Bir məktubda üçdən artıq sual yazmayın

Sualınızı qısa, xülasə şəklində bir neçə sətirdə bəyan edin. Uzun-uzadı ifadələr yazmaqdan çəkinin

Yuxu yozma, istixarə və buna bənzər suallar verməyin

captcha
انصراف
انصراف

Vəqf olunmuş yerlərin gəlirlərinin sərf olunma yerlərini dəyişmək

Vəqf olunmuş şeylərdən əldə olunan gəlirlər hansı yerlərdə istifadəyə çatdırılmalıdır və hansı hallarda onların sərf olunma yerlərini dəyişmək mümkündür?

Qəti qaydalara və məşhur - الوقوف على حسب ما یوقفها اهلها – hədisinə əsasən vəqf olun şeydən əldə olunan gəliri vəqfnamədə qeyd olunanlara əsasən sərf etmək lazımdır. Yalnız bir və ya bir neçəsinə əməl etmək mümkün olmayan bəndləri istisna etmək olar, məsələn, mis qab-qacaq indiki əsrdə digər qab-qacaqla əvəz olunacaqdır.

Bir şeyin vəqf olunduğunu sübut etmək

Vəqf olunan şeylərin vəqf olmasını hansı yollarla sübut etmək mümkündür? Vəqf edənin düşüncə baxımından problemlərinin olması iddiası dəlil kimi qəbul oluna bilərmi? Vəqf siğəsi Ərəb dilində oxunmalıdırmı?

Əgər şahidlər vəqf barəsində şəhadət versələr və ya vəqf olması məntəqədə məşhur olsa, vəqf hökmü onun barəsində qüvvədədir. Vəqf edərkən Ərəb dilində siğə oxumaq vacib deyil və hər hansı bir dildə caizdir. Hətta əgər siğə oxumasa, vəqf olunan kimsələrə təhvil versə, yenə də kifayətdir. Düşüncəsində (ağlında) problemin olması iddiası dəlil-sübutsuz və şahidsiz qəbul olunmur.

Vəqf olunmuş yerin həndəvərinin icarəçi tərəfindən abadlaşdırılması

Bir şəxs vəqf olunmuş bir torpaq sahəsini mütəvəllidən (nəzarətçidən) icarəyə götürür. İcarə edəndən sonra onun hərimində (ətrafında) olan yararsız torpaqları da abad edir. Sualımız budur ki, mütəvəlli icarə edənin abad etdiyi həmin torpaqları da vəqf torpaqlarından hesab edə bilərmi? Yoxsa icarə edən bu torpağın maliki olur?

Əgər şəriət baxımından bu torpaqlar vəqfin hərimidirsə, icarə edən şəxsin onları abad etməyə haqqı olmamışdır və malikinə də çevrilməyəcəkdir. Torpağın icarə müddəti sona çatana qədər, icarə edən şəxsin ondan istifadə etməyə haqqı var və onun icarə haqqını ödəməlidir. Mütəvəllinin də bunu ondan almağa haqqı yoxdur. Lakin icarə müddəti bitəndən sonra icarə edən şəxs üçün heç bir haqq qalmır.

Vəqfin əhəmiyyəti

Müasir dünyada təlim və tərbiyə istiqamətində ali elmi-tədqiqat mərkəzlərinin əhəmiyyətini və bu mərkəzlərin insanların yardımına ciddi ehtiyacı olduğunu, habelə vəqf kimi gözəl adətin əhəmiyyətini nəzərə almaqla xahiş edirik ki, belə mərkəzlərin istifadəsi üçün edilən vəqf barəsində öz nəzərini yazasınız.

Vəqf İslam dinində Peyğəmbəri-əkrəmin (səlləllahu ələyhi və alih) zamanından mövcud olan mühüm sünnətlərdən biridir və məsum İmamlar (əleyhimus-səlam)-ın yaşadıqları əsrlərdə diqqət mərkəzində olmuşdur. Onun barəsində İslami hədislərdə saysız-hesabsız təkidlərə rast gəlinir. Tarix boyu vəqf vasitəsi ilə son dərəcə əhəmiyyətli işlər görülmüşdür. Elmi, tibbi mərkəzlərin, dini mədrəsələrin və ictimai xeyirxah əməllərin çoxu bu yolla işıq üzü görmüşdür. Dünya müsəlmanları vəqfin bərəkətindən saysız-hesabsız bəhrələr almış və alırlar. Bir hədisdə deyilir ki, bir şəxs İmam Sadiqdən (əleyhis-səlam) soruşdu:- İnsanın ölümündən sonra nə kimi şeylər ona yetişə bilər?İmam belə cavab verdi:- Bir kəs xalqın arasında gözəl sünnət və adət qoysa, hər kəs ona əməl etsə əcr və mükafatı onun üçün də olacaqdır. Bu sünnətə əməl edənlərin mükafatı da bununla azalmayacaqdır. Digəri budur ki, insan özünün cari (həmişəlik davam edən) bir sədəqəni (vəqf olunan hər bir şeyi) özündən yadigar qoyur ki, onun əsər və xeyir-bərəkətləri davam edəndir. Bu cari sədəqələr başqa aləmdə (axirətdə) onun qurtuluşuna səbəb olacaqdır. Bəzi imansız və məlumatı olmayan insanların vəqf olunanlardan sui-istifadə etmələri, onun simasını bir çox insanların nəzərində tərsinə qələmə verməsinə baxmayaraq, biz tarix boyu minlərlə fayda və müsbət nəticəsi olan bu böyük və bərəkətli İslam adətinin bəzi yadfikirlilərin sui-istifadələrinə görə unudulmasına icazə verməməliyik. Əksinə, bu sui-istifadələrin qarşısını almaq lazımdır və bu iş tamamilə mümkündür. Bir çox məscidlərin, mədrəsələrin, elmi mərkəzlərin, xüsusilə də Məsum İmamların (əleyhimus-səlam) müqəddəs ziyarətgahlarının təmir və abadlaşdırılması belə vəqflərin bərəkətindəndir. Bu gün belə gözəl İslami sünnət və adətə daha çox əhəmiyyət verilməli, xüsusilə də elmi və mədəni-maarif mərkəzləri üçün ondan istifadə edilməlidir. Şübhəsiz, bu mərkəzlərdə yetişən bir alim hər hansı bir xidmət göstərərsə, ona aid olan vəqflərin baniləri bu və ya digər dünyada ondan bəhrələnəcəklər. Allah-taala hamını İslamın həqiqi adətlərini dirçəltməkdə müvəffəq etsin!

Qruplar: Vəqf
قرآن و تفسیر نمونه
مفاتیح نوین
نهج البلاغه
پاسخگویی آنلاین به مسائل شرعی و اعتقادی
آیین رحمت، معارف اسلامی و پاسخ به شبهات اعتقادی
احکام شرعی و مسائل فقهی
کتابخانه مکارم الآثار
خبرگزاری رسمی دفتر آیت الله العظمی مکارم شیرازی
مدرس، دروس خارج فقه و اصول و اخلاق و تفسیر
تصاویر
ویدئوها و محتوای بصری
پایگاه اطلاع رسانی دفتر حضرت آیت الله العظمی مکارم شیرازی مدظله العالی
انتشارات امام علی علیه السلام
زائرسرای امام باقر و امام صادق علیه السلام مشهد مقدس
کودک و نوجوان
آثارخانه فقاهت