Bir məktubda üçdən artıq sual yazmayın

Sualınızı qısa, xülasə şəklində bir neçə sətirdə bəyan edin. Uzun-uzadı ifadələr yazmaqdan çəkinin

Yuxu yozma, istixarə və buna bənzər suallar verməyin

captcha
انصراف
انصراف
چینش بر اساس:حروف الفباجدیدترین مسائلپربازدیدها

Qeyri-qanuni aborta görə diyə

Qadın şəri baxımdan qeyri-qanuni yolla hamilə olmuş, sonra bətnindəki uşağı saldırmışdır:1) Uşağın diyəsi varmı?2) Diyəsi varsa, kimə çatmalıdır?

Ehtiyat vacib, 800 dirhəm miqdarında diyə ödəməlidir. Uşaq kamil olsa, (sözü gedən uşağın böyüyüb həddi-buluğa çatdığı və İslam dinini qəbul etdiyi təqdirdə, kamil diyəsi olacaqdı) onun diyəsi yalnız imama və ya imamın naibi olan cameüş-şərait müctəhidə çatacaqdır ki, müsəlmanların məsləhəti üçün sərf edilsin. Bu uşaq yaşasaydı, evlənib uşaq sahibi olsaydı, diyəsi onun həyat yoldaşına və övladlarına çatacaqdı.

Şərab içən şəxsin əməlləri

Spirtli içki içmək insanın ağıl və şüurunun aradan getməsinə səbəb olurmu? Əgər olursa, bir şəxs belə bir çirkin iş görərsə, törətdiyi əməllər qarşısında zamindirmi? Tövbə etdiyi təqdirdə Allah-taala onu bağışlayarmı?

Şərab içmək sözsüz, insanın ağlında öz mənfi təsirini qoyur, onu zəiflədir. Lakin həmişə dəliliyə səbəb olmur. Əgər tövbə etsə və bu işi tərk etsə, inşallah, günahları bağışlanar. Amma sərxoş halda etdiyi əməllərə görə məsuliyyət daşıyır.

دسته‌ها: Diyə ödəməyin metodu

Xilas edicinin xilas etməkdən imtina etməsi

Vəzifəsi suda batan şəxsi xilas etmək olan bir şəxs öz işindən imtina edərsə və həmin şəxs suda batarsa, o, bu işə görə məsuliyyət daşıyırmı?

Əgər xilasedici təhlükəli bir yerdə insanlara nəzarət və onların təhlükəsizliyini qorumaq məsuliyyətini qəbul etmişdirsə və insanlar onun bu məsuliyyətinə etibar edib dənizə və ya hovuza girirlərsə, laqeydlik göstərdiyi təqdirdə məsuliyyət daşıyır.

دسته‌ها: Diyə ödəməyin metodu
پایگاه اطلاع رسانی دفتر مرجع عالیقدر حضرت آیت الله العظمی مکارم شیرازی
سامانه پاسخگویی برخط(آنلاین) به سوالات شرعی و اعتقادی مقلدان حضرت آیت الله العظمی مکارم شیرازی
آیین رحمت - معارف اسلامی و پاسخ به شبهات کلامی
انتشارات امام علی علیه السلام
موسسه دارالإعلام لمدرسة اهل البیت (علیهم السلام)
خبرگزاری دفتر آیت الله العظمی مکارم شیرازی