona şallaq vurmaq (sağlamlığı üçün) təhlükəlidir. Ziğs (80 çubuğu dəstə şəklində vurmaq) və yaxud xəstə sağalana qədər gözləmək qəzf cəzasında da mövcuddurmu? Əgər xəstə heç vaxt sağalmasa, vəzifə nədir?
Əgər cəzanın tətbiq edilməsində təhlükə yaranarsa, cəza icra olunmamalı və təhlükə aradan qalxana qədər təxirə salınmalıdır. Əgər xəstənin sağalmasına ümid yoxdursa, ziğsdən istifadə olunmalıdır.
Edamın növünü dəyişdirmək
Livat ittihamı ilə fiqhdə mövcud məşhur cəzalardan birinə məhkum olunmuş şəxsi dar ağacından asmaqla və ya odlu silahla vurmaqla edam etmək olarmı?
Məsləhət tələb edən yerlərdə edam növünün dəyişdirilməsinin maneəsi yoxdur.
Süd bacısı və ya qayınana ilə zina etmək
Süd bacısı ilə, yaxud da qayınana ilə zina etmək cəza baxımından doğma ana və bacı ilə zina etmək kimidirmi?
Bu ikisi ilə zina etmək nəsəbi məhrəmlə zina etmək hökmündə deyildir. Lakin zinanın cəzası qüvvədədir.
Qəyyumun razılığı cəzanın icrasına təsir etmir
Əgər həddi-buluğa çatmış qardaş öz həddi-buluğa çatmış bacısı ilə (nəuzu billah) zina edərsə, onların hər ikisi edama məhkumdurlarmı? Habelə, əgər qanuni yaşa (18 yaş) çatmış qardaş yetkin olan və yetkin olmayan (18 yaşa çatmamış) bacısı ilə zina edərsə, qızın qəyyumunun və ya vəlisinin razılıq verməsi (şikayəti geri götürməsi) zina edənin edamının qarşısını alırmı?
Zina edən oğlan və qız şəri baxımdan həddi-buluğa çatmışlarsa, hökm (cəza) onların barəsində icra olunmalıdır. İstər qəyyum razı olsun, istərsə də olmasın. Bu şərtlə ki, cinayət şəri hakim üçün kafi dəlillərlə sübuta yetmiş olsun.
Evli şəxsin zina məqsədi ilə səfər etməsi
Öz vətənində evli olan kişi və ya qadın zina etmək üçün şəri məsafədən uzaq olan başqa bir şəhərə səfər edir. O şəhərdə – nəuzu billah – zinaya batır. Onun cəzası möhsinə zinasının cəzasıdırmi?
Əgər həyat yoldaşından nəzərə çarpacaq qədər çox uzaqlaşmışdırsa, və “yəğdu və yəruh”– un nümunəsi deyilsə, yəni həyat yoldaşı praktik olaraq onun yanında və ixtiyarında deyilsə, möhsinə zina sayılmır.
Zina edən kişi ilə qadın bir-biri ilə evlənərsə, zinanın cəzası
1) Zinakar kişi, bakirə və zina nəticəsində hamilə qalan qızla nikah bağlasa, onun cəzası qüvvədən düşürmü, yoxsa qızın qəyyumlarının (ailə başçılarının) razılığı lazımdır? 2) Qızın qəyyumları buna razı olmasa və onu zina edən kişinin nikahına keçirməsələr, başqa bir şəxs bu qızla evlənə bilərmi? Bu halda zinanın cəzası necə olacaqdır?
1) Cəza nikahla və ya qəyyumların razılığı ilə ləğv olunmur. Lakin bu məsələ şəriət hakimi üçün iqrar formasında (dəlil, sübutla deyil) sübuta yetərsə, məsləhətləri nəzərə almaqla onun günahından keçə bilər. 2) Eybi yoxdur. Cəza hökmü yuxarıda qeyd edilən şəkildədir və bu işlə aradan getmir.
Kişini zinaya məcbur edən qadın
Əgər bir qadın silahla və ya başqa formada bir kişini qorxudaraq onu özü ilə zina etməyə məcbur etsə, əks təqdirdə başına bəla gətirəcəyi ilə hədələsə, kişi də istəmədiyi bir halda bu işə məcbur olsa, bu vəziyyətdə “mükrəh” (məcbur edilmiş şəxs) hökmü qüvvədədirmi?
Sualda fərz olunanları nəzərə alsaq, cəzası edam olan məcburi zina və ya təcavüz hökmü qadın barəsində icra olunmayacaqdır. Yalnız hədd cəzası vardır. (Ayrı-ayrı hallarda daşqalaq və ya şallaq.)
Toydan öncə baş vermiş zinanın cəzası
Əgər bir şəxs kəbindən sonra və toydan (cinsi əlaqədən) öncə zina etsə, şallaqdan əlavə, onu sürgün etmək və saçlarını qırxmaq lazımdırmı? Cavab müsbətdirsə, deyin, cinsi yaxınlığın mümkünlüyünün hökmdə təsiri varmı?
Başını qırxdırmaq və sürgün etmək lazımdır. Cinsi yaxınlıq üçün şərait və imkan da burada şərt deyil. Yalnız qadının uzun müddət məcburən ərindən ayrı qaldığı hal istisnadır.