مدت زمان پاسخگویی به هر سوال بین 24 تا 72 ساعت است.

لطفا قبل از 72 ساعت از پیگیری سوال و یا ارسال سوال مجدد خودداری فرمائید.

از طریق بخش پیگیری سوال، سوال خود را پیگیری نمایید.

captcha
انصراف

زمان پاسخگویی به سوالات بین 24 تا 72 ساعت می باشد.

انصراف
چینش بر اساس:حروف الفباجدیدهاپربازدیدها

Diyə bütün insanlar üçün eynidir

Əgər qətlə yetirilən şəxsin ölümü, onun evdə və ictimaiyyət içində olmaması ailəsindən əlavə, hansısa qrupa və ya sualda fərz olunduğu kimi bir cəmiyyətə həm maddi, həm də mənəvi ziyan vurarsa, təkcə ailəsinin yanında olmadığına görə dəyən maddi zərəri ödəmək üçün öncədən təyin olunmuş diyənin miqdarına əlavə etmək olarmı? Çünki, ailəsindən başqa bir qrup insan və ya cəmiyyət də onun ölümündən zərər çəkmişdir.

Fərdlər arasında fərqlərin mövcud olmasına baxmayaraq müqəddəs şəriət hamı üçün eyni məbləğdə diyə nəzərdə tutmuşdur (qadın – kişi və bu kimi halları istisna etməklə). Səbəbi də bu ola bilər ki, aydın meyarlar olmadan, onların arasındakı fərqi qəbul etmək ictimaiyyət içində saysız-hesabsız çəkişmə və mübahisələrə səbəb ola bilər ki, bunun da ziyanı faydasından artıq olacaqdır.

Diyənin hüquqi mahiyyəti

Diyənin hüquqi mahiyyəti nədən ibarətdir? Diyə şəriətdə zərərçəkən şəxsə dəyən ziyanı ödəmək və ya canini cəzalandırmaq deməkdir? Dəyən xəsarət diyənin miqdarından artıq olarsa, onu cinayətkardan tələb etmək olarmı?

Diyə dəymiş maddi ziyanı bərpa etmək mənası daşıyır. Dəymiş ziyanı ödəyərkən müalicə üçün diyənin məbləğindən artıq xərcləməli olsa, yuxarıda deyildiyi kimi, ehtiyat vacib budur ki, cinayətkar şəxs əlavə xərci ödəsin. (Zərəri ödəmək üçün minimum məbləğdən artıq ödəməməlidir.)

Qeyri-qanuni aborta görə diyə

Qadın şəri baxımdan qeyri-qanuni yolla hamilə olmuş, sonra bətnindəki uşağı saldırmışdır:1) Uşağın diyəsi varmı?2) Diyəsi varsa, kimə çatmalıdır?

Ehtiyat vacib, 800 dirhəm miqdarında diyə ödəməlidir. Uşaq kamil olsa, (sözü gedən uşağın böyüyüb həddi-buluğa çatdığı və İslam dinini qəbul etdiyi təqdirdə, kamil diyəsi olacaqdı) onun diyəsi yalnız imama və ya imamın naibi olan cameüş-şərait müctəhidə çatacaqdır ki, müsəlmanların məsləhəti üçün sərf edilsin. Bu uşaq yaşasaydı, evlənib uşaq sahibi olsaydı, diyəsi onun həyat yoldaşına və övladlarına çatacaqdı.

Aborta görə qisas yoxdur

Hamilə qadın uşağını saldırmaq üçün həkimə və ya mama həkiminə müraciət etsə, o da (bu işin haram olması haqda) məlumatı ola-ola, qəsdən uşağı abort etsə, uşağa ruh verildiyi təqdirdə ondan qisas alınmalıdır, yoxsa onun boynuna kamil diyə düşür?

Bətndəki uşaq kamil olsa belə onun qəsdən öldürülməsinə görə diyə düşür, qisas alınmır. Çünki əvvəla, qisasın ümumi dəlilləri bətndəki uşağa şamil olmur. İkincisi, bətndəki uşaq diyəsinə aid fəsildə nəql olunan müxtəlif hədislərdə elə ifadələr mövcuddur ki, ya birmənalı şəkildə qəsdən adam öldürməni və yaxud istər qəsdən, istər səhvən və ehtiyatsızlıq üzündən adam öldürməni çatdırır. Sözü gedən halların hamısında açıq-aydın diyə düşdüyü qeyd olunmuşdur. Üçüncüsü, əgər bunun hansı qisimdən olmasında şübhə olduğunu fərz etsək, “hədd (cəza) və qisas tudrəu biş-şübəhat” (mövzuda şübhə olan zaman cəza tətbiq olunmur). (Burada “Dər” qaydası nəzərdə tutulur). Xüsusilə də bətndəki uşağa aid olan fəsildə görkəmli fəqihlərin arasında nadir hallardan savayı, qisasın caiz olmasına dair fitva görünməmişdir.

Abortun diyəsi

Bağlanan (mayalanan) nütfəni (spermanı) tələf etməyin, habelə uşağı saldırmağın diyəsi nə qədərdir?

Yalnız (mayalanmış) nütfə olsa, 20 şəri misqal qızıl (20 dinar), bağlanmış (laxta) qan şəklində olsa 40 misqal (40 dinar), müzğə (ət) şəklində olsa 60 misqal (60 dinar), ətsiz sümük şəklində olsa 80 misqal (80 dinar), əgər kamil uşaq olsa, amma ruhu və hərəkəti olmasa 100 misqal qızıl (100 dinar) və ona ruh verildiyi təqdirdə isə 1000 misqal (1000 dinar) oğlan uşağı üçün və 500 misqal (500 dinar) qız uşağı üçün diyə verilməlidir. (Şəri misqal dedikdə 18 noxud nəzərdə tutulur ki, bu da dövriyyədə olan misqalın dörddə üçü deməkdir.)

Cinsiyyəti aydın olmayan rüşeym

Ana bətnində olan uşaq (rüşeym) salınmışdır. Amma uşağın oğlan və ya qız olması məlum deyil. Onun diyəsi nə qədərdir?

Uşaq kamil olmuş, amma hələ ona ruh verilməmişdirsə, diyəsi 100 dinardır. Cinsiyyətinin qız və ya oğlan olmasının fərqi yoxdur. Ruh verildiyi təqdirdə isə oğlan uşağı üçün 1000 dinar, qız uşağı üçün 500 dinar və (cinsiyyəti) şübhəli olan hallarda isə 750 dinar verilməlidir.

پایگاه اطلاع رسانی دفتر مرجع عالیقدر حضرت آیت الله العظمی مکارم شیرازی
سامانه پاسخگویی برخط(آنلاین) به سوالات شرعی و اعتقادی مقلدان حضرت آیت الله العظمی مکارم شیرازی
آیین رحمت - معارف اسلامی و پاسخ به شبهات کلامی
انتشارات امام علی علیه السلام
موسسه دارالإعلام لمدرسة اهل البیت (علیهم السلام)
خبرگزاری دفتر آیت الله العظمی مکارم شیرازی