Başqa uşaq tərəfindən kor edilən uşağın diyəsi
Təxminən dörd il bundan qabaq mənim Mehdi adında oğlum (o zaman onun üç yaşı var idi) anası ilə birlikdə qonaqlığa dəvət olunmuşdu. Qonaqlıqda meyvə yeyilən zaman Mehdi – anasının və başqalarının dediklərinə əsasən – əlindəki bıçağı tullayır. Bıçaq oynamaqda olan digər uşağın bir gözünə dəyib kor edir. Mübarək nəzərinizə çatdırıram ki, böyüklərin bu işdə əsla müdaxilələri olmamışdır. Uşaqlar isə bir-birləri ilə oynayırmışlar. Digər tərəfdən, zərərçəkən uşaq bacımın uşağıdır. Hadisədən üç il keçəndən sonra bacım bizim əleyhimizə şikayət etmişdir. Mənim maddi imkan baxımından bir yığın borclardan savayı heç nəyim yoxdur. Maddi vəziyyətimi nəzərə almaqla diyənin kim tərəfindən ödənilməli olduğunu deyin.
Diyə mütləq ödənilməlidir, lakin sizin öhdənizdə deyil. Ata tərəfindən olan kişi qohumlarınızın öhdəsindədir və onlar arasında bölünməlidir. Onların hər biri imkanları çatan miqdarda onun bir hissəsini ödəməlidirlər.
Möhləti təyin olunan mehriyyəni tələb etmək
Bir qızın mehriyəsinin bir hissəsi möhlətsiz, bir hissəsi də möhlətli şəkildə olmuşdur. Möhlətsiz nəzərdə tutulan məbləği əqd məclisində təhvil almışdır. Möhlətli hissəsi üçün isə müəyyən zaman təyin olunmamışdır. Lakin oğlanın halından və sözlərindən sanki onun ağır mehriyədən imtina etməsi məlum olurdu. Qızın atası isə dedi ki, mehriyəni kim alıb, kim verib. Bunlardan belə başa düşmək olar ki, ödənilmə zamanı toy mərasimindən (yaxınlıqdan) sonradır. Amma qız indi öz valideynlərinin təhrikləri ilə möhlətsiz mehriyəni də almaqda israr edir. Belə bir şəraitdə qız və ya onun valideynləri mehriyənin yerdə qalanını alana qədər toydan boyun qaçırmağa haqları varmı?
Möhlətli mehriyə nəzərə çarpacaq bir zaman fasiləsi ilə ödəniləcəyinə dair dəlillər mövcud olmuşdursa, qızın yaxınlıqdan imtina etməyə haqqı yoxdur.
Məsum İmamlara nəzir demək
Həzrət Zəhraya (əleyha səlam), həzrət Əbəl-fəzl Abbasa (əleyhis-səlam), həzrət Seyyidüş-şühədaya (əleyhis-səlam) və digər imamlara (əleyhiməs-səlam) nəzir demək caizdirmi?
Bu böyük insanlara üçün Allah-taala xatirinə nəzir demək caiz və şəriət baxımından qanunidir.
Tibb bacısının müharibə əlillərinə necə məhrəm olması
Mən İslam İnqilabı əlillərindən biriyəm ki, boyundan aşağı iflicəm və öz işlərimi görməyə heç cür qadir deyiləm. Bacılardan birinin Allah rizası üçün, cinsi məsələlərdən başqa bütün işlərimi görməyə razı olduğunu nəzərə alsaq, bizim məhrəm olmağımız üçün hər hansı bir yol varmı?
Əgər o qızla sizin atanızın arasında müvəqqəti əqd (qısa müddət üçün olsa belə) oxunsa, siz həmişəlik ona məhrəm ola bilərsiniz. Əlbəttə, həyat yoldaşı kimi deyil, ana-bacının məhrəmliyi kimi.
Naməhrəmlər arasında təhsil almaq
Bəzən oğlan tələbə qız tələbələrin arasında və ya əksinə, qız oğlanlar arasında dərs oxuyur. Bu şəkildə dərs oxumaq caizdirmi?
Əgər haram işə səbəb olmazsa, eybi yoxdur. Lakin yaxşı olar ki, İslam ölkələrinin rəhbərləri qız və oğlan tələbələrin təhsil aldıqları elm ocaqlarını bir-birindən ayırmaq üçün proqramlar tərtib etsinlər.
Həyat yoldaşının müstəhəb əməlləri yerinə yetirməyi qadağan etməsi
Əgər qadın yerinə yetirdiyi müstəhəb əməllərin çoxluğundan həddən artıq yorularsa və nəticədə əri ondan lazımi ləzzətləri ala bilməsə, ərinin onu belə müstəhəb əməllərdən çəkindirməyə haqqı varmı? Belə məqamlarda ərə tabe olmaq vacibdirmi?
Kişinin onu çəkindirməyə haqqı yoxdur. Amma cinsi ləzzətlər tamamilə aradan gedərsə, bu halda ərin hüquqlarına maneə törətdiyinə görə, qadın onun icazəsi olmadan nəsə bir müstəhəb əməllə məşğul olmağa haqqı yoxdur.
Naməlum mehriyyə mehriyyə
Mehriyə 300 000 tümən və kürəkənin əmlakının yarısından ibarət olarsa, bu mehriyə batil deyilmi?
Bu mehriyə məchul və batildir. Onun yerinə mehrul-misl verilməlidir.
Meyqunun halal olma şərtləri
Geniş şəkildə ovlanan, əti yeyilən və meyqu (krevet) adı ilə məşhur olan ərbiyan (rubiyan) barəsində buyurmuşlar ki, onun pulcuğu var. Bu, (pulcuqlu olmaq nəzəri) meyqunun bütün növlərinə aiddirmi? Çünki, Şahmeyqu adi ilə (onun xarici adı Labisterdir) məşhur olan bir meyqu (krevet) var ki, ərbiyanın bütün xüsusiyyətləri onda gözə dəyir. Yalnız bu fərqlə ki, onun cüssəsi böyükdür. Sual belədir ki, yalnız bir növ ərbiyan halaldır, yoxsa vahid xüsusiyyətlərə malik olmaqla ərbiyan və meyqu adlanan heyvanların hamısı halaldır?
Ərbiyan növləri arasında heç bir fərq yoxdur. Lakin adi ərbiyanlar kimi pulcuğu olması gərəkdir.
Diyənin bölünmə üsulu
Bir şəxs başqasının arvadını qətlə yetirərsə və bu qadının da ərindən başqa varisi yoxdursa, qadının əri həyat yoldaşı ilə evlənərkən xərclədiyi vəsaiti qatildən tələb edə bilərmi? Yas mərasimi təşkil etmək və ehsan verməyin şəriət baxımından vacib olmadığını nəzərə alsaq, belə xərcləri də qatildən tələb edə bilərmi?
Təkcə diyə səhmini ala bilər və yuxarıda deyilən xərcləri tələb etməyə haqqı yoxdur.
Tibbi praktika üçün cinsiyyət orqanlarına baxmağın hökmləri
Tibb və tibb bacısı ixtisaslarında təhsil alan tələbələr üçün mamalıq və doğuş sahələrində dərs vahidlərini oxumaq məcburidir. Bu məcburiyyət təhsil üçün qadının cinsiyyət orqanlarına baxmağı caiz edirmi?
Belə bir dərsin keçilməsi yalnız zəruri hallarda caizdir.
Tamaşada müsəlman qadın və kişilərin bir-birinə qarışması
Tarixi səhnələri nümayiş etmək üçün aşiqanə və ehtirası coşduran, təhrik edən söhbətlərlə yanaşı, müsəlman qadın və kişilərin qarışıq halda kafirlərin rolunda oynamaları caizdirmi?
İbrətamiz hədəflər üçün kafirlərin rolunu oynamağın maneəsi yoxdur. Lakin təhrik edici danışıqlar və ehtirası coşduran söhbətlər etmək caiz deyil.
Saqqalı qırxmağın bədən üzvlərini kəsmək olduğunu deyən hədislərin mənası
Saqqalı qırxmağın müslə – bədən üzvlərini kəsmək olduğunu bəyan edən bəzi rəvayətlər, saqqalı qırxmağın haram olmasını isbat etmirmi?
Bu hədislərin bir şəxsin zorla digər şəxsin saqqalını qırxdığı hallara məxsus olduğu ehtimalı var. Amma əgər onun razılığı ilə qırxarsa, hərçənd ehtiyat vacib bunu etməmək olsa da, “bədən üzvünü kəsmək” ünvanına daxil deyil.
Qadının mehriyyəni almadan öncə yaxınlığa razı olmaması
Şiə fəqihlərinin əksəriyyəti buyurmuşlar ki, arvadın qeyri-müəccəl (möhlətsiz) mehriyəni tələb etməyə və düxuldan (yaxınlıq) öncə mehriyəni alana kimi yaxınlıqdan boyun qaçırmağa haqqı var. Habelə buyurmuşlar ki, mehriyəni almaq fərzi ilə təslim olacağı (şərt etməklə itaət edəcəyi) halda nəfəqə almağa da haqqı var. Qadının imtina etmək haqqı yalnız düxula aiddir, yoxsa digər ləzzətlərə və daimi əqdin tələbi olan işlərdə (məsələn, ərin evində yaşamaq, onun razılığı ilə səfərə çıxmaq kimi) ərinə itaət etməyə də şamil olur? Belə ki, bu işlərdə ərinə itaət etməzsə, naşizə (inadkar, ərini incidən arvad) sayılırmı?
Zahir budur ki, qadın öz möhlətsiz mehriyəsini almamış özünü mütləq (qeydsiz-şərtsiz) şəkildə ərinə təslim etməyə bilər və bu müddətdə ərinə vacibdir ki, onun nəfəqəsini versin.