Bir məktubda üçdən artıq sual yazmayın

Sualınızı qısa, xülasə şəklində bir neçə sətirdə bəyan edin. Uzun-uzadı ifadələr yazmaqdan çəkinin

Yuxu yozma, istixarə və buna bənzər suallar verməyin

captcha
انصراف
انصراف

Mal sahibinin razılığına əmin olmaq

Əgər insan başqasının malına – onun olmadığı vaxtda qəsdən və ya səhvən ziyan vursa və bunu mal sahibinə bildirdiyi təqdirdə etiraz etməyəcəyinə və razılıq verəcəyinə əmindirsə, hökm nədir?

Əgər onun razı olacağına əmindirsə, ona bu barədə məlumat verməsi vacib deyil. Lakin onun zimməsi və öhdəliyi (ehtiyata əsasən) mal sahibi "öz haqqımdan keçdim" deməyincə öhdəsindən götürülməyəcəkdir.

Qonşunun su navalçasından zərər çəkməsi

Əgər bir şəxsin evinin navalçasından su axması nəticəsində qonşuya ziyan dəysə, vurulan zərər navalça sahibinin öhdəsindədirmi? Əgər məsələni ayırd etmək üçün mütəxəssis gətirsələr, onun xərcini kim ödəməlidir?

Əgər hər iki nəfər mütəxəssisin gəlməsini təklif etmişlərsə, mütəxəssisin xərcləri onların arasında bölünməlidir. Dəyən zərər barəsində isə, hökm belədir: əgər navalça sahibinin evi (qonşusundan) öncə, adi qaydaya və adət-ənənəyə uyğun şəkildə tikilmişdirsə, dəyən ziyan onun boynuna deyil.

Maşının suda batmasına görə sürücünün zəmanəti

Cəbhə bölgəsində sürücü əsgər öz komandiri ilə dərin sularda zirehli maşını yuyarkən müəyyən səbəbdən motor sönür və maşın suda batmağa başlayır. Maşının üstündə olan əsgərlər özlərini suya atırlar lakin onlardan ikisi suda batır. Sürücü təkidlə bildirir ki, komandir mənə bu barədə əmr vermişdir. Komandir isə bunu inkar edir. Batan əsgərlərin maşına minməyə məcbur olmadıqlarını və maşın batmazdan öncə özlərini suya atdıqlarını nəzərə alsaq, sürücü zamindirmi?

Əgər maşını yumaq üçün oraya aparmışlarsa və hamı da bunu bilirdisə və bəziləri öz istəkləri ilə ona minmiş və ya maşında qalmışlarsa, sürücü zamin deyil. Habelə, maşının üstündə qalmaq onları xilas edəcəkdisə və onlar tələskənlik ucbatından özlərini suya atmışlarsa, yenə də sürücü zamin (borclu) deyil. Sürücü öz komandirinin bu barədə əmr etdiyini iddia edirsə və qarşı tərəf (komandir) də bunu inkar edirsə, heç bir faydası yoxdur: Hətta bunu inkar etməsə belə, yenə də onun məsuliyyətini aradan qaldırmayacaqdır.

Hadisə yerini tərk etdiyi təqdirdə qəzadan dəyən zərəri ödəmək

Yol-hərəkət qaydalarına əsasən sürücü hadisə yerindən qaçarsa, müqəssir sayılır. Sual budur: İslam şəriəti baxımından xəsarət vurduğuna göz yumub hadisə yerini tərk edən şəxs, şəriət baxımından başqasına xəsarət haqqı ödəməlidirmi?

Həqiqətən müqəssir deyilsə, Allah dərgahında məsuliyyət daşımır. Amma qanun onu zahirdə cavabdeh bilir və ondan dəyən zərəri alır. Hadisənin həqiqətdə necə baş verdiyindən xəbərdar olmayan ekspertlərin və qazının bu qanuna əməl etməsinin şəriətə uyğun olmasını ehtimal etmək olar.

Çobanın uşaq olduğu təqdirdə sürüyə dəyən zərər

Bəzi məntəqələrdə adət belədir ki, hər ev kəndin qoyunlarını növbə ilə otarmağa aparır. Bəzi ailələr öz növbələri çatanda kiçik uşaqlarını qoyunları otarmağa göndərirlər və canavar qoyunların bəzilərini parçalayır. Belə olduqda dəymiş zərəri kim ödəməlidir?

Əgər bu barədə müqavilə bağlamışlarsa və yaxud yerli əhali adət üzrə qoyunları otarmağa onları canavardan qoruya biləcək adamlar göndərirlərsə, dəyən zərəri ödəmək müqaviləyə və ya yerli adətə zidd hərəkət edən adamın öhdəsinədir.

İş yerində üzvlərini itirən fəhlələr

Daş karxanasında dəzgah və daş kimi bütün avadanlığın hamısını sex sahibi gətirir. O, fəhlə ilə müqavilə bağlayır ki, məsələn, hər 1 metr daşı onun üçün min tümənə emal edəcək. Əgər fəhlə işləyərkən əli daşın altında qalıb kəsilərsə, əlin diyəsini sex sahibi verməlidir?

Əgər bu barədə karxana sahibi ilə müqavilə bağlamamışdırsa və dəzgahın səhv tənzimlənməsində onun heç bir təqsiri yoxdursa, onun öhdəsinə heç bir diyə düşmür. Bundan əlavə, belə zərərləri ödəmək "əmək qanunu" məcəlləsində qeyd olunmuşdursa və onlar bu qanuna əsasən şəxsləri işə götürürlərsə, bu da öz növbəsində müqavilə hökmündədir.

قرآن و تفسیر نمونه
مفاتیح نوین
نهج البلاغه
پاسخگویی آنلاین به مسائل شرعی و اعتقادی
آیین رحمت، معارف اسلامی و پاسخ به شبهات اعتقادی
احکام شرعی و مسائل فقهی
کتابخانه مکارم الآثار
خبرگزاری رسمی دفتر آیت الله العظمی مکارم شیرازی
مدرس، دروس خارج فقه و اصول و اخلاق و تفسیر
تصاویر
ویدئوها و محتوای بصری
پایگاه اطلاع رسانی دفتر حضرت آیت الله العظمی مکارم شیرازی مدظله العالی
انتشارات امام علی علیه السلام
زائرسرای امام باقر و امام صادق علیه السلام مشهد مقدس
کودک و نوجوان
آثارخانه فقاهت