Dəstəmaz üzvlərinə xal döydürmək
Xal döydürməyin hökmü nədir? Dəstəmaz və qüsl üçün problem yaradırmı?
Bədənə xüsusi bir zərər yetirməsə və əxlaqsız şəkillər olmasa caizdir. Hər bir halda dəstəmaz və qüsl üçün müşkül (problem) yaratmır.
Kafirlərdən alınan yeyinti məhsulları
Kafirlərin əlindən alınan yeməklərin hökmü nədir?
Əgər bu yeyinti məhsullarının sexlər, dəzgahlar və ya əlcək vasitəsilə hazırlandığına ehtimal versək, heç bir eybi yoxdur. Amma əgər bu məhsulların rütubətli halda onların əl və bədəni ilə təmasda olduğuna yəqin əldə etsək, ehtiyata görə zəruri olmayan hallarda bu məhsullardan çəkinmək lazımdır. Lakin zəruri hallarda, məsələn, qeyri-müsəlman ölkələrə səfər zamanı bunlardan çəkinmək çətin olan hallarda çəkinməyə bilərsiniz.
Azyaşlı (səğir) uşaqlara qonaq olmaq
Əgər bir ailə öz atalarını itirmişsə və onların başçılığını anaları öhdəsinə götürmüşsə, azyaşlı (səğir) uşağı da varsa, belə ki, dövlət tərəfindən ailənin bütün üzvləri üçün, hətta xırda uşaq üçün mütəmadi pensiya (sosial yardım) ayrılırsa, bu ailənin qonağı olmağın hökmü nədir?
Əgər xırda uşaqların şəri hakim tərəfindən təyin olunmuş himayəçisinin icazəsi ilə olsa, maneəsi yoxdur, lakin adi və camaat içində qəbul olunan həddən artıq olmamalıdır. Habelə azyaşlı uşağa mənfəəti olmalı, ya da azyaşlı uşağın haqqının əvəzini ödəməlidir.
Gözbağlayıcılığı özünə peşə seçmək
Gözbağlayıcılığı özünə gəlir mənbəyi seçməyin hökmü nədir? Gözbağlayıcılıq göstərilən yığıncaqlarda iştirak etməyin işkalı varmı?
Bəzi məclislərdə nümayiş, əyləncə və istirahət adı ilə icra olunan oyunlar müşahidə olunur ki, bir şəxsin surətli əl hərəkətini, zirəkliyini nümayiş etdirir və bundan başqa məqsəd daşımır, (belə oyunların) eybi yoxdur. Lakin camaatı aldatmaq üçün olsa, bir növ sehrdir ki, bu yolla qazanc əldə etmək haram və belə məclislərdə iştirak etmək də haramdır.
Mücəssəmə (heykəl, büst) alveri
Rəssamlığın və heykəltəraşlığın haram olması onlar barəsində şirklə bağlı görüşlərə və onun bütpərəstlik çöhrəsində görədirmi? Bu halda bu gün belə işlər camaat içində bütpərəstlik fikirlərini icad etmirsə və incəsənət adı ilə tanınaraq istifadə olunursa, bu işlə məşğul olmağın hökmü nədir?
Heykəltəraşlıq və onun alqı-satqısının hər bir halda işkalı var. Oyuncaq kimi hazırlanarsa, bu hökmdən istisnadır.
Taxta üzərinə şəkil həkk etmək
Mən bir müddət olar ki, bəzi şəkilləri taxtanın üzərində qabarıq şəkildə həkk edir və güzəranımı bu yolla təmin edirəm. Çünki bədən həcminin bir hissəsini, özü də taxta üzərində həkk etməyin deyil, ruhu olan kamil heykəl düzəltməyin haram olduğunu eşitmişdim, Mənin bu yolla güzəranımı təmin etməyim şəri cəhətdən caizdirmi?
Şəri cəhətdən belə qabarıq naxışların eybi yoxdur, lakin çalışın ki, qeyri-islami dinlərin və məzhəblərin yayılmasına səbəb olan naxışlar və ya əxlaqi baxımdan fəsada səbəb olan şəkillər olmasın.
Heykəltəraşlığın hökmü
İnsan və ya heyvan bədəninin yarımçıq və ya tamam heykəlini düzəltməyin hökmü nədir? Onların rəsmini çəkmək necə?
Heykəltəraşlığın işkalı var, rəssamlıq isə caizdir.
Oyuncaq olan heykəllər
Oyuncaq kimi və ya mənzillərdə saxlanılması üçün gəçdən (gipsdən) və digər maddələrdən hazırlanan (kiçik) heykəllərin alqı-satqısının hökmü nədir? Məsələn, gipsdən və digər maddələrdən düzəldilən gəlinciklər, itlər, pişiklər və toyuqlar kimi.
Oyuncaq şəklində olsa, eybi yoxdur. Lakin yaxşı olar ki, onlardan bəzəmək üçün istifadə olunmasın.
Qadının qadın üçün avazla oxuması
Qadının qadınlar üçün və öz əri üçün oxumağının – istər qina şəklində olsun, istərsə də qinasız, hökmü nədir?
Öz əri üçün və digər qadınlar üçün, qinasız, ləhv (kef) və fəsada (məclislərinə) uyğun olan musiqilər olmadıqda, eybi yoxdur.
Toy mərasimində dəf çalmaq
Toy və başqa məclislərdə dəf çalmağın hökmü nədir?
Dəf çalmağın hökmü sair musiqi alətlərinin hökmü kimidir və toy məclisləri ilə qeyri-toy məclisləri arasında (ehtiyat vacibə görə) heç bir fərq yoxdur.
Klassik və qeyri-klassik musiqi
Sünnəti (ənənəvi, klassik) və qeyri-sünnəti musiqinin hökmü nədir?
Ləhv (kef, əyyaşlıq) və fəsad məclislərinə uyğun olan musiqilər haramdır, bundan qeyrisinin eybi yoxdur.