Bir məktubda üçdən artıq sual yazmayın

Sualınızı qısa, xülasə şəklində bir neçə sətirdə bəyan edin. Uzun-uzadı ifadələr yazmaqdan çəkinin

Yuxu yozma, istixarə və buna bənzər suallar verməyin

captcha
انصراف
انصراف
چینش بر اساس:حروف الفباجدیدترین مسائلپربازدیدها

Küfr və mürtədlik ittihamı

Bir şəxs digərini irtidad (mürtəd olma) və küfrdə ittiham edir, amma bu ittihamı şəri hakimə sübut edə bilmirsə, hökmü nədir? 1) Belə halları qəzfin nümunələrindən saymaq olarmı?2) Cavabın mənfi olduğu təqdirdə onunla necə rəftar etmək lazımdır?3) İttihama məruz qalmış şəxs öz haqqından keçərsə (hakimə şikayət etməzsə) belə bir şəxsin cəzası ləğv olunurmu?

1) və 2) Qəzf yalnız iki halda: zina və ya livat etməkdə təqsirləndirmədə olur. Qalan iftira növlərinin cəzası isə təzirdir. 3) Zahirən haqq sahibinin güzəştə getməsi ilə təzir hökmü götürülür. Lakin şəri hakim belə hallarda təzirin ləğv olunmasının ictimai fəsadlarla nəticələnəcəyini mülahizə etsə, ikinci dərəcəli ünvana müvafiq olaraq təzir edə bilər.

دسته‌ها: Təzirlər

Casusluğun cəzası

Nə etdiklərini bilə-bilə İslam ölkəsinin hərbi və qeyri-hərbi sirlərini düşmənə verən və bunun üçün xarici ölkələrdə təlim görmüş casusların hökmü nədir? Onlar bu işin qarşılığında pul alır, bəzən də bunu heç bir mükafat almadan yerinə yetirilər. Onlar müharibdirlərmi?

Casusları müharib qələmə vermək çətindir. Çünki müharibin hədislərdə və fitvalarda olan tərifini casusa tətbiq etmək olmur. Lakin bəzən casusluğun elə formaları meydana çıxır ki, müharibdən daha kəskin, daha güclü nəzərə çarpır. Ümumiyyətlə, casusluğu onların gördükləri işlərə uyğun olaraq qisimlərə bölmək lazımdır: əgər İslamın dayaq sütunlarını sarsıdan, İslam hökumətinin sabitliyini pozan, müsəlmanların canını bu yolla təhlükəyə salan məlumatlara aid olsa, şübhəsiz, bu casus ölümə (edama) məhkumdur. Habelə, onun xaricə verdiyi məlumatlar fəsadın böyük miqyasda yayılmasına səbəb olsa, belə ki, “müfsid fil-ərz” ünvanı əsil mənasında ona aid olunsa, yenə də ölümə məhkumdur. Lakin yuxarıdakı variantların heç biri olmayan xırda məsələləri, misal üçün, çox da əhəmiyyəti və təhlükəsi olmayan məlumatları yadellilərə verərsə, təzir qanunları ona şamil olacaqdır. Təzirin miqdarı isə onun casusluğunun vurduğu zərərin miqdarı ilə mütənasib olacaqdır.

İqrardan sonra inkar hallarında cəzanın ləğvi

İqrardan sonra inkarın, daşqalaq və edam hökmünün götürülməsinə səbəb olduğu hallarda cəza özünün bütün növləri ilə; istər daşqalaq, istər edam, istərsə də yüz şallaq zərbəsi tamamilə götürülür, yoxsa Hələbinin nəql etdiyi iki səhih hədisdə göstərildiyi kimi, şəri hakim daşqalaq və edamın götürülməsini nəzərə almaqla onu şallağa məhkum edə bilər?

Cəza bütövlükdə götürülür, lakin təzir hökmünün qüvvədə qalmasını da ehtimal etmək olar. Bu bölmədə Hələbinin hədisi isə fəqih alimlər tərəfindən “məqbul” (əməl olunan) sayılmamışdır. Yalnız bir neçə alim ona müvafiq fitva vermişlər. Buna görə də ona uyğun olaraq əməl etmək icazəli deyil.

Gizlində haram işlər qörənlər

Ayrı-ayrı şəxslər öz mənzillərində, xəlvətdə və başqalarına maneçilik yaratmadan aşağıda sadalanan haram işlər görürlər. İcazəli qazı haram iş törətdiklərinə görə belə fərdləri təzir edə bilərmi? Yoxsa belə bir iş görməyə şəri əsas yoxdur? 1) Əxlaqsız video filmlərə tamaşa etmək; 2) Günah musiqilərin lent yazılarını dinləmək; 3) Əcnəbi qadınların əxlaqsız, intim xarakterli şəkillərini saxlamaq; 4) Qumar alətlərini evdə saxlamaq və onlardan şəxsi istifadə.

Qazı belə hallar üçün də icazəli olarsa və belə hallar barəsində adi yollarla dəlil-sübutlar (elm) əldə edərsə, təzir etmək lazımdır. Amma əgər bu kimi ölçülər fəsadlarla nəticələnəcəksə, onu məxfi saxlamaq lazımdır. Əgər məhkəməyə çağırmaq, xəbərdarlıq etmək, nəsihət vermək və öhdəlik (iltizam) almaqla bu işdən çəkinərsə, həmin miqdarla kifayətlənmək lazımdır.

دسته‌ها: QəzavətTəzirlər
پایگاه اطلاع رسانی دفتر مرجع عالیقدر حضرت آیت الله العظمی مکارم شیرازی
سامانه پاسخگویی برخط(آنلاین) به سوالات شرعی و اعتقادی مقلدان حضرت آیت الله العظمی مکارم شیرازی
آیین رحمت - معارف اسلامی و پاسخ به شبهات کلامی
انتشارات امام علی علیه السلام
موسسه دارالإعلام لمدرسة اهل البیت (علیهم السلام)
خبرگزاری دفتر آیت الله العظمی مکارم شیرازی