Bir məktubda üçdən artıq sual yazmayın

Sualınızı qısa, xülasə şəklində bir neçə sətirdə bəyan edin. Uzun-uzadı ifadələr yazmaqdan çəkinin

Yuxu yozma, istixarə və buna bənzər suallar verməyin

captcha
انصراف
انصراف
چینش بر اساس: حروف الفبا جدیدترین مسائل پربازدیدها

Mütəmadi şəkildə qan ləkəsi görən qadın

Bir neçə ay mütəmadi şəkildə ləkə görən qadının hökmü nədir? Bunu da əlavə etmək lazımdır ki, həkimlər ehtimal verirlər ki, bu qanlar daxili yaralarla bağlıdır.

Məsələnin iki şəkli var. Əgər bu qanın yara, çiban və uşaqlığın qanı olması sübuta yetsə qüslü yoxdur, və adi haldakı kimi dəstəmaz almalı və namaz qılmalıdır. Lakin bətnin arizələrindən irəli gəlirsə istihazədir. Belə ki, azacıq ləkə görmək həddində az olarsa, hər namaz üçün dəstəmaz alması lazımdır, Qüslü də yoxdur. Bədəni yumalı, namaz qılmalıdır. Əgər qanın cərəyanı olsa, qüsl vacib olur. (Bir qüsl sübh namazı üçün, bir qüsl zöhr və əsr namazları üçün və üçüncü qüsl məğrib və işa namazları üçün.) Əgər qüslün ona zərəri və ya kəskin məşəqqəti varsa təyəmmüm ala bilər.

دسته‌ها: Qisimləri və hökmləri

Sərqoflidə mülk sahibinin səlahiyyətlərinin hüdudları

Bir şəxs 1360 hicri-şəmsi ilində bir mağazanın sərqofli haqqını sahiblərlə alıcı arasında bağlanmış müqaviləyə əsasən məlum olan məbləğə almış və o gün müqavilədə təyin olunmuş məbləği ödəmişdir. Müqavilənin aşağısında bu sözlər yazılmışdır: “Müamilədə nəzərdə tutulan – sərqofli (icarə etməkdə və ya almaqda başqalarından irəli olmaq), üstünlük və başqasının ixtiyarına keçirmək haqqıdır. Lakin satılan zaman sərqofli qanununa əsasən əsil sahiblərinin müamilədə əldə olunan mənfəətlə bağlı razılıqlarını cəlb etməlidir. Əlavə olaraq, icarə qiyməti müqavilə qələmə alınan gündən başlayaraq tam iki il müddətində aylıq 100 tümən məbləğində nəzərdə tutulmuş və qərara alınmışdır.” Yuxarıda qeyd olunan şərtləri nəzərə alaraq:1) Sahib və ya sahiblərdən biri sərqofli haqqının sahibi ilə razılığa gəlmədən icarə qiymətini hər il artıra bilərmi?2) Artıra bilərsə, sərqofli ilə icarə arasındakı fərq necə olacaqdır?

1) Sərqofli alınmış və icarə üçün müəyyən müddət təyin olunmuş hallarda, müddət bitəndən sonra, əmlak sahibi icarə qiymətində fikrini dəyişə bilər. Lakin bu kimi əmlak üçün kirayəçidən, camaat içində verilən qiymətdən artıq pul almağa haqqı yoxdur. 2) Sərqoflinin faydası budur ki, camaat içində onun icarəsi üçün verilən qiymət daha az olur və icarədə fikrini dəyişmək üçün daim üstünlük vardır.

دسته‌ها: Sərqofli

Əmlakın qüsurlu olduğu halda müamilənin pozulması

Bir şəxs mənzilini 2 milyon tümənə satmış və özü üçün müamiləni pozmağa ixtiyar nəzərdə tutmamış, sənədləşdirmək üçün bələdiyyə idarəsinə müraciət etmişdir. Bələdiyyənin eksperti binanın yuxarı mərtəbəsində artıq hissəyə görə 40 min tümən məbləğində cərimə yazmış və balkonun sökülməsinə dair göstəriş vermişdir. Balkonu sökməklə onun üstündə yerləşən, yuxarı mərtəbədəki otağın 1 metri də söküləcəkdir. Bələdiyyə idarəsi satıcıya demişdir ki, balkon sökülmədən sənədin rəsmiləşdirilməsinə icazə verilməyəcəkdir, lakin özün orada yaşasan, cərimə ilə, balkonu və yuxarıdakı otağın bir hissəsini sökməklə işimiz olmayacaqdır. İndi satıcı cəriməni ödəməli, balkonu və onun yuxarısındakı otağın bir metrini sökməli və mənzili danışılan qiymətdən az qiymətə alıcının istifadəsinə verməlidir, yoxsa burada “la zərər” qaydası icra olunur və bu zərəri satıcıdan kənarlaşdırır, belə ki, satıcının müamiləni pozmağa və alıcının pulunu qaytarmağa haqqı var? Xahiş edirik, cavab verəsiniz.

Əgər satıcı mülkü notariat kontorunda təhvil verməyi öhdəliyinə götürmüşdürsə, öz öhdəliyinə əməl etməli və ona dəyən zərəri qəbul etməlidir. Sonra qiymət arasındakı fərqi müştəriyə qaytarmalıdır. Müştəri də qiymət fərqini qəbul etməklə müamiləni pozmaq arasında ixtiyar sahibidir.

دسته‌ها: Müzariə
پایگاه اطلاع رسانی دفتر مرجع عالیقدر حضرت آیت الله العظمی مکارم شیرازی
سامانه پاسخگویی برخط(آنلاین) به سوالات شرعی و اعتقادی مقلدان حضرت آیت الله العظمی مکارم شیرازی
آیین رحمت - معارف اسلامی و پاسخ به شبهات کلامی
انتشارات امام علی علیه السلام
موسسه دارالإعلام لمدرسة اهل البیت (علیهم السلام)
خبرگزاری دفتر آیت الله العظمی مکارم شیرازی