مدت زمان پاسخگویی به هر سوال بین 24 تا 72 ساعت است.

لطفا قبل از 72 ساعت از پیگیری سوال و یا ارسال سوال مجدد خودداری فرمائید.

از طریق بخش پیگیری سوال، سوال خود را پیگیری نمایید.

captcha
انصراف

زمان پاسخگویی به سوالات بین 24 تا 72 ساعت می باشد.

انصراف
چینش بر اساس: حروف الفبا جدیدها پربازدیدها

Xətm məclisindən alınan pulların xərclənməsi

Xətm və fatihə məclislərinin pullarını nəyə xərcləmək lazımdır? Xadimin də bunda haqqı varmı?

Xətm və fatihə məclislərinin pulları məscidin mütəvəllisinin, yaxud imam camaatın nəzarəti altında (hansı biri bu işə nəzarət edirsə) məscidin vəsaitinə xərclənməlidir. Məscidin xadimi də onların nəzarəti ilə adi miqdarda o puldan istifadə edə bilər. Lakin diqqət etmək lazımdır ki, məsciddən istifadə etməyin müqabilində pul almaq olmaz; yalnız camaat öz razılıqları ilə nə isə versələr və ya məsciddə olan xidmətlərə görə onlardan pul alınsa, eybi yoxdur.

دسته‌ها: Məscid

İki namazı dalbadal (fasilə olmadan) qılmaq

Nə üçün şiələr zöhrlə əsr, habelə məğriblə işa namazlarını bir yerdə qılırlar, amma digər müsəlmanlar bu namazları ayrı şəkildə - beş vaxtda qılır?

Namazları ayrılıqda qılmaq bizim nəzərimizcə də müstəhəb və sünnətdir. Lakin onları birlikdə qılmaq da caizdir. Hətta əhli-sünnə hədislərində də bunu caizliyinə sübut vardır. Buna görə də bunları bir qılmaq rüxsətdir (icazədir) və ayrı qılmaq fəzilətdir.

دسته‌ها: Namazın vaxtları

Qadının namazda örtüyü

Qadının namazda örtüyü elə olmalıdır ki, heç bir tərəfdən bədəni görünməsin? Namazda əl və üzdəki zinət əşyalarını və bəzəkləri naməhrəm olmayan yerdə örtmək lazımdırmı?

Namazda üz, əllər biləyə kimi və ayaqlar bükülən yerə kimi istisna olmaqla, tamam bədəni dörd tərəfdən örtmək lazımdır. Bəzək əşyaları paltarın üstündə olarsa namaz üçün eybi yoxdur.

پایگاه اطلاع رسانی دفتر مرجع عالیقدر حضرت آیت الله العظمی مکارم شیرازی
سامانه پاسخگویی برخط(آنلاین) به سوالات شرعی و اعتقادی مقلدان حضرت آیت الله العظمی مکارم شیرازی
آیین رحمت - معارف اسلامی و پاسخ به شبهات کلامی
انتشارات امام علی علیه السلام
موسسه دارالإعلام لمدرسة اهل البیت (علیهم السلام)
خبرگزاری دفتر آیت الله العظمی مکارم شیرازی