Malı oğurlanan şəxsin şikayətindən öncə oğrudan malın alınması
Zərərçəkən tərəfindən qazıya şikayət təqdim olunmazdan öncə oğurlanmış əmlak hüquq-mühafizə orqanları tərəfindən alınıb sahibinə qaytarmaq üçün saxlanılmışdır. Belə ki, zərərçəkənin malın qaytarılması üçün müraciət etdiyi zaman mal ona təhvil veriləcəkdir. Lakin zərərçəkən bu mövzudan xəbərdar olsa da əmlakı təhvil alandan qabaq qazıya şikayət edir. Belə halda da oğrunun cəzalandırılması vacibdir?
Oğru üçün təyin olunmuş cəza tədbiri burada icra olunmur və mal öz sahibinə qayıtmış kimi sayılır.
Oğurluq cəzasının şərti
Oğurluq cəza tədbirinin tətbiq edilməsi üçün lazım olan şərt – oğurlanmış malın dəyərinin dörddə bir şəri dinar miqdarına çatmasıdır. Hal-hazırda dirhəm və dinar (mövzusu aktual) olmadığına görə, oğurluq cəza tədbirinin dəyər və məbləğ baxımından şərtinin gerçəkləşdiyini necə ayırd edək? Dövriyyədə olan pulu və ya sikkə vurulmamış qızılı meyar təyin etmək olarmı?
Bu barədə peşəkar ekspertlərdən sual olunmalıdır ki, sikkəli dinar mövcud olarsa, dəyəri nə qədərdir. Onun dörddə birinin dəyəri oğurluq cəzası üçün lazım olan miqdar olacaqdır. Əgər miqdara dair şəkk-şübhə yaranarsa, yəqinlik hasil olan miqdar hesablanmalıdır.
Casusluğun cəzası
Nə etdiklərini bilə-bilə İslam ölkəsinin hərbi və qeyri-hərbi sirlərini düşmənə verən və bunun üçün xarici ölkələrdə təlim görmüş casusların hökmü nədir? Onlar bu işin qarşılığında pul alır, bəzən də bunu heç bir mükafat almadan yerinə yetirilər. Onlar müharibdirlərmi?
Casusları müharib qələmə vermək çətindir. Çünki müharibin hədislərdə və fitvalarda olan tərifini casusa tətbiq etmək olmur. Lakin bəzən casusluğun elə formaları meydana çıxır ki, müharibdən daha kəskin, daha güclü nəzərə çarpır. Ümumiyyətlə, casusluğu onların gördükləri işlərə uyğun olaraq qisimlərə bölmək lazımdır: əgər İslamın dayaq sütunlarını sarsıdan, İslam hökumətinin sabitliyini pozan, müsəlmanların canını bu yolla təhlükəyə salan məlumatlara aid olsa, şübhəsiz, bu casus ölümə (edama) məhkumdur. Habelə, onun xaricə verdiyi məlumatlar fəsadın böyük miqyasda yayılmasına səbəb olsa, belə ki, “müfsid fil-ərz” ünvanı əsil mənasında ona aid olunsa, yenə də ölümə məhkumdur. Lakin yuxarıdakı variantların heç biri olmayan xırda məsələləri, misal üçün, çox da əhəmiyyəti və təhlükəsi olmayan məlumatları yadellilərə verərsə, təzir qanunları ona şamil olacaqdır. Təzirin miqdarı isə onun casusluğunun vurduğu zərərin miqdarı ilə mütənasib olacaqdır.