Qadının qadın üçün avazla oxuması
Qadının qadınlar üçün və öz əri üçün oxumağının – istər qina şəklində olsun, istərsə də qinasız, hökmü nədir?
Öz əri üçün və digər qadınlar üçün, qinasız, ləhv (kef) və fəsada (məclislərinə) uyğun olan musiqilər olmadıqda, eybi yoxdur.
Toy mərasimində dəf çalmaq
Toy və başqa məclislərdə dəf çalmağın hökmü nədir?
Dəf çalmağın hökmü sair musiqi alətlərinin hökmü kimidir və toy məclisləri ilə qeyri-toy məclisləri arasında (ehtiyat vacibə görə) heç bir fərq yoxdur.
Musiqi alət və vəsaitləri
Toy məclisləri kimi eyş-işrət məclislərində istifadə olunmayan setar, səntur və s. qəbildən olan musiqi alətlərinin şəri hökmü nədir?
Əksər hallarda haram məqsədlər üçün istifadə olunan hər bir aləti düzəltmək və alıb-satmaq haramdır. Əgər müştərək (haram-halal arasında) alət olsa, caizdir.
Hərbi marşlar
Hansı növ musiqi alətləri haramdır? Silahlı qüvvələrin paradında icra olunan musiqi və marşlar haramdırmı?
Elə alətlər nəzərdə tutulur ki, ondan adətən haram üçün istifadə olunur. Amma hərbi qüvvələrin paradında çalınan hərbi marşlar haram deyil.
Toy və digər məclislərdə ğina
Bəzi fəqihlərin dediklərinə görə toy məclislərində ğina istisna olunmuşdur. Həzrət ustadın mübarək rəyi nədir?
Toy məclisləri ilə qeyri-toy məclisləri arasında (ehtiyata görə) heç bir fərq yoxdur.
Ney çalmaq
Ney çalmaq fəsadla nəticələnməsə, hökmü nədir?
Əgər ləhv (kef) və fəsad məclislərinə uyğun olan musiqilər qəbilindən olsa, haramdır.
Televiziya və radiodan yayımlanan musiqilər
Radio-Televiziyadakı mahnıların bəziləri qərb musiqisidir ki, yalnız avazı (sözləri) götürülmüşdür. Onu səsləndirmək və ona qulaq asmağın hökmü nədir?
Əgər bizim mühitimizdə də ləhv (kef, əyyaşlıq) və fəsad məclislərinə uyğun sayılarsa, haramdır.
Klassik və qeyri-klassik musiqi
Sünnəti (ənənəvi, klassik) və qeyri-sünnəti musiqinin hökmü nədir?
Ləhv (kef, əyyaşlıq) və fəsad məclislərinə uyğun olan musiqilər haramdır, bundan qeyrisinin eybi yoxdur.