Başqalarına söyməyin cəzası
Arvadına ana-bacı söyüşü söyən və dili daim başqalarının qeybətinə adət etmiş şəxsin hökmü nədir?
Başqalarını söymək və nalayiq sözlər deməyin cəzası bəzi hallarda təzir cəzasıdır. Bəzi hallarda isə qəzf cəzasıdır (80 şallaq) ki, şəri hakimin hökmü ilə yerinə yetirilir.
Cəzanın böhtan atan şəxin həyatı üçün təhlükəli olması
75 yaşlı qadın qəzf cəzasına məhkum edilmişdir. Lakin ekspert həkimin qənaətinə görə qadın xəstədir və ona şallaq vurmaq (sağlamlığı üçün) təhlükəlidir. Ziğs (80 çubuğu dəstə şəklində vurmaq) və yaxud xəstə sağalana qədər gözləmək qəzf cəzasında da mövcuddurmu? Əgər xəstə heç vaxt sağalmasa, vəzifə nədir?
Əgər cəzanın tətbiq edilməsində təhlükə yaranarsa, cəza icra olunmamalı və təhlükə aradan qalxana qədər təxirə salınmalıdır. Əgər xəstənin sağalmasına ümid yoxdursa, ziğsdən istifadə olunmalıdır.
Zina edən kişi ilə qadın bir-biri ilə evlənərsə, zinanın cəzası
1) Zinakar kişi, bakirə və zina nəticəsində hamilə qalan qızla nikah bağlasa, onun cəzası qüvvədən düşürmü, yoxsa qızın qəyyumlarının (ailə başçılarının) razılığı lazımdır? 2) Qızın qəyyumları buna razı olmasa və onu zina edən kişinin nikahına keçirməsələr, başqa bir şəxs bu qızla evlənə bilərmi? Bu halda zinanın cəzası necə olacaqdır?
1) Cəza nikahla və ya qəyyumların razılığı ilə ləğv olunmur. Lakin bu məsələ şəriət hakimi üçün iqrar formasında (dəlil, sübutla deyil) sübuta yetərsə, məsləhətləri nəzərə almaqla onun günahından keçə bilər. 2) Eybi yoxdur. Cəza hökmü yuxarıda qeyd edilən şəkildədir və bu işlə aradan getmir.